Icma.az
close
up
RU
Maduronun qaçırılması Məhəmməd Tağıyev yazır

Maduronun qaçırılması Məhəmməd Tağıyev yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya siyasi tarixində qərarları və idarəetmə üsulları ilə qlobal proseslərə təsir göstərmiş çoxsaylı lider və dövlət başçıları olub. Bu fiqurların bir qismi həyata keçirdikləri siyasətin nəticəsi olaraq yalnız hakimiyyətlərini deyil, bəzən həyatlarını da itiriblər. Yaxın keçmişə nəzər saldıqda Adolf Hitler, Benito Mussolini, Üsamə bin Laden kimi adların siyasi və ya ideoloji addımlarının gec-tez ağır nəticələrlə sonlandığını görürük. Tarix göstərir ki, bu cür fiqurlar zamanla dəyişsələr də, mahiyyət etibarilə eyni destruktiv mexanizmlər müxtəlif formalarda yenidən özünü büruzə verir.

Müasir dövrdə Rusiya-Ukrayna və İsrail-HƏMAS qarşıdurmaları bu tendensiyanın aktual nümunələri kimi diqqəti çəkir. İllərdir davam edən bu proseslərin sülh yolu ilə həll olunmaması beynəlxalq ictimaiyyətin təşəbbüslərinin çox zaman real nəticədən daha çox formal xarakter daşıdığını göstərir. Qlobal səviyyədə keçirilən sammitlər, iclaslar və etiraz aksiyaları siyasi iradə ilə müşayiət olunmadıqda, münaqişələrin mahiyyətinə təsir etmək gücündə olmur. Nəticə etibarilə, fərqli coğrafiyalarda yaşayan xalqlar üçün qeyri-sabitlik və xaos beynəlxalq sistemin dəyişməz reallığı olaraq qalır.

Bu kontekstdə 2026-cı ilin ilk böyük dövlətlərarası gərginliyi ABŞ-nin Cənubi Amerikanın neftlə zəngin Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu həyat yoldaşı ilə birlikdə ələ keçirərək Nyu-Yorka aparması ilə yadda qaldı. Bir çoxları tərəfindən avtoritar lider, hətta diktator kimi xarakterizə olunan Maduronun bu şəkildə saxlanılması hadisəni dərhal qlobal gündəmin mərkəzinə daşıdı. Məsələnin əhəmiyyəti təkcə hadisənin özü ilə deyil, onun beynəlxalq hüquq, suverenlik və güc siyasəti baxımından yaratdığı presedentlə ölçülür.

ABŞ prezidenti Donald Trampın uzun müddətdir Maduronu Venesuela və region üçün təhlükə mənbəyi kimi təqdim etməsi, iki ölkə arasındakı gərginliyin artıq kritik həddə çatdığını göstərirdi. Buna baxmayaraq, prosesin birbaşa hərbi əməliyyat və dövlət başçısının tutulması ilə nəticələnəcəyi gözlənilməz idi. ABŞ mətbuatının yaydığı məlumata görə, əməliyyatdan bir həftə əvvəl Tramp Maduronu telefon danışığında istefaya çağırıb. Tələbin rədd edilməsi Vaşinqtonun güc variantına üstünlük verməsinə səbəb olub.

Rəsmi izahatlarda əməliyyat narkotik qaçaqmalçılığı və silah cinayətləri ilə mübarizə kimi təqdim edilsə də, paytaxt Karakasa edilən hava zərbələri, hərbi obyektlərin, liman və hava limanlarının bombalanması bu arqumentlərin nə dərəcədə legitim olduğu sualını doğurur. ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin (“Delta Force”) iştirakı ilə həyata keçirilən bu əməliyyat miqyasına və hədəfinə görə bir cinayətkarın deyil, suveren bir dövlətin mövcud hakimiyyətinin neytrallaşdırılmasına yönəlmişdi. Məhz bu məqam beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edən əsas faktordur: hər hansı dövlətin başqa bir ölkənin prezidentini zor yolu ilə ələ keçirməsi beynəlxalq hüquq çərçivəsində əsaslandırıla bilərmi?

Hücum nəticəsində hərbçilər və mülki şəxslər daxil olmaqla onlarla insanın həlak olması əməliyyatın nəticələrini daha da ağırlaşdırdı. Maduro və həyat yoldaşı Siliya Floresin heç bir ciddi müqavimət olmadan tutulması isə Venesuela ordusunun passivliyini və ya pərdəarxası razılaşmalar ehtimalını gündəmə gətirdi. Onların ABŞ Ədliyyə Nazirliyinə məxsus təyyarə ilə Nyu-Yorka aparılması və məhkəmə öncəsi Maduronun alçaldıcı formada şəhər küçələrində nümayiş etdirilməsi Tramp administrasiyasının açıq güc mesajı kimi qiymətləndirilə bilər.

Maduro Manhetten Federal Məhkəməsində ittihamları qəbul etməsə də, növbəti istintaqın martın 17-də keçirilməsi qərara alınıb. Hadisə beynəlxalq arenada ciddi tənqidlərə səbəb olsa da, Venesuela daxilində və regionun bəzi ölkələrində tam fərqli reaksiyalar müşahidə olunur. Venesuela, Argentina, Peru və Çilidə yaşayan bir çox venesuelalı üçün bu hadisə uzun illərdir gözlənilən siyasi dönüş kimi dəyərləndirilir. Sosial şəbəkələrdə yayılan görüntülər Maduronun devrilməsinə dair ictimai gözləntilərin yüksək olduğunu göstərir.

Bununla yanaşı, əsas suallar hələ də açıq qalır: Maduro azad edilə bilərmi? Azad olunacağı təqdirdə yenidən hakimiyyətə qayıtması mümkündürmü, yoxsa siyasi karyerası birdəfəlik başa çatıb? Onun həbsdə qalması Venesuelada hansı idarəetmə modelinin formalaşmasına yol açacaq?

Müvəqqəti prezident Delsi Rodriges ABŞ-ın hərbi əməliyyatını Venesuelanın milli resurslarının qanunsuz ələ keçirilməsinə yönəlmiş addım kimi qiymətləndirərək Maduronun geri qaytarılmasını tələb edib. Bununla yanaşı, o, Vaşinqtonla qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına və “birgə inkişaf”a yönəlmiş əməkdaşlığa açıq olduqlarını da bəyan edib. BMT Təhlükəsizlik Şurasının məsələ ilə bağlı təcili iclas çağırması, Baş katib Antonio Quterreşin hadisəni “təhlükəli presedent” adlandırması və Çinin ABŞ-ı beynəlxalq hüququ pozmaqda ittiham etməsi prosesin qlobal miqyasda nə qədər həssas olduğunu göstərir.

Trampın Venesuela ilə bağlı “biz idarə edəcəyik” ifadəsi isə təkcə Karakas üçün deyil, ümumilikdə Cənubi Amerikadakı digər dövlətlər üçün də açıq mesaj kimi qəbul oluna bilər. ABŞ mərkəzli şirkətlərin Venesuelanın neft sənayesinə böyük həcmdə investisiya yatırmaq niyyəti də bu hadisənin arxasında iqtisadi maraqların dayandığı ehtimalını gücləndirir. Böyük güclər arasındakı fikir ayrılıqları isə prosesin daha da dərinləşməsi riskini artırır. Nəticə etibarilə, bir dövlət başçısının qaçırılması kimi presedentin yeni planetar münaqişəyə çevrilməməsi və mülki itkilərin artmaması beynəlxalq ictimaiyyət üçün ən arzuolunan ssenari olardı. Xüsusilə də son dörd ildə yaşanan qlobal qarşıdurmalar hələ tam “həzm” olunmamışkən.

Məhəmməd Tağıyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://525.az
archiveBu xəbər 06 Yanvar 2026 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri