Madonna ilə Castin arasında çıxışa görə gərginlik yaşanıb
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı il futbol üzrə dünya çempionatının final oyunundakı fasilə şousunda çıxış edən dünya ulduzları Madonna ilə Castin Biber tələbləri ilə gündəmə gəlib.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, Madonna şounun əvvəlindən sonuna qədər möhtəşəm və böyükmiqyaslı olmasının tərəfdarı olub. Castin Biber isə daha sadə və emosional səhnə quruluşuna üstünlük verib. O, hətta məşqləri belə tez bitirməyi istəyib.
Mənbənin iddiasına görə, Madonna məşqlər zamanı da sərt və tələbkar davranıb. O, ən kiçik səhvlərə görə məşqləri dayandıracaq qədər aqressiya sərgiləyib və komandasından da eyni intizamı gözləyib. Onun məşq zamanı Castinlə üz-üzə gəlməməsinə, onun vaxtına girməməsinə çalışılıb.
Fikir ayrılıqlarına baxmayaraq, hər iki sənətçi sonda öz planını həyata keçirə bilib. Madonna möhtəşəm səhnə şousu təqdim edib, Castin Biber isə "Everything Hallelujah" mahnısını daha sakit və sadə atmosferdə ifa edib.
Qeyd edək ki, dünya çempionatının finalındakı fasilə proqramında BTS qrupu və Şakira da səhnə alıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 24 İyul 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















