Icma.az
close
up
RU
Mağazaların “Qara Cümə” fırıldağı ALDANMAYIN Yeni Sabah

Mağazaların “Qara Cümə” fırıldağı ALDANMAYIN Yeni Sabah

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da son illər onlayn ticarət geniş vüsət alıb. Əziyyətsiz və sadəcə bir toxunuşla dünyanın istənilən nöqtəsinə cəmi bir neçə gün ərzində istənilən məhsulun  çatdırılması mümkündür. Bir çox ölkələrdə illərdir tətbiq edilən və ölkəmizdə də son illər dəb halını almış “Qara Cümə” (Black Friday) kampaniyaları məhz bu satış platformalarında da təklif edilir. 

Lakin bu zaman bəzi platformalarda saxta endirimlərin edildiyi aydın şəkildə görünür. “Hepsiburada”, “Aliexpress”, “Ebay” kimi onlayn mağazalar “Qara Cümə”yə bir neçə gün qalmış əvvəlcə qiymətləri qaldırır və sonra “endirim” edir.

Bu addım, bir növ, ticarət manipuliyasiyasıdır. Məsələn, satış platformasına yerləşdirilən və bazar dəyəri 25 manat olan gödəkcənin qiyməti “Qara Cümə”dən öncə bir və ya bir neçə gün öncə 35 manata təklif edilir. Endirim günündə isə eyni məhsulun satış qiyməti yenidən 25 manata endirilir və təqdimat bölməsində məhsulun 40 faiz ucuzlaşması bildirilir.

Həmin fənddən bir çox məşhur onlayn ticarət şirkətləri istifadə etməkdədir. Ancaq mütəmadi bu platformalarda gəzişən və qiymət dəyişikliklərinə diqqət edən müştərilər sözügedən hiyləni asanlıqla görə bilərlər.

Bir çox marketinq menecerlərin fikrincə, bu üsuldan təkcə onlayn şəbəkələr deyil, ənənəvi satış mağazaları da istifadə edir. Maliyyə dinamikası baxımından, mağaza və şirkətlərin “Qara cümə” kimi zamanlarda həqiqi və radikal endirimlər etməsi, onlar üçün ciddi qazanc itkisi hesabına başa gələr. İqtisadiyyatda isə bu kimi maliyyə itkiləri dalğavari böhranlara və hətta maddi çöküşlərə gətirib çıxarır. 

Həmin nöqteyi-nəzərdən, noyabr ayının sonunu Cümə günü keçiriləcək endirim kampaniyalarında diqqət olmağınızı və ucuzlaşdığı iddia edilən məhsullarla bağlı ətraflı qiymət araşdırması etmənizi tövsiyə edirik.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:293
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri