Icma.az
close
up
RU
Menu

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

“Atletiko” təklifləri rədd edir

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

Belarusla əlaqələrimiz genişləndirəcəyik

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

Modernləşdirilmiş polad magistral

Modernləşdirilmiş polad magistral

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükötürmə qabiliyyəti 5 milyon tona çatdırılıb

Mayın 18-də Bakıda Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən “Bakı-Tbilisi-Qars” (BTQ) yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Sənədə əsasən, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə həyata keçirilmiş modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommünike sənədinə əsasən, ikitərəfli bağlantıların daha da möhkəmləndirilməsi, o cümlədən, müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün “BTKI Dəmir Yolları” MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib. Bu, regional bağlantının gücləndirilməsində mühüm addım olmaqla yanaşı, həm də nəqliyyat əlaqələrinin inkişafında yeni xidmətləri təmin edəcək.

Orta Dəhlizin əsas arteriyalarından biri

Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin qovşağında yerləşir və regionun əlaqələndirilməsində əsas rol oynayır. Nəqliyyat infrastrukturlarını müasirləşdirən ölkəmiz qlobal dəhlizlərin ən mühüm tərkib hissəsinə çevrilən dəmir yolu nəqliyyatını da modernləşdirməklə tərəfdaş ölkələrlə sıx platforma qurmaqdadır. Eləcə də, müasir dövrdə nəqliyyatın idarə edilməsində rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması qarşıda duran əsas çağırışlardandır. Bu baxımdan Azərbaycanın regional tranzit dəhlizlərindəki rolunun artması rəqəmsallaşma ilə bağlı tədbirlərin də həyata keçirilməsini zəruri edir. Bu ssenariyə əsasən, BTQ-nin modernləşdirilməsinin məqsədi bu nəqliyyat qovşağını Orta Dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirmək və dəhlizin rəqabət qabiliyyətini artırmaqdır.

Qeyd edək ki, BTQ-nin imkanlarının artırılması məqsədilə 2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb. Dəmir yolunun Gürcüstan ərazisində həyata keçirilən modernizasiyası beş əsas mərhələni əhatə edib: Marabda-Tetriskaro, Tetriskaro-Tsalka, Tsalka-Axalkalaki, Axalkalaki-Kartsaxi və Axalkalaki kompleksi. 5 mərhələdən ibarət olan layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edir. Layihə çərçivəsində 30,3 kilometr uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 kilometr uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib. Layihə mürəkkəb coğrafi relyefdə, bəzi ərazilərdə dəniz səviyyəsindən 2400 metr yüksəklikdə və sərt iqlim şəraitində icra olunub. Layihədə uzunmüddətli səmərəliliyi və etibarlılığı təmin etmək üçün qabaqcıl texnologiyalar və müasir Avropa istehsalı avadanlıqlarını istifadə edilib. Layihənin Gürcüstan seqmentində tamamlanan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükgötürmə qabiliyyəti 1 milyon tonu ötüb.

ADY layihənin Azərbaycan tərəfində - Bakı-Böyük Kəsik sahəsində də əsaslı təmir işləri həyata keçirib, enerji sistemini yeniləyib. Ötən il Böyük Kəsikdən Hacıqabul sahəsinə qədər dəyişən cərəyan sistemi tətbiq olunub, rabitə və işarəvermə sistemləri yenidən qurulub. Yenilənmiş BTQ xətti üzrə ilk yük qatarı 2024-cü il mayın 20-də Abşeron Logistika Mərkəzindən yola düşüb və 20 konteyner yükü Bakıdan Qarsa çatdırılıb. Bu, BTQ xəttinin regional yükdaşımalarda yenidən aktiv rol oynadığını nümayiş etdirib.

Ümumilikdə, görülən işlər nəticəsində Avrasiya nəqliyyat şəbəkəsinin əsas elementi kimi BTQ-nin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Dəmir yolunun xətti regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rolu əhəmiyyətli dərəcədə artıb.

Zəngəzur dəhlizinin yeni qolu - Qars-İğdır-Naxçıvan dəmir yolu xətti

Bakı-Tbilisi-Qars polad magistralının davamı kimi nəzərdə tutulan digər yeni xətt Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsidir ki,  bu istiqamətdə də mühəndis-kommunikasiya əlaqəndirilməsi işləri davam etdirilir. Orta Dəhlizin yeni şaxəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir. Saatda 120-160 kilometr sürət üçün nəzərdə tutulan layihə 5 ilə tamamlanacaq. Uzunluğu 638 metr olan 10 körpü, 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid tikiləcək. Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir. Bu layihələr daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.

Göründüyü kimi, BTQ sadəcə Bakı, Tbilisi və Qarsı birləşdirən dəmir yolu deyil, modernləşdirilmiş xətt Orta Dəhlizin yükdaşıma qabiliyyətini artıracaq, Şərq-Qərb ticarət axınlarını sürətləndirəcək, Azərbaycanı regional tranzit qovşağı kimi gücləndirərək Avrasiya logistika sistemində yeni balans yaradacaq.

Beləliklə, modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu hazırda Orta Dəhlizin əsas komponenti olaraq Çin, Mərkəzi Asiya və Avropa arasında yükdaşımaların Qərb və Şərq istiqamətində səmərəli həyata keçirilməsini tam təmin edir. Yeni strateji plan və “BTKI Railways” MMC-nin fəaliyyəti sayəsndə BTQ-nin yükdaşıma imkanları daha da artmaqla,  Çin və Mərkəzi Asiyadan Avropaya uzanan ən qısa və çevik quru marşrutlardan biri kimi daha funksionallığı güclənəcək, bölgədə ən etibarlı nəqliyyat arteriyasına çevriləcək.

E.CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 May 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

WUF13 ün Azərbaycanda keçirilməsi diplomatik qələbədir Fariz İsmayılzadə

19 May 2026 17:50see278

ADY Bakı Tbilisi qatarına olacaq biletin qiyməti barədə məlumat yaydı

19 May 2026 13:22see231

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see220

Ev axtaranların diqqətinə Bu mənzillər qışda isti, yayda sərin qalır

19 May 2026 06:01see219

Tramp İrana planlaşdırılan hücumdan imtina etdi

19 May 2026 00:03see207

“Atletiko” təklifləri rədd edir

19 May 2026 00:16see200

Dana Uayt UFC nin Ağ Ev tədbirində üzləşə biləcəyi problemdən danışıb

19 May 2026 05:06see198

“Arsenal” çempionluğa bir addım da yaxınlaşdı

19 May 2026 01:30see184

İstanbul nəhəngi cənubi koreyalı müdafiəçini geri qaytarmaq istəyir

18 May 2026 23:53see183

Belarusla əlaqələrimiz genişləndirəcəyik

19 May 2026 14:06see182

Həyatında yeni səhifə açılacaq BÜRClər: Bu tarixdən...

19 May 2026 05:06see182

Çinli müəllimin gizli çəkilən videosu müzakirələrə səbəb oldu

18 May 2026 23:45see180

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə bərpa və yenidənqurma sahəsində qazandığı təcrübəni bölüşməyə tam hazırdır

19 May 2026 14:04see179

Tovuz stadionu təmirə bağlanır Konfrans Liqası matçlarına görə

18 May 2026 23:30see179

Oğlu Mango nun qurucusunun qətlində şübhəli bilinir Həbs olundu

19 May 2026 14:05see176

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see173

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see170

Yerə mavi balina ölçüsündə asteroid yaxınlaşıb

19 May 2026 02:27see166

WSJ: ABŞ İranla əlaqəli olduğu iddia edilən neft tankerini ələ keçirib

20 May 2026 01:41see164

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri