Icma.az
close
up
RU
Magistr olmaq istəyənlərin nəzərinə

Magistr olmaq istəyənlərin nəzərinə

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Dövlət İmtahan Mərkəzi növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanına hazırlaşan bakalavrların qeydiyyatını 2025-ci ilin yanvar-fevral aylarında keçirməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Ötən illərin təcrübəsi göstərir ki, əvvəlki illərdə məzun olan bakalavrlar imtahana qeydiyyat zamanı bəzi hallarda təhsil məlumatlarının "Tələbə-məzun" bazasında olmaması və ya qeyri-dəqiq olması halları ilə rastlaşırlar. Belə olduqda həmin bakalavrlar sistemdə qeydiyyatdan keçə bilmirlər və məlumatların daxil edilməsini təmin etmək üçün vaxt itkisi ilə üzləşirlər. Hətta bəzən qeydiyyat müddətində bunu həyata keçirməyi çatdırmırlar. Bununla bağlı DİM-in elektron poçtuna çoxsaylı müraciətlər daxil olur.

Qeyd olunanları nəzərə alaraq, əvvəlki illərdə məzun olan və qəbul imtahanına vaxtında və uğurla qeydiyyatdan keçmək istəyən bakalavrlara tövsiyə edirik ki, indidən ali təhsil haqqında məlumatlarını MyGov.az portalına daxil olaraq "Təhsil məlumatlarım" bölməsində yoxlasınlar. Təhsil (diplom) haqqında məlumat aşkar olunmadıqda və ya məlumatlarda qeyri-dəqiqlik üzə çıxdıqda bitirdiyiniz ali təhsil müəssisəsinə, ali təhsil müəssisəsi artıq mövcud deyilsə, Elm və Təhsil Nazirliyinə müraciət etmək lazımdır ki, sistemdə müvafiq düzəliş və ya əlavələr edilsin.

Xarici dövlətlərdə təhsilini başa vurmuş Azərbaycan Respublikasının vətəndaşı olan bakalavrlar isə təhsil məlumatlarını https://apply.enic.edu.az/e-reference/ linkinə daxil olmaqla yoxlamalıdırlar. Məlumat aşkar olunmadıqda Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bu məlumatları indidən yoxlayın ki, qəbul imtahanına qeydiyyat elan olunduqda çətinliklər yaşamayasınız.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 20 Noyabr 2024 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri