Icma.az
close
up
RU
Mağaza və xidmət obyektərində bu vasitə ilə KONKRET

Mağaza və xidmət obyektərində bu vasitə ilə KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İsveçrənin Luqano şəhərində bitcoin gündəlik ödəniş vasitəsinə çevrilib. Maraqlıdır, Azərbaycanda mağaza və xidmət obyektləri kripto-ödəniş infrastrukturu üçün hazırdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Luqano nümunəsi uyğun hüquqi mühit və texniki infrastruktur olduqda bitcoin gündəlik ödəniş vasitəsinə çevrilə bilər. Azərbaycanda isə hazırkı vəziyyət fərqlidir və mağaza ilə xidmət obyektlərinin kripto-ödənişlərə tam hazır olduğunu demək çətindir.

Akif Nəsirli

“ Əsas səbəblərdən biri odur ki, Azərbaycanda kriptovalyutalar rəsmi ödəniş vasitəsi kimi tanınmır və manat yeganə qanuni ödəniş vasitəsidir. Bu isə sahibkarlar üçün bitcoin və ya digər kriptoları birbaşa qəbul etməyi hüquqi baxımdan riskli edir. Hüquqi və tənzimləyici çərçivə hələ formalaşma mərhələsindədir və bu sahədə aydın qaydalar olmadığı üçün banklar və iri bizneslər ehtiyatlı davranır.

Texniki tərəfdən baxdıqda da vəziyyət məhduddur. Azərbaycanda kripto ilə ödəniş üçün xüsusi POS terminalları, standartlaşdırılmış QR sistemləri və ya mağazalar üçün geniş yayılmış praktik həllər demək olar ki, yoxdur. Kripto daha çox investisiya və ya alqı-satqı aləti kimi istifadə olunur, gündəlik ödəniş funksiyası isə formalaşmayıb”.

Ekspert qeyd edir ki, bununla yanaşı, müsbət siqnallar da var.

“Fintech sahəsində aktivlik artır, bəzi platformalar manatla kripto arasında çevirmələri sınaq rejimində həyata keçirir və əhali, xüsusilə gənclər arasında kriptovalyutalara maraq mövcuddur. Bu, gələcəkdə infrastrukturun inkişafı üçün müəyyən baza yaradır.

Ümumilikdə, hazırda Azərbaycanda mağaza və xidmət obyektləri kripto-ödənişləri kütləvi şəkildə qəbul edəcək səviyyədə hazır deyil. Bunun üçün əvvəlcə aydın hüquqi qaydalar, bank və fintech inteqrasiyası, təhlükəsiz və sadə texniki həllər, həmçinin sahibkarlar üçün praktiki mexanizmlər formalaşmalıdır. Bu şərtlər yaranarsa, Luqano tipli modelin uzunmüddətli perspektivdə Azərbaycanda da mümkün olması istisna deyil”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Dekabr 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri