Icma.az
close
up
RU
Macəra dolu Amerika.. Tanış olun, Nərimanın yeni klubu!

Macəra dolu Amerika.. Tanış olun, Nərimanın yeni klubu!

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Macəra dolu Amerika.. - Tanış olun, Nərimanın yeni klubu!

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını ABŞ-ın MLS təmsilçisi "Kolambus Kru" ("Columbus crew") komandasında davam etdirəcək.

Artıq həm ABŞ, həm də "Qarabağ" klubu bu keçidi rəsmən açıqlayıblar. 21 yaşlı futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

MLS-ə son illər maraq artmağa başlayıb. Lionel Messi, Luis Suarez, Sergio Busquets kimi dünya səviyyəli oyunçuların MLS-ə transferi liqaya qlobal diqqət gətirib. Xüsusilə Messinin Devid Bekhemin sahibi olduğu "İnter Mayami"yə keçidi liqanın reytinqini və izləyici sayını ciddi şəkildə artırıb.

Nərimanın yeni klubu "Kolambus Kru"ya gəlincə, o, MLS-in ən tanınmış və uğurlu klublarından biridir. Ohayo ştatının Kolumbus şəhərini təmsil edən klub “Black & Gold” (Qara və Qızılı) rəngləri ilə məşhurdur. Tarixləri, uğurları və azarkeş mədəniyyəti ilə MLS-in əsas sütunlarından sayılırlar.

"Kolambus Kru" 3 dəfə MLS çempionu olub (2008, 2020 və 2023-cü ildə). Ev oyunlarını 20 min tamaşaçı tutumu olan "ScottsMiracle-Gro Field" arenadı keçirir (2026-cı ildən MLS mövsümü üçün yenilənmiş sponsor adıdır). Nərimanın yeni baş məşqçisi isveçli Henrik Per-Erik Ridströmdur. O, bu vəzifəyə 2025-ci ilin dekabrın 31-də təyin olunub. Bunadək son olaraq 3 il ölkəsində "Malmö"nün baş məşqçisi işləyib. 

Sonuncu - 2025-ci il mövsümündə "Kolambus Kru" MLS-də 12-ci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə "Sintsinnati" komandasına hər iki oyunda uduzaraq (0:1, 0:4) mübarizəni dayandırıb. Liqanın qalibi isə Messinin komandası "İnter Mayami" olub.  

"Kolambus Kru"nun azarkeş qrupu “Nordecke” adlanır. Onlar matçlarda sehrli atmosfer yaradırlar və klubun simvollarından sayılırlar.

MLS-də yeni mövsüm fevralın 21-də başlanacaq. Həmin gün "Kolambus Kro" səfərdə "Portlend Timbers"lə qarşılaşacaq. Nərimanın bu oyunda iştirak edib-etməyəcəyi hələlik qeyri-müəyyəndir.

Heç şübhəsiz, 21 yaşlı Axundzadə üçün karyerasının ən maraqlı qarşılaşması Lionel Messinin "İnter Mayami"sinə qarşı ola bilər. Yeni mövsümün qrup mərhələsində "Kolumbus Kru" və "İnter Mayami" 2 dəfə üz-üzə gələcək: 2 avqust və 28 sentyabrda. 

Amma əlbəttə, hər iki futbolçunun eyni anda həmin matçda iştirak edib-etməyəcəyini yalnız zaman göstərəcək.

Bəs, Nərimanı yeni klubunda necə bir rəqabət gözləyir?

Klubun ən məşhur hücumçusu Dieqo Rossidir. Bir vaxtlar Türkiyədə "Fənərbaxça"da da oynanış uruqvaylı Uruqvay millisinin 27 yaşlı hücumçusu "Kolambus"da ötən mövsüm 16 qol vurub. Ümumən isə o, 2 il ərzində ABŞ klubunda bütün turnirlərdə 101 oyun keçirib, 45 qol vurub və 19 qol ötürməsi edib.

Beləliklə, "Qarabağ"da öz oyunu ilə bəzən tərif qazanan, amma çox tənqidlər üzləşən gənc futbolçumuz üçün karyerasının yeni bir mərhələsi başlayır. Azərbaycandan 8000 min km. uzaqlıqda. Okeanın o tayında. 

Məşhur mahnıda deyildiyi kimi, macəra dolu Amerikada...

Uğurlar, Nəriman!

Elnur, QOL.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri