Icma.az
close
up
RU
Madam Coli başından böyük danışdı

Madam Coli başından böyük danışdı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Kanadanın xarici işlər naziri erməni diasporunun fitvası ilə hərəkət edir

Ermənilərin uydurma “soyqırımı”nın 110 illiyi ilə bağlı “X” sosial şəbəkədə paylaşım edən Kanadanın xarici işlər naziri Melani Coli Azərbaycana qarşı qərəzli münasibətini bir daha ortaya qoyub. Fransız əsilli M.Coli Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi bir yana, “artsaxlıların” geri qayıdışına dəstək verəcəklərini deməkdən də çəkinməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Colininin bədnam açıqlamasını şərh edərkən, onu öz ölkəsinin milli xeyrinə ziyan vuraraq erməni diasporunun maraqlarına xidmətdə ittiham edib: “Ölkəsinin milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə, Kanada erməni milli komitəsinin maraqlarının müdafiəsində iştirak etmək xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur”. Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, M.Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb: “Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız”.

Bu zaman Meloni Colinin ermənipərəstliyini ibrətamiz aforizmdə deyilənlərlə müqayisə edən A.Hacızadə bildirib: “Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır”. Həm siyasi məntiq, həm də diplomatik yöndən dəqiq tapıntı sayıla biləcək uğurlu müqayisənin ardınca XİN rəsmisi kanadalı nazirə faktlara əsaslanmağın vacibliyini də xatərladıb: “Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox!”.

***

Artıq neçənci dəfədir ki, Azərbaycanı Qarabağda “etnik təmizləmə” aparmaqda itiham edən nazirə cavabında A.Hacızadə onun nəzərinə 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərinin beynəlxalq hüquq və tarixi ədalət prinsipləri ilə tam mütənasib olduğunu çatdırıb: “Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri ölkəmizin ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi”.

Azərbaycan XİN rəsmisi haqlı olaraq qeyd edib ki, əməliyyat zamanı mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub. Bununla da Kanada xarici işlər naziri rəsmi Bakıdan layiq olduğu cavabı alıb.

Oxucuların diqqətinə bir maraqlı məqamı da çatdırmağı vacib sayırıq. Kanada xarici işlər nazirinin başqa bir ölkənin ərazisindən üçüncü dövlətin sərhədlərini binoklla müşahidə etmək kimi “diplomatik vərdişləri” də var. İki il bundan əvvəl Ermənistana səfəri zamanı Avropa İttifaqının mülki missiyasnın emissarları ilə görüşən, şərti sərhədə baş çəkən, hətta binoklla Azərbaycan tərəfə baxan madam Coli bunun protokol qaydalarının, elementar etik normaların kobud şəkildə pozulması olduğunun fərqinə də varmamışdı. Yəqin Melani Coli uzun müddət ölkəsinin turizm naziri olduğu üçün özünü xarici ölkələrə rəsmi səfərlərində yenə turist kimi aparır. Onun İrəvana səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar səsləndirməsi, bu da azmış kimi, Bakını sanksiyalarla hədələməsi, sözün əsl mənasında, həddini aşması idi. Madam Coli yenə də həddini aşdı.

Bütün dünya bilir ki, Kanada yarandığı gündən ABŞın forpostu missiyasını icra edib, siyasi proseslərə yanaşmada Vaşinqtonun boyunduruğundan qurtula bilməyib. Bu Şimali Amerika ölkəsinin dövlət və hökumət başçılarının səlahiyyətləri ABŞ ştatlarının qubernatorlarının səlahiyyətindən də aşağıdır. Meloni Colinin açıqlamalarında faktların təhrif olunması, yalan və böhtan üzərində qurulan ritorika bizə yaxşı tanışdır. Onun ölkəmizin ünvanına yağdırdığı hədyanlar Milli Demokratiya İnstitutunun erməni layihə rəhbərlərinin həyasızcasına uydurduqları yalanlardan qətiyyən fərqlənmir.

***

Kanadanın qalmaqallı və ermənipərəst xarici işlər naziri Melani Coli doqquz il bundan əvvəl – 2016-cı ilin aprelində dördgünlük döyüşlər barədə “X” hesabında paylaşım etmiş, Azərbaycan torpaqlarında öldürülmüş Ermənistan ordusunun əsgərləri üçün acı göz yaşlarıı axıtmışdı. Onun o zaman etdiyi paylaşımından sitat: “2016-cı ilin aprelində Dağlıq Qarabağda (?) baş vermiş dördgünlük müharibənin (?) ildönümündə biz həlak olan insanların xatirəsini yad edirik və Kanadanın sülh və dialoqa sadiqliyini bir daha təsdiqləyirik. Davamlı həll yalnız diplomatiya və beynəlxalq hüquqa hörmət yolu ilə mümkündür”.

Azərbaycan həmin diplomatiyanın və beynəlxalq hüququn öz yerini tutacağını 30 il gözlədi. Amma, bu, baş verməyəndə münaqişəni məhz beynəlxalq hüququn diktə etdiyi qaydalara uyğun şəkildə, amma gücün hesabına həll etdi. Və “davamlı həll yalnız diplomatiya və beynəlxalq hüquqa hörmət yolu ilə mümkündür” – deyən kanadalı nazir hələ də anlaya bilmir ki, onun erməni separatizmini və terrorizmini fəal şəkildə dəstəkləməsi Ermənistanla Azərbaycan arasında münasibətlərin diplomatiya və beynəlxalq hüquqa hörmət ilə tənzimlənməsinə mane olur.

Azərbaycanın əzəli torpaqlarını işğalda saxlayan, xalqımıza və dövlətimizə qarşı döyüşmüş, indi Bakıda Femidanın ədalətli hökmünü gözləyən təqsirləndirilən şəxslərə yas tutan bu avantürist nazirin diqqətinə çatdırmağı zəruri sayırıq ki, bu gün nə Bakının, nə də İrəvanın sənin məkrli tövsiyələrinə ehtiyacı var.

Onu da xatırladaq ki, 2023-cü il oktyabrın 25-də Kanada Ermənistanda səfirlik açanda İrəvana təşrif buyurmuş nazir M.Coli ondan bir qədər əvvəl – avqustun 1820də erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış etmiş, ölkəsinin “Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını” bildirmişdi. O vaxt “ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir” – deyən nazir bildirmişdi ki, onun təmsil olunduğu hökumət Cənubi Qafqazda baş verən proseslərə yaxından müdaxilə edəcək. Görəsən, belə məsuliyyətsiz və təxribatçı bəyanat vermək dünyanın hansı ölkəsinin baş diplomatının ağlına gələrdi? 30 illik işğal dövründə ağzına su alıb susan bir ölkənin nazirinin bu gün Azərbaycana qarşı əsassız iddialar səsləndirməyə haqqı yoxdur. Bəli, bu ölkənin xarici siyasət xəttində Fransanın təsiri açıqaşkar hiss olunur. O da məlumdur ki, erməni lobbiçiliyi Kanadada olduqca güclüdür. Yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan Kanadanın missiyası həm də Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdir.

Kanadalı nazirin “X” şəbəkədə cəfəng paylaşımı bir daha göstərir ki, o, səriştəsiz və səbatsız diplomatdır. Əks təqdirdə Azərbaycanın bölgə və Avropa üçün hansı əhəmiyyətə malik olduğunu anlayardı.

P.S. Əslində, Meloni Coli xarici siyasət idarəsinə rəhbərlik etdiyi ölkənin – Kanadanın bu məsələyə rəsmi mövqeyini ortaya qoyur. Kanadanın ermənipərəst mövqe tutması isə bizə çoxdan məlumdur. Bu ölkə 3 dəfə –1996, 2002 və 2004-cü illərdə saxta erməni soyqırımını tanıması ilə “tarixə düşüb”.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Meloni Coliyə nə lazımdırsa dedi. Ermənipərəst mövqeyini heç vaxt gizlətməyən bu xanımı nə tarixi həqiqətlər, nə də bu günün reallığı maraqlandırır. Onun əsas məqsədi bu “yubiley”i bəhanə gətirərək Azərbaycana qarşı ideoloji təzyiq tapşırığını yerinə yetirməkdir. Halbuki, tamamilə faydasız və bekara bir işlə məşğuldur. Bizim ölkəmizin Kanadadan nə alacağımız var, nə də verəcəyimiz. Okeanın o tayından ünvanımızı nələri üfürürlər, özləri bilər. Kanada xarici işlər nazirinin mövqeyinin, məsələyə yanaşmasının Azərbaycana heç bir təsiri yoxdur.

Bakıda bu faktı da yaxşı bilirlər ki, Jelli Rollun sədrliyinə gətirildiyi və Colinin təmsil etdiyi Liberal partiya fransız əsilli kanadalıların toplandığı qurumdur. Sədr Parisin ağzına baxaraq danışır. Aydın məsələdir ki, Fransa bütün məsələlərdə özünün haypərəst yanaşmasını gizlətmir. Bu “çete”nin danışmalarından, açıqlamalarından heç ermənilərin özləri də xeyir görməyəcəklər. Ona görə ki, ermənipərəst qüvvələr Makronun və ya Jellinin nəsə deməyindən ruhlanaraq, reallıqları yaddan çıxarırlar. Onlar da xəstə daşnak-revanşistlər kimi heç vaxt reallaşmayacaq xəyallarla yaşayırlar.

İmran BƏDİRXANLI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri