Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Madrid klubları büdrədi, “Barselona” zirvəyə şərik oldu

Madrid klubları büdrədi, “Barselona” zirvəyə şərik oldu

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Real”la “Atletiko” sözləşibmiş kimi heç-heçə etdi. Belədə “Barselona”nın üzərinə düşən iş Madrid nəhənglərinin xal itkisindən yararlanmaq itdi. Flikin komandası bunu bacarmaqla zirvəyə şərik oldu. Maraqlıdı ki, avrokuboklara vəsiqəyə iddialılardan “Atletik”lə “Vilyarreal” da meydandan 1:1 hesablı heç-heçə ilə ayrıldı.

“Real” çempionatda ardıcıl 3-cü oyunda xal itirdi. Hərçənd oyunun əvvəli madridlilərin Pamplona səfərində hansısa çətinliklə üzləşəcəyindən xəbər vermirdi. Oyuna fəal başlayan qonaqlar dərhal təhlükəli vəziyyətlər yaratdı. Yalnız müdafiəyə fikir verən “Osasuna” 15-ci dəqiqədə qapısında qol gördü – Valverdenin ötürməsindən sonra Mbappe fərqləndi. Bu qol meydan sahiblərini silkələdi, oyun bərabərləşdi. İlk yarım saatın tamamında Oros az qala fərqlənəcəkdi, ancaq Kurtua “Real”ı xilas etdi. Ardından, daha dəqiqi, 39-cu dəqiqədə hakimə hansısa arzuolunmaz söz deyən Bellingem (hakim onun “get ...” dediyini iddia edir, “Real” isə “açıl başımdan” ifadəsinin üzərində dayanır) birbaşa qırmızı vərəqə almaqla komandasını pis vəziyyətdə qoydu. Budimir fasilə ərəfəsində azlıqda qalan rəqibi cəzalandırmağa yaxın oldu. Hesab 58-ci dəqiqədə bərabərləşdi. Kamavinqanın Budimirə qarşı kobudluğuna görə referi Xose Munuera Montero “nöqtə”ni göstərdi. Zərərçəkən zərbəni dəqiq yerinə yetirdi.
Bundan sonra top mərkəzdə qalmadı. “Real” azlıqda da yetərincə təhlükəli hücumlar qurdu, Mbappe və Vinisius bir-birinin ardınca “Osasuna”nın müdafiəsinə problem yaratdı. Eyni zamanda, meydan sahiblərinin də perspektivli hücumları olurdu. Qonaqlar sonda qələbəyə yaxın idi, ancaq Modriç topu tirin üstündən vurdu, Mbappenin zərbəsini qapıçı qaytardı. Nəticədə komandalar meydandan 1 xalla ayrıldı. İdarəçilikdən kəskin narazı qalan “Real” Bellingemə görə apellyasiya şikayəti edib, amma hakimi təhqir etdiyi sübut olunsa, ingiltərəli futbolçu ən azı 4 oyunluq cəzalanacaq.
“Real”dan sonra meydana çıxan “Atletiko” həmşəhərlilərini zirvədən endirmək üçün əla imkan qazanmışdı. Bunun üçün sadəcə, “Selta”nı məğlub etmək lazım idi. Ancaq Simeonenin komandası imkandan yararlana bilmədi. “Atletiko” da “Real”ın taleyini yaşadı, yəni “hindular” artıq ilk yarıda azlıqda qaldı, fasilədən sonra isə penalti ilə cəzalandı. Sadəcə, “Atletiko” bütün oyunu azlıqda keçirdi. Artıq 5-ci dəqiqədə mərkəzdə topu itirəndən sonra Dürana qarşı hədsiz kobud oynayan Barrios meydandan qovuldu. Say üstünlüyü qazanan “Selta” topa nəzarəti ələ keçirsə də, rəqib müdafiəsinə problem yaşatmaqda çətinlik çəkirdi. Yalnız fasilə ərəfəsində qalisiyalılar fəallaşdı, onda da Düran yaxın məsafədən rəqib qapısına yol tapa bilmədi, Lopes topu tirin üstündən vurdu.
Qonaqlar 2-ci hissədə 4 müdafiəçili sxemə keçdilər, ancaq meydandakı mənzərə o qədər də dəyişmədi. Etibarlı müdafiə olunan “Atletiko” vaxtaşırı az qüvvə ilə hücuma da atılırdı. “Selta” qol istəyinə 68-ci dəqiqədə çatdı. Le Norman İqlesiasın ayağını tapdaladığına görə “hindular”ın qapısına penalti təyin olundu. Sonradan meydana çıxan Aspas viqoluları önə keçirdi. Ancaq bu qol qonaqlara qələbə qazandırmadı. Dieqo Simeone 78-ci dəqiqədə üçlü dəyişiklik reallaşdırmaqla komandasının oyununu gücləndirdi. Məhz oyuna sonradan qoşulanlardan biri – Sörlot cərimə meydançasının xətti üzərindən dəqiq zərbə vurmaqla hesabı bərabərləşdirdi. Qol meydan sahiblərini ümidləndirsə də, ədalət naminə “Selta”nın qələbəyə daha yaxın olduğunu deməliyik. Ancaq “Atletiko” 1 xalı qoruya bildi.
Turun başqa oyunlarına gəlincə, “Atletik” autsayderlərdən “Espanyol”la oyunda xal itirdi. Bilbaoluları 77-ci dəqiqədə məğlubiyyətdən Sanset qurtardı. “Vilyarreal” da “Valensiya”nı məğlub edə bilmədi. “Sarı sualtı qayıq” “yarasalar”ın 84-cü dəqiqədə vurduğu cavab qoluna üzüldü. Artıq 20-ci dəqiqədə azlıqda qalan “Real Sosyedad” “Betis”lə oyunda darmadağın oldu. “Jirona” evdə “Xetafe”yə uduzdu. Turun ən məhsuldar oyununda “Leqanes”lə “Alaves” bir-birinin qapısına üç dəfə yol tapdı. “Sevilya” isə qış fasiləsindən sonra nəticələrini yaxşılaşdırmaqdadı. Bu komanda hesabat turunda səfərdə aşkar autsayder “Valyadolid”i darmadağın etdi. “Malyorka” “Las Palmas”ı məğlub etməklə “avrokubok zonası”na yaxınlaşdı.
24-cü tur
Osasuna – Real 1:1
Budimir, 58-p. – Mbappe, 15. (22390)
Real: Kurtua, F.Qarsiya, Asensio, Çuameni, Valverde, Bellingem, Kamavinqa, Modriç, Dias (Rodriqo, 69), Vinisius, Mbappe.
Atletiko - Selta 1:1
Sörlot, 82 Aspas, 68-p. (64211)
Atletiko: Oblak, Qalan (Mandava, 59), Le Norman, Ximenes, M.Lyorente, Lino (Koke, 10), Simeone (Qallaher, 78), De Paul (Korrea, 78), Barrios, Qrizmann (Sörlot, 78), Alvares.
Barselona - Rayo Valyekano 1:0
Levandovski, 28-p. (45296)
Espanyol - Atletik 1:1
Fernandes, 62 Sanset, 77. (26645)
Vilyarreal - Valensiya 1:1
Geye, 32 Sadik, 84. (19701)
Betis - Real Sosyedad 3:0
Antoni, 51. Roka, 64; 69. (48758)
Jirona - Xetafe 1:2
Errera, 54 Uçe, 3. Mayoral, 62. (10354)
Leqanes - Alaves 3:3
Raba, 10-p.; 37-p. Munir, 88 K.Qarsiya, 25. Xordan, 50-p.; 68. (10681)
Valyadolid - Sevilya 0:4
Xuanlu, 5; 67. Romero, 45+1. Lukebakio, 84. (22123)
Malyorka - Las Palmas 3:1
Muriqi, 7; 28. Rodriges, 35 Bayçetiç, 62. (18475)
1. Barselona 24 16 3 5 65-25 51
2. Real 24 15 6 3 52-23 51
3. Atletiko 24 14 8 2 39-16 50
4. Atletik 24 12 9 3 37-21 45
5. Vilyarreal 24 11 8 5 47-35 41
6. Rayo Valyekano 24 9 8 7 27-25 35
7. Malyorka 24 10 4 10 23-30 34
8. Betis 24 8 8 8 30-31 32
9. Osasuna 24 7 11 6 29-33 32
10. Jirona 24 9 4 11 32-35 31
11. Real Sosyedad 24 9 4 11 20-23 31
12. Sevilya 24 8 7 9 29-34 31
13. Xetafe 24 7 9 8 20-18 30
14. Selta 24 8 5 11 35-38 29
15. Espanyol 24 6 6 12 23-36 24
16. Leqanes 24 5 9 10 22-35 24
17. Las Palmas 24 6 5 13 29-41 23
18. Valensiya 24 5 8 11 25-38 23
19. Alaves 24 5 7 12 28-38 22
20. Valyadolid 24 4 3 17 15-52 15
Bombardirlər: Levandovski (Barselona) – 20, Mbappe (Real) – 17, Rafinya (Barselona), Budimir (Osasuna) – 13.
Növbəti turun oyunları fevralın 21-24-ü aralığında keçiriləcək: Selta – Osasuna, Alaves – Espanyol, Rayo Valyekano – Vilyarreal, Valensiya – Atletiko, Las Palmas – Barselona, Atletik – Valyadolid, Real – Jirona, Xetafe – Betis, Real Sosyedad – Leqanes, Sevilya – Malyorka.
Turun rəqəmi
25 – bütün turnirlərdə qol sayını 25-ə çatdıran Mbappe “Real”da Kriştiano Ronaldodan (2009/10) sonra debüt mövsümündə bunu bacaran ilk futbolçu oldu. Ronaldo (2002/03) və Van Nistelroy (2006/07) da ilk mövsümündə bu qədər qol vura bilmişdi.
Turun ulduzu
Vedat Muriqi (Malyorka) – 2022-ci ildən bu komandanın şərəfini qoruyan kosovolu hücumçu “Las Palmas” üzərindəki qələbənin memarı oldu. Cari mövsümdə artıq 6 qol vuran Vedat ötən mövsümdəki nəticəsini (7) yaxşılaşdırmağa çox yaxındı.
Turun sitatı
Toni Freyşa, “Barselona”nın sabiq direktoru:

“Futbol tarixinin ən uğurlu klubunun fəryadını eşitmək gülməlidi. Pamplonada qüsursuz hakimlik! Madridlilər bütün tarixi boyunca fırıldağa necə öyrəşiblərsə, qaydalar əsasında mühakimə olunanda əsəbləşirlər”.


Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Komandama 10 üzərindən 10 verirəm. 90 dəqiqə azlıqda oynadıq. Çox yaxşı oynayan rəqibə fərqlənmək üçün o qədər çox imkan vermədik. Uşaqlar maneələrin öhdəsindən gəldi - əvvəlcə azlıqda oynadılar, qol buraxandan sonra da mübarizəni davam etdirmək üçün özlərində cəsarət tapdılar. Onların oyunundan çox razıyam”.


Karlo Ançelotti, “Real”ın baş məşqçisi:

“Xal itirdiyimiz son üç oyunda qəribə hadisələr baş verib. Hər kəs bunu gördü. Heç nə əlavə etmək istəmirəm. Hər kəs gördü ki, VAR rəqibin cərimə meydançasında başverənləri yoxlamadığı halda, bizlə bağlı yoxladı. Bu problemdi. Olmamalı şeylər oldu. Mübarizəni davam etdirməliyik”.


Faktlar
* Ardıcıl 4-cü oyunda “Real”ın qapısına penalti təyin olundu. “Leqanes”, “Atletiko” və “Mançester Siti” ilə oyunlarda da Madrid nəhəngi belə cəzalanmışdı. Bütün penaltilər qola çevrilib.
* “Real” 2020-ci ildən bəri ilk dəfə La Liqada ardıcıl 3-cü oyunda xal itirdi. Onda komandanı Zidan çalışdırırdı. Ançelottinin komandası “Osasuna” ilə heç-heçəyə qədər “Espanyol”a uduzub (0:1) və “Atletiko” ilə oyunda (1:1) 1 xal qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:378
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Fevral 2025 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see580

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see332

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see265

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see256

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see248

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see242

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see235

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see232

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see227

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see226

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see214

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see213

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see206

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see205

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see203

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see196

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see196

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see196

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri