Icma.az
close
up
RU
Vyetnam şirkətlərinin Azərbaycana marağı artır

Vyetnam şirkətlərinin Azərbaycana marağı artır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaranır. Enerji sektorunda uzun illərə söykənən tərəfdaşlıq, qarşılıqlı ticarət, Vyetnam şirkətlərinin ölkəmizə investisiya marağı və tranzit daşımalarının həcminin artması ikitərəfli münasibətlərin iqtisadi məzmununu zənginləşdirir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində səsləndirdiyi fikirlər də bu əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini aydın göstərir.
İkitərəfli münasibətlərin inkişafında 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri xüsusi mərhələ hesab olunur. Səfər çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat qəbul edilib. Bu sənəd iqtisadi, energetika, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün siyasi zəmin yaradıb.
Ticarət əlaqələrindəki göstəricilər də tərəfdaşlığın iqtisadi əhəmiyyətini nümayiş etdirir. 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153,41 milyon ABŞ dolları təşkil edib. Prezident İlham Əliyev müsahibəsində bu göstəricinin real iqtisadi imkanları tam əks etdirmədiyini vurğulayıb. Əslində, qarşılıqlı ticarətin genişləndirilməsi üçün kifayət qədər geniş əməkdaşlıq istiqamətləri mövcuddur. Hazırda tərəflər qeyri-neft məhsullarının ticarətinin artırılması, ixrac imkanlarının şaxələndirilməsi və qarşılıqlı investisiyaların təşviqini prioritet hesab edirlər. Bu baxımdan, investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsinin hazırlanması da diqqət çəkir. Azərbaycan və Vyetnam arasında biznes əlaqələrinin inkişafı üçün Biznes Şurasının fəaliyyətinin genişləndirilməsi məsələsi də gündəmdədir.
Neft sektorunda formalaşan tarixi tərəfdaşlıq
Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin ənənəvi və mühüm istiqamətlərindən biri energetika, xüsusilə neft sənayesi ilə bağlıdır. 1981-ci ildə Sovet ­İttifaqı ilə Vyetnamın birgə müəssisəsi olan ­“Vietsovpetro”nun yaradılmasında azərbaycanlı neft mütəxəssislərinin böyük rolu olub. Müəssisənin ilk baş direktoru həmyerlimiz Cəlal Məmmədov təyin edilib.
Azərbaycanlı neftçilərin Vyetnamın neft sənayesinin formalaşmasındakı xidmətləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın möhkəm tarixi təməlini yaradıb. Müxtəlif dövrlərdə 2 minədək azərbaycanlı neftçinin bu prosesə cəlb olunması, yerli mütəxəssislərin hazırlanmasına göstərilən dəstək və təcrübə mübadiləsi həmin tərəfdaşlığın miqyasını göstərir. Bu tarixi əməkdaşlıq hazırda yeni məzmun qazanır. SOCAR ilə Vyetnamın Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi enerji tərəfdaşlığının əsas istiqamətlərindən biridir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlərin göstərilməsi, mütəxəssislərin hazırlanması sahələrində birgə fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.
Əməkdaşlığın real iqtisadi nəticələri də var. Belə ki, 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox Azərbaycan nefti tədarük edilib. Tərəflər gələcəkdə Azərbaycan xam neftinin Vyetnam neft emalı zavodlarına tədarükünün davam etdirilməsi, neft-qaz yataqlarının işlənilməsi, neft emalı, neft-kimya və neft-mədən xidmətləri sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçirirlər. Vyetnama mayeləşdirilmiş təbii qazın tədarükü məsələsi də müzakirə olunan istiqamətlər arasındadır.
İkitərəfli iqtisadi əlaqələrin digər perspektivli istiqaməti Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakının genişləndirilməsidir. Bu baxımdan “ROX Group” şirkətinin ölkəmizə marağı xüsusi qeyd edilməlidir. Şirkət tikinti və ­infrastrukturun inkişafı, eləcə də bərpaolunan enerji sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib.
25 sentyabr 2026-cı ildə Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq istiqamətlər üzrə əməkdaşlığa dair sənədlərin imzalanması bu marağın konkret tərəfdaşlıq təşəbbüsləri ilə müşayiət olunduğunu göstərir.
Şirkətlə əməkdaşlıq çərçivəsində Naxçıvan Muxtar Respublikasında Günəş elektrik stansiyalarının, Bakı ətrafında isə külək elektrik stansiyalarının yaradılması imkanlarının müzakirə edildiyi bildirilib. Hazırda ölkəmizdə Vyetnam investisiyalı 7 şirkətin fəaliyyət göstərməsi də bu ölkənin Azərbaycan bazarına marağının genişləndiyini göstərən məqamlardandır.
Bu əməkdaşlığın əhəmiyyəti bir neçə istiqamətdə qiymətləndirilə bilər. İlk növbədə, xarici investisiyaların cəlb edilməsi Azərbaycanda istehsal və xidmət sahələrinin inkişafına, yeni texnologiyaların tətbiqinə və iqtisadiyyatın şaxələndirilməsinə xidmət edə bilər. Digər tərəfdən, Vyetnam şirkətləri üçün Azərbaycan Cənubi Qafqaz və daha geniş regionun bazarlarına çıxış baxımından əlverişli tərəfdaşlıq imkanları təqdim edir.
Vyetnamın da Avropaya yolu ölkəmizdən keçir
Azərbaycan–Vyetnam iqtisadi münasibətlərində diqqətçəkən istiqamətlərdən biri də nəqliyyat və tranzit daşımalarıdır. Azərbaycanın coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyası Vyetnam yüklərinin Avropa bazarlarına çatdırılmasında ölkəmizin rolunu artıra bilər.
Bu sahədə artıq müsbət dinamika müşahidə olunur. 2026-cı ilin yanvar-sentyabr aylarında Vyetnamla bağlı tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8,3 min tona çatıb. Bu artım iki ölkə arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm göstəricidir.
Azərbaycanın Orta Dəhliz və ­“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizindəki mövqeyi Vyetnam üçün əlavə logistika imkanları yaradır. Bu marşrutlardan səmərəli istifadə etməklə Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların təşkili mümkündür. Eyni zamanda, Azərbaycanın tranzit imkanlarının genişlənməsi yük axınlarının artmasına, logistika xidmətlərinin inkişafına və ölkənin beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər.
Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın perspektivləri enerji və nəqliyyat sektorları ilə məhdudlaşmır. Sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı və emalı, tikinti, xidmətlər və texnologiya sahələrində də birgə layihələrin həyata keçirilməsi üçün imkanlar mövcuddur.
Vyetnamın istehsal və ixracyönümlü iqtisadi təcrübəsi ilə Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları və logistika infrastrukturu bir-birini tamamlayan üstünlüklərdir. Bu amillər qarşılıqlı ticarətin artırılması ilə yanaşı, birgə istehsal müəssisələrinin yaradılması, investisiya layihələrinin reallaşdırılması və yeni bazarlara çıxış üçün də əlverişli şərait formalaşdıra bilər.
Prezident İlham Əliyevin müsahibəsində də vurğulandığı kimi, Azərbaycan Cənubi Qafqazda mühüm logistika və energetika habı, Vyetnam isə Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadiyyatlarından biridir. Bu iki ölkənin imkanlarının birləşdirilməsi yeni bazarlara çıxış, birgə layihələrin həyata keçirilməsi və biznes əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Bütün bunlar göstərir ki, Azərbaycan-­Vyetnam münasibətlərində uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq ənənələri indi daha geniş iqtisadi məzmun qazanır. Qarşıdakı mərhələdə əsas vəzifə mövcud siyasi etimadı konkret investisiya layihələrinə, istehsal təşəbbüslərinə, artan ticarət dövriyyəsinə və dayanıqlı logistika əlaqələrinə çevirməkdir. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət iki ölkənin iqtisadi tərəfdaşlığını daha da yüksəldə bilər.

Nurlan ABDALOV
XQ

Ekspert rəyi
Eyyub KƏRİMLİ,
iqtisadçı-ekspert

Vyetnamın iqtisadi gücü, sənaye və istehsal potensialı, Azərbaycanın enerji resursları, tranzit imkanları və əlverişli coğrafi mövqeyi qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün ciddi zəmin yaradır. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçəcəyinə dair gözləntiləri artırır.
Hesab edirəm ki, bu əlaqələrin gələcək inkişafı üçün ciddi perspektivlər mövcuddur. Əsas istiqamətlərdən biri energetika sahəsidir. Digər tərəfdən, Vyetnam Azərbaycana investisiya yatırmaq potensialına malik ölkələrdən biridir. Xüsusilə Günəş və külək elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlıq imkanları diqqət çəkir.
Bununla yanaşı, Azərbaycanın nəqliyyat və logistika imkanlarından istifadə etməklə Orta Dəhliz vasitəsilə Vyetnam məhsullarının ölkəmiz üzərindən Avropa bazarlarına daşınması mümkündür. Bu, həm Azərbaycanın tranzit potensialının artmasına, həm də ikitərəfli iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, Azərbaycan Vyetnam bazarına qeyri-neft məhsullarının ixracını artıra bilər. Belə ki, 100 milyondan artıq əhalisi olan Vyetnam Azərbaycan məhsulları üçün perspektivli bazar hesab olunur. Digər tərəfdən, bu ölkə ilə ticarət əlaqələrinin genişləndirilməsi idxalın şaxələndirilməsinə də imkan yarada bilər.
Vyetnam düyü, qəhvə, dəniz məhsulları, eləcə də müxtəlif elektronika avadanlıqlarının istehsalı və ixracı sahəsində rəqabətqabiliyyətli mövqeyə malikdir. Bu məhsulların bir qisminin münasib qiymətlərlə təklif olunması Azərbaycan bazarı üçün də əlavə imkanlar yarada bilər.
Hesab edirəm ki, konkret investisiya layihələrinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin genişləndirilməsi şərtilə qarşıdakı 3-5 il ərzində iki ölkə arasında ticarət dövriyyəsini 500 milyon dollara çatdırmaq mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Noyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri