Icma.az
close
up
RU
Maddi mədəni irs tarixin kimlik möhürüdür

Maddi mədəni irs tarixin kimlik möhürüdür

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ötən günlərdə tarixi minilliklərə dayanan Naxçıvanımızın ilkin yaşayış məskənlərindən olan Gəmiqaya və Göy-Göl tarixi əraziləri və qədim Qəbələ şəhəri UNESCO-nun maddi-mədəni tarixi irsinin ilkin siyahısına əlavə olundu. İlkin siyahı isə hələ mədəni tarixi irsimizin beynəlxalq qurum tərəfindən tam qorunması demək deyil, olsa-olsa, başlanğıc mərhələdir.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO bütün dünyada bəşəriyyət üçün müstəsna dəyər hesab edilən mədəni və təbii irsin müəyyən edilməsini, qorunmasını və mühafizəsini təşviq etməyə çalışır. Bu, 1972-ci ildə qəbul edilmiş Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiya adlanan beynəlxalq müqavilədə öz əksini tapıb. O vaxtdan bəri 196 dövlət konvensiyanı ratifikasiya edərək onu ən geniş tanınan beynəlxalq müqavilələrdən birinə və dünyanın ən məşhur mədəni proqramına çevirib. Ümumdünya İrs Konsepsiyasını müstəsna edən onun universal tətbiqidir. Ümumdünya irsi obyektləri yerləşdiyi ərazidən asılı olmayaraq, bütün dünya xalqlarına məxsusdur.

Bugünə olan məlumata görə, 168 ölkədə cəmi 1223 Ümumdünya İrs obyekti (952 mədəni, 231 təbii və 40 qarışıq mədəni və təbii obyekt) mövcuddur. Ümumdünya mədəni irs siyahısına İtaliya 60 seçilmiş ərazi sayı ilə liderlik edir. Siyahıda 59 mədəni irs abidəsi ilə Çin 2-ci, 54 mədəni irs nümunəsi ilə Almaniya 3-cü yeri tutur.

Siyahıya daxil olan abidələr gələcək nəsillər üçün praktiki mühafizə üçün nəzərdə tutulub və UNESCO tərəfindən qorunan zonalar kimi müəyyən olunub. Ümumdünya Mədəni İrs siyahısı BMT-nin Baş Assambleyası tərəfindənvə seçilən 21 ölkənin beynəlxalq ekspertlərinin rəyləri ilə təsdiq edilir.

Ümumdünya Maddi-Mədəni İrs siyahısına düşmək ilk növbədə namizədlik prosesindən başlanır və prosedur ardıcıllıqla davam edir. Seçim üçün 10 meyar tələb olunur. Ölkə ilkin siyahıya (tentative list) daxil edilməyən abidə və ya mədəni irs nümunəsini seçimə təqdim edə bilməz.

Qeyd edək ki, bugünədək Azərbaycan tərəfindən namizədlikləri təqdim edilən və ilkin siyahıya alınan obyektlərin sayı 12-dir. Onlardan ikisi 2024-cü ildə təqdim olunub: qədim Qəbələ şəhəri ilə Gəmiqaya və Göy-göl Tarixi-Mədəni və Təbiət Kompleksi. İlkin siyahıya alınmaq üçün namizədlikləri irəli sürülən bu iki maddi-mədəni irs nümunəsi artıq ilkin siyahıya salınıb.

Bugünədək Azərbaycanın UNESCO-nun ümumdünya maddi-mədəni irs siyahısına düşən abidələri İçərişəhər Tarixi-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Qız qalası, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi, Hirkan Dövlət Təbiət Yasaqlığı, “Xınalıq və Köç Yolu” mədəni landşaftıdır. Amma əvvəlki illərdə ilkin siyahıya alınan bir sıra abidələr isə hələ də Ümumdünya Maddi-Mədəni İrs Siyahısına düşə bilməyib. Bunlar Azıx və Tağlar mağarası, Xudafərin körpüsü, Xəzər sahili müdafiə konstruksiyaları, Suşa tarix-memarlıq qoruğu, Ordubad qədim tarixi-memarlıq şəhəri kimi, Suraxanı Atəşgahı, Naxçıvan mavzoleyləri – Qarabağlar, Gülüstan, Möminə Xatun, Yusif İbn Kuseyr, “Binəqədi” 4-cü Dövr Fauna və Flora yatağı, “Lökbatan” Palçıq vulkanı, “Bakı dağ silsiləsi”dir. Bu sahədə Mədəniyyət Nazirliyinin üzərinə mühüm vəzifələr düşür. 1998-ci ildən bugünədək ilkin siyahıya alınmış abidələrin təsdiqi üçün məlumatların təzələnməsi və qarşılıqlı əməkdaşlıq proseslərinin intensivləşdirilməsi təqdim olunan nümunələrin daha tez təsdiq olunmuş siyahıya düşməsinə kömək edə bilər.

2025-ci ildə ilkin siyahıya düşən Gəmiqaya və Göy-göl Tarix-Mədəni və Təbiət Kompleksi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda, Qapıcıq dağının yamaclarında yerləşir. Keçən əsrin 60-cı illərinin sonlarından başlayaraq Gəmiqayada müxtəlif mərhələlərdə tədqiqat işləri aparılıb. İlk geniş kompleks araşdırmalar ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 2001–2003-cü illərdə reallaşıb. Ərazidə 1500-ə qədər qayaüstü təsvir qeydə alınıb. Sonrakı dövrdə Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün ölkədə, eyni zamanda Naxçıvanda ətraflı tədqiqatlar aparılması üçün hərtərəfli şərait yaradılıb, ekspedisiyalar, elmi konfranslar təşkil edilib.

Muxtar Respublika Ali Məclisinin müvafiq sərəncamı ilə bu abidələrin kompleks şəkildə öyrənilməsinə başlanılıb. Gəmiqaya yüksəkliklərinə yol çəkilib, alimlərin orada qalıb işləməsi üçün münasib şərait yaradılıb. Araşdırmalar təkcə Gəmiqayanın deyil, bütövlükdə Naxçıvan bölgəsinin arxeoloji abidələrinin tədqiqatları tarixində mühüm irəliləyiş, böyük dönüş nöqtəsi olub. Burada ilk dəfə arxeoloji qazıntı işləri aparılıb, folklor materialları toplanılıb, coğrafiya və botanika üzrə tədqiqatlara başlanılıb.

2020-ci ildə Naxçıvanda “Gəmiqaya qayaüstü rəsmləri” adlı sanballı kitabın nəşri abidənin tədqiqi tarixində mühüm elmi hadisə idi. Azərbaycan, ingilis və rus dillərində çap edilmiş toplunun müəllifi sənətşünas Nizami Alıyev, elmi redaktoru AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevdir. 576 səhifəlik kitabda Gəmiqayada 2016-cı ilin avqust-sentyabr aylarına dair ekspedisiyanın nəticələri yer alıb. 2040 daş üzərində qeydə alınmış 7422 təsvir verilib ki, bunların da əksəri ilk dəfə nəşr olunanlardır.

Məhz 3 dildə nəşr olunan bu kitab tarixi-mədəni kompleksin ekspertlər tərəfindən dəyərləndirilməsi və təsdiqini tezləşdirə bilər. Görüləcək işlər üçün bir il zamanımız var. Əminik ki, bu sahədəki işlərin tezliyi abidələrimizin UNESCO tərəfindən Maddi-Mədəni İrs nümunəsi kimi təsdiq olunmasına öz töhfəsini verəcək.

Surə SEYİD,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri