Icma.az
close
up
RU
“Made in Azerbaijan”: Qusar bağlarından Rusiya və Ərəb ölkələrinədək REPORTAJ FOTO

“Made in Azerbaijan”: Qusar bağlarından Rusiya və Ərəb ölkələrinədək REPORTAJ FOTO

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qusar, 10 iyun, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artmaqdadır. Bölgələrdə yaradılan çoxsaylı müasir iri meyvəçilik təsərrüfatlarının fəaliyyətə başlaması əhalinin məşğulluğunu təmin etməklə yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu baxımdan məhsuldar bağların salınması ərzaq təhlükəsizliyinin təmin edilməsində və ixracın artırılmasında mühüm rol oynayır.

Azərbaycanda müasir meyvəçilik təsərrüfatlarını özündə birləşdirən iri şirkətlərdən biri də ölkəmizin şimal və şimal-qərb bölgələrində fəaliyyət göstərən “Agrarco MMC”-dir. 2017-ci ildə yaradılmış “Agrarco” MMC yüksək keyfiyyətli fındıq, həmçinin tumlu-çəyirdəkli meyvələrin istehsalı və ixracı ilə məşğuldur. Şirkətin Zaqatala rayonunda yerləşən Şimal-qərb mərkəzi əsasən ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Bu bölgədə 1300 hektara yaxın fındıq bağı, həmçinin fındıq emalı zavodu və soyuducu anbar kompleksi qurulub.

Qusar rayonunda yerləşən Şimal mərkəzi isə özündə 1000 hektardan çox meyvə bağı və soyuducu anbar kompleksini birləşdirir.

AZƏRTAC-ın bölgə müxbiri “Agrarco” MMC-nin Qusarda yerləşən Şimal mərkəzində olub, şirkətin meyvə istehsalı və ixracı potensialı ilə maraqlanıb.

Şirkətin şimal bölgəsindəki meyvə bağları Qusar, Quba və Xaçmaz rayonları ərazisindədir. Bu bağların 600 hektardan çoxunda fındıq becərilir. Bundan başqa 170 hektar alma, 67 hektar gilas, 42 hektar nektarin, 24 hektar şaftalı, 7 hektar heyva, 1,5 hektar xurma, 1 hektar isə gavalı və badam bağları var.

Şimal mərkəzinin baş aqronomu Arif Qədimli bildirib ki, hər il intensiv formada becərilən meyvə bağlarından 9 min tona yaxın məhsul toplanır: “Hazırda gilas bağlarında yığımın qızğın çağıdır. Mayın 20-dən gilas toplanmasına başlanılıb. Gilas yığıldıqdan sonra soyuducu anbara yerləşdirilir. Burada ölçülərinə, keyfiyyətinə görə çeşidlənir və qablaşdırılır. Xarici bazardan məhsul üçün edilən təkliflər dəyərləndirilir. Bağlardan yığılan gilas ən sərfəli təklif əsasında yerli və xarici bazarlarda müştərilərə satılır. Bağlardan toplanan məhsulun böyük hissəsi satış üçün Rusiya bazarlarına göndərilir. Məhsul göndərdiyimiz xarici bazarlar arasına son illər Birləşmiş Ərəb Əmirlikləri də daxil olub. Gələcəkdə ixracda digər ölkələrin və alternativ bazarların payını artırmağı hədəfləyirik”.

Söhbət zamanı məlum olur ki, ötən il bu bağlardan 6 min ton alma, 1340 ton şaftalı və nektarin, 640 ton armud, 310 ton heyva, 300 ton gilas yığılıb.

“Ölkəmizin digər bölgələrində olduğu kimi, Qusarda da intensiv bağçılığın inkişafına böyük imkanlar yaradılır, dövlət dəstəyi göstərilir. Müasir meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarıla bilən rəqabətədavamlı məhsul istehsal etməkdir. Bizim müasir tipli bağlarımızda xarici sort meyvələr becərilir. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir. Qarşıdakı illərdə istehsal gücümüzü daha da artırmağı düşünürük”, - deyə Arif Qədimli bildirib.

Onu da qeyd edək ki, “Agrarco” MMC-nin Qusarda yerləşən soyuducu anbar kompleksi 5 min ton məhsul saxlamağa imkan verir. Burada Avropanın tanınmış şirkətlərinin avadanlıqları quraşdırılıb. “Agrarco”nun meyvə tədarükü zəncirində becərmə, emal, qablaşdırma və təchizat əsas yer tutur.

Şirkətin fəaliyyəti yerli əhalinin məşğulluğunu təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır. Qusardakı bağçılıq və soyuducu anbar kompleksində 300-dən çox yerli sakin daimi işlə təmin olunub. Məhsul yığımı dövründə isə daha 300 nəfər mövsümi işlə təmin edilir. Onların işə gəlib-getməsi üçün avtobuslar da təşkil olunur.

“Agrarco” MMC bir sıra yerli və beynəlxalq sərgilərdə də təmsil olunur. Bu sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri