Icma.az
close
up
RU
Magistr imtahanında bu fənlər ləğv edilməlidir AÇIQLAMA

Magistr imtahanında bu fənlər ləğv edilməlidir AÇIQLAMA

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Magistratura əsasən akademik göstərici olaraq qəbul edilir və ali təhsilin daha yüksək bir pilləsidir. Bir tələbə bakalavr proqramını bitirdikdən sonra öz ixtisası üzrə əmək bazarına daxil olub iş dünyasında yer tapa bilər. Amma magistratura, ümumiyyətlə, əmək bazarında işləmək üçün nəzərdə tutulmuş bir sahə deyil. Bu, daha çox akademik səviyyəni yüksəltmək və təhsil sahəsindəki bilikləri genişləndirmək üçün bir yoldur. Məsələn, universitetlərdə dərs vermək və ya elmi araşdırmalar aparmaq istəyənlər üçün magistratura əhəmiyyətli bir mərhələdir”.

Bunu təhsil eksperti Ramin Nurəliyev Metbuat.az-a açıqlamasında bildirib. O, magistr təhsilinin iş bazarına təsirindən danışıb:

“Doğrudur, magistraturada da əmək bazarına qoşulmaq mümkündür. İxtisası MBA proqramları ilə dəyişib bunu həyata keçirmək olar. Amma yenə də, magistratura əsasən akademik göstəriciləri artırmaq məqsədilə nəzərdə tutulur. Onsuz da tələbə bakalavriatı qurtarıb ixtisası üzrə işləyə bilir, bunun üçün magistraturaya qəbuul mütləq deyil. Magistraturanın əmək bazarında bəzi üstünlükləri var. Magistr diplomu olanlar nisbətən yüksək əmək haqqı alırlar, həmçinin karyera cəhətdən faydalı ola bilər. Məsələn, bir şəxs hüquq sahəsində işləyirsə və magistratura təhsili alırsa, bu onun gələcəkdə universitetdə dərs deməsi və ya daha yüksək akademik mövqelərdə işləməsi üçün əhəmiyyətli bir addım olacaqdır”.

Ekspertin sözlərinə görə, elə tələbələr də magistratura imtahanlarının formatı ilə narazıdırlar:

“Bakalavriatlar son imtahanda sualların əvvəlki illərlə müqayisədə daha çətin olduğunu bildirdilər. Əslində, çətinlikdən çox, sualların vaxt baxımından daha çox zaman tələb etməsi məsələsi var. Yəni məntiqə əsaslanan suallar və ya informatikaya dair suallar daha çox vaxt aparır, bu da imtahanın ümumi çətinliyini artırır. Mən şəxsi olaraq, magistratura imtahanının mövcud formatına qarşıyam. Səbəbim budur ki, mən tarix və ya coğrafiya kimi humanitar sahələrdə təhsil almış bir tələbə olaraq, niyə informatikadan və ya riyazi məntiqdən suallar verməliyəm? Məsələn, mən coğrafiya üzrə magistratura oxumaq istəyirəm, amma imtahanda məndən məntiq və informatika sualları tələb edilir. Bu, mənim ixtisasımla heç bir əlaqəsi olmayan suallardır və bu vəziyyətin düzgün olmadığına inanıram”.

R. Nurəliyevin sözlərinə görə, məntiq və riyaziyyat sualları beynəlxalq imtahanlarda tərtib olunur və əlbəttə ki, vacibdir:

“Eyni zamanda informatika da lazımlıdır, çünki gələcək İT texnologiyalarına və kompüter yönümlü sahələrə doğru inkişaf edir. İngilis dili isə beynəlxalq ünsiyyət dili olduğuna görə əhəmiyyətlidir. Bəs ixtisas üzrə suallar lazım deyilmi? Məsələn, coğrafiya və ya tarix sahəsində təhsil alan biri gələcəkdə elmlər namizədi və ya tarix elmləri doktoru olacaqsa, magistratura və ya doktorantura imtahanında ixtisasına dair suallar görmür. Yəni tələbə bir üst pilləyə yüksəldiyi halda, öz ixtisası üzrə imtahanda iştirak etmir. Bu isə qeyri-obyektivlik yaradır. Niyə riyaziyyat və ya kompüter yönümlü ixtisaslarda oxuyan bakalavrlar humanitar ixtisaslarda təhsil alan bakalavrlardan daha yüksək bal toplayır? Çünki onların ixtisaslarına uyğun suallar tərtib olunur, lakin humanitar sahələrdə oxuyanlar üçün ixtisaslarına uyğun suallar nəzərdə tutulmayıb. Bu, obyektivliyi pozmurmu? Qeyri-obyektivlik formalaşmırmı?”

O, magistratura imtahanının formatında dəyişiklik edilməsini təklif edib:

“Hazırda 50 sualdan ibarət olan məntiq bölməsi 25 sual səviyyəsinə endirilməli, qalan 25 sual isə ixtisas üzrə tərtib olunmalıdır. Yəni coğrafiya ixtisasında oxuyanlar üçün coğrafiyadan, tarix ixtisasında oxuyanlar üçün tarixdən suallar əlavə edilməlidir. Bundan əlavə, informatika bölməsi imtahandan çıxarılmalıdır. Onun yerinə Azərbaycan dili əlavə edilməlidir. Xarici vətəndaşlar ölkəmizdə universitetə qəbul olunarkən Azərbaycan dili üzrə imtahan verirlər. Azərbaycanda xarici dildə təhsil alan şagirdlərə də dövlət dili – Azərbaycan dili üzrə imtahan keçirilir. Bu, ana dilimizi yüksəltmək və qorumaq məqsədi daşıyır. Ancaq magistratura imtahanında ana dilimizi pərdə arxasında saxlayırıq. Bu, düzgün yanaşma deyil. Bu səbəbdən magistratura imtahanında Azərbaycan dili bölməsi əlavə olunmalı, məntiqin payı azaldılmalı və ixtisas üzrə suallar daxil edilməlidir. Bu, həm tələbələrin ixtisaslarına uyğun bir qiymətləndirmə, həm də akademik təhsil prosesinin daha düzgün bir şəkildə aparılması üçün vacibdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Fevral 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri