Icma.az
close
up
RU
Maddələr mübadiləsini necə sürətləndirmək olar?

Maddələr mübadiləsini necə sürətləndirmək olar?

Saglamolun saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, artıq çəki çox vaxt maddələr mübadiləsinin sürəti ilə bağlıdır. Bəs metabolizmi necə sürətləndirmək və arıqlamaq olar?

Maddələr mübadiləsi insan orqanizminin dirijorudur. Onun üç növü var: yavaş, sürətli və normal. Azertag.az bildirir ki, mübadilə proseslərinin birinci tipinə malik olan adamların bu baxımdan bəxti gətirməyib. Çünki hətta minimum lüzumsuz piy, kalori, yaxud pəhrizin azacıq pozulması yeni kiloqramların əmələ gəlməsinə yol açır. Maddələr mübadiləsi yavaş gedəndə orqanizmə daxil olan kalorilər piyə çevrilir. Deməli, uzun müddətə arıqlamaq üçün metabolizm nizamlanmalıdır.

Maddələr mübadiləsinin ikinci tipi xas olan adamlar adətən doyunca yeyirlər və əsla kökəlmirlər.

Maddələr mübadiləsinin üçüncü tipinə malik olan adamlar qaməti saxlamaq üçün idmanla məşğul olmalı, münasib şəkildə qidalanmalıdırlar.

Amma maddələr mübadiləsi tipini müəyyənləşdirmək bir o qədər də asan deyildir. Bunun üçün çoxlu hormon analizi vermək lazımdır. Bundan əlavə, ayrı-ayrı diyetoloqların metabolizmə münasibəti tamamilə fərqlidir. Unutmayın ki, maddələr mübadiləsini yaxşılaşdırmaq, sağlam və gümrah olmaq üçün sadə üsullar var. Bunun üçün mütləq təmiz havada qaçmaq və ya gəzmək lazımdır. İnsanın bədənindəki piylər orqanizmin yanacağıdır. Gəzinti zamanı qanı saflaşdıran oksigen artıq kalorinin və dərialtı piy sellülozunun sərf olunmasına kömək edir. Ancaq piy yalnız orta gərginlik zamanı parçalanır. Bunun üçün sürətli addımlarla gəzmək kifayətdir.

Yaşıl çay maddələr mübadiləsini yavaşıdan toksinləri orqanizmdən çıxarmağa, şişkinliyi azaltmağa kömək edir. Çayın tərkibindəki kofein kalorilərin sürətlə sərf olunmasına kömək edir və ürəyin fəaliyyətini yaxşılaşdırır. Bununla belə, gündəlik norma 2-3 fincandan artıq olmamalıdır.

Şirin giləmeyvə və meyvələrlə gözəl uyğunlaşan darçın da metabolizmi yaxşılaşdırmaq üçün gözəl vasitədir. Elmi tədqiqatlar göstərir ki, darçın maddələr mübadiləsini 20 dəfə sürətləndirir. Gündə yarım çay qaşığı darçın şəkərin sürətlə həzm olunmasına və qanda onun miqdarının azalmasına kömək edir. Belə ki, qlükoza düşəndə, iştaha da kəsilir.

Doyunca səhər yeməyi maddələr mübadiləsini sürətləndirməyin mütləq şərtidir. Səhər yeməyindən imtina edən insanların orqanizmi "enerjiyə qənaət rejimi"ndə işləməyə davam edir, ona görə də kalorilər sərf olunmur.

Metabolizmi sürətləndirməyin daha bir vasitəsi keyfiyyətli yuxudur. İnsan dərin yuxuda olanda, orqanizm külli miqdarda böyümə hormonu - somatropin hasil edir və bu da maddələr mübadiləsini yaxşılaşdırır, beyin hüceyrələrinin yenilənməsinə kömək edir. Somatropin iştahanı küsdürməklə, aclıq hormonunun - qrelinin əmələ gəlməsinin qarşısını alır.

Kaliforniyalı diyetoloqlar müəyyən ediblər ki, gündə 320 milli qram maqnezium metabolizmi xeyli yaxşılaşdırır. Bu mineral piylərin əriməsinə kömək edir. Buğda kəpəyinin, günəbaxan tumlarının, paxlalıların, ispanağın, treska balığının və bəzi pendir sortlarının tərkibində çoxlu maqnezium var.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri