Icma.az
close
up
RU
Maduronun həbsi beynəlxalq hüququn iflasıdır

Maduronun həbsi beynəlxalq hüququn iflasıdır

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının Venesuela ərazisində həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduronun tutularaq ABŞ-a aparılması və ilkin məlumatlara görə mühakimə olunacağı xəbərlərindən sonra belə bir versiya dövriyyəyə buraxıldı ki, guya ABŞ, Rusiya və Çin Amerika qitəsində əsas müttəfiqlərindən biri olan Venesuelada Nikolas Maduronun hakimiyyətdən getməsini Rusiyanın Ukraynanı, ABŞ Venesuelanı, Çin isə Tayvanı "götürməsi" şərti ilə aralarında razılaşıblar.

Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.

O, qeyd edib ki, ancaq faktların analizi və proseslərin ardıcıllığı göstərir ki, Rusiya və Çinin ABŞ-la Venesuela ilə bağlı razılaşması mümkün deyil:

"Əvvəla qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra ilk açıqlamalarından biri Venesuelanın təbii ehtiyatları və torpaqları ilə bağlı açıq mesajlar verməsi idi. Nəzərə alsaq ki, Rusiya Venesuelada təkcə siyasi deyil, eyni zamanda hərbi mövcudluq nümayiş etdirir və bu ölkədən ABŞ-a qarşı təzyiq platforması kimi istifadə edirdi, bu halda isə Tramp administrasiyası ilə Venesuela ilə bağlı razılaşmanın mümkünsüz olduğunu göstərir.

Digər tərəfdən, Venesuelada Rusiya həm siyasi, həm diplomatik, həm də hərbi baxımdan məğlub vəziyyətə düşür, bu da Rusiyanın qlobal güc imicinə ciddi zərbədir.

Əgər Rusiya Venesuelada prezident Maduronun təhlükədə olduğunu hiss etsəydi, onun da Askar Akayev, Viktor Yanukoviç, Bəşər Əsəd və sair kimi Rusiya ərazisinə köçürməklə təhlükəsizliyini təmin edərdi. Bu, eyni zamanda Rusiyanın müttəfiq liderlərə qarşı sadiqlik və beynəlxalq aləmdə etibarlılıq imici siyasətidir. Bəzi məlumatlara görə isə Tramp əməliyyatdan əvvəl Maduroya Türkiyəyə sığınmağı təklif edib".

Keçən ilin oktyabrında ABŞ prezidenti Donald Tramp müvafiq sərəncam imzalayaraq Ukraynanın Rusiyanın daxilinə, ən əsası neft infrastrukturunun, neft emalı zavodlarının və kəmərlərinin vurulmasına rəsmi dəstək verib. Həmçinin həmin sərəncamla Ukraynanın Rusiyadan Çinə neft və qaz ixrac kəmərlərinə də zərbələr istisna edilmir və çox ehtimalla Çinə gedən neft kəmərlərinə də zərbələrin endirilməsi müşahidə olacaq:

"Rusiya ilə yanaşı, Çin Venesuelaya müttəfiqlik səviyyəsində siyasi-diplomatik, hərbi və texnoloji dəstək verir, öz iqtisadiyyatının güclü inkişafı üçün Venesuela neftindən ucuz xammal kimi istifadə edərək ABŞ ilə real rəqabət aparır. Venesuelada Maduron hakimiyyətinin devrilməsindən sonra Çinin də regional və qlobal hərbi-siyasi nüfuzunun və iqtisadi potensialının ciddi şəkildə zədələndiyi görünür.

Şübhəsiz ki, ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat və prezident Maduronun həbsi beynəlxalq hüququn iflasıdır və heç bir ittihamla buna haqq qazandırmaq mümkün deyil. Donald Trampın Venesuela əməliyyatından sonra İrana hərbi müdaxilə ehtimalı yüksəlib. Artıq ABŞ İranda gedən mitinqlərə hakimiyyətin silahlı müdaxilə edəcəyi təqdirdə etirazçıları müdafiə edəcəyini bildirib.

ABŞ üçün Qrelandiya da əsas hərbi hədəflərdəndir. Ancaq, ABŞ-ın Danimarka ilə Qrenlandiya məsələsində ortaq razılaşması mümkündür. Panama və Kolumbiya ilə Tramp administrasiyasının güclə danışmaq istəyi isə açıqdır.

ABŞ-ın Venesueladakı əməliyyatından sonra Çinin də Tayvanı özünə tabe etmək üçün hərbi əməliyyat keçirmək ehtimalı artıb. Ancaq bu, ABŞ-la razılaşmadan irəli gələ bilməz. Əgər Çin bu əməliyyata gedərsə, ABŞ-la rəqabətdə güc və imkanını sübut edə bilər. Təbii ki, Çin ABŞ üçün birinci əlçatmaz rəqib olaraq qalır.
Rusiyadan, Venesueladan və İrandan Çinə gedən enerji daşıyıcılarının üçündən hələ ki, iki təchizatın kəsilməsi ehtimalı Çinin ABŞ loyalığına təsir edə bilər. Demək ki, İrandan da Çinə enerjidaşıyıcılarının ixracının dayandırılması zaman məsələsidir.

Yeri gəlmişkən, İran, Rusiya və Çin ABŞ-ın Venesuelada keçirdiyi əməliyyatı pisləyən bəyanatla çıxış edib".

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:517
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri