Maduro ABŞ ı ittiham etdi “Hər gün psixoloji müharibə aparırlar”
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ı ölkəsinə qarşı psixoloji müharibə aparmaqda günahlandırıb.
525.az xəbər verir ki, bu barədə o, VTV dövlət televiziya kanalına müsahibəsində deyib.
Maduro ABŞ-ın Karib dənizi bölgəsindəki hərbi fəaliyyətini yaxından izlədiklərini vurğulayıb.
Venesuela lideri bildirib ki, ABŞ ölkəsində rejim dəyişikliyi axtarışındadır:
“Biz hər gün Amerika imperializmi tərəfindən sözlərlə təhdid olunuruq, hər gün psixoloji müharibə aparılır. Burada bir söz, orada bir söz, bir tərəfdə gəmilər, digər tərəfdə raketlər..."
Maduro, ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün xalqın və ordunun maksimum birliyini vurğulayaraq, sakit və sağlam düşüncə ilə hərəkət edəcəklərini söyləyib.
Venesuela prezidenti əlavə edib ki, YouTube hesabı hələ də bloklanıb və bu, senzura xarakteri daşıyır. Maduro YouTube komandasını axmaqlar adlandırıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 24 Oktyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















