Icma.az
close
up
RU
Aylıq və ya illik bilet sistemi tələbələrin xərclərini sabitləşdirə bilər Vüsalə Ağabəylidən TƏKLİF

Aylıq və ya illik bilet sistemi tələbələrin xərclərini sabitləşdirə bilər Vüsalə Ağabəylidən TƏKLİF

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Son dövrlər ictimai nəqliyyat sistemində brutto müqavilə modelinə keçid məsələsi gündəmdədir. Bu o deməkdir ki, daşıyıcılara gəlir sərnişin sayına görə deyil, göstərdikləri xidmətin keyfiyyəti və məsafəyə əsasən ödəniləcək. Belə şəraitdə tələbələr üçün günlük, aylıq və illik bilet paketlərinin tətbiqi həm sosial bərabərlik baxımından, həm də nəqliyyatın idarəedilmə mexanizmləri baxımından son dərəcə məqsədəuyğundur".

Bu fikirləri Redaktor.az-a filologiya elmləri doktoru, dosent, təhsil eksperti Vüsalə Ağabəyli tələbələrə günlük, aylıq və illik bilet paketləri verilməsi ilə bağlı təkliflərdən danışarkən bildirdi.

"Bir sıra qabaqcıl ölkələrdəki bu cür mexanizmləri müşahidə etdiyimiz üçün deyə bilərik ki, bu sistemin bir sıra üstünlükləri var. İlk növbədə, bu mexanizmin həyata keçirilməsi sosial dəstəyi və bərabərliyi təmin edir. Tələbələr gündəlik dərsə, təlimlərə və müxtəlif fəaliyyətlərə gedərkən ictimai nəqliyyatdan mütəmadi istifadə edirlər. Aylıq və ya illik bilet sistemi onların xərclərini sabitləşdirə bilər və təhsil prosesinə əlavə maliyyə yükü gətirməz. Sabit gəlir isə tələbələrə planlaşdırma imkanı yaranır. Abunəlik biletləri nəqliyyat şirkətləri üçün əvvəlcədən müəyyən gəlir mənbəyi formalaşdıra bilər, bu isə xidmətin keyfiyyətinin artırılmasına şərait yaradar. O cümlədən, bu prosesin təşkili zamanı şəffaf və səmərəli şəkildə nəzarəti də həyata keçirmək mümkün görünür. Brutto müqavilə modelində dövlət real sərnişin axınını elektron sistemlə izləyə bilər və subsidiyaları daha ədalətli şəkildə bölüşdürər", - deyən dosentin sözlərinə görə, bu sistemin tətbiqi həm də rəqəmsal inteqrasiyaya da imkan yaradır:

"Tələbə kartı ilə nəqliyyat sistemi birləşdirilərsə, güzəştlər avtomatik tətbiq oluna bilər və hər bir tələbə üçün şəffaf hesabat formalaşar. Digər tərəfdən, bu modelin həyata keçirilməsi üçün bəzi əlavə mexanizmlər də həyata keçirilə bilər. Məsələn, birgə nəqliyyat abunə paketi: Metro, avtobus və digər ictimai nəqliyyat vasitələri üçün vahid bilet sistemi tətbiq oluna bilər. Bundan başqa, loyallıq və endirim proqramları tətbiq oluna bilər. Belə ki, müəyyən sayda gedişdən sonra tələbəyə bonus və ya endirim imkanı yaradıla bilər. 
Sosial subsidiyalar nizamlana bilər. Məsələn, aşağı gəlirli tələbələr üçün əlavə dövlət dəstəyi mexanizmi tətbiq edilə bilər". 

Vüsalə Ağabəyli qeyd etdi ki, ümumiyyətlə, tələbələr üçün aylıq və illik bilet sistemi sadəcə bir güzəşt deyil, müasir, sosial yönümlü və iqtisadi cəhətdən dayanıqlı ictimai nəqliyyat siyasətinin tərkib hissəsidir:

"Bu addım həm gənclərin təhsil imkanlarını genişləndirməklə yanaşı, həm də şəhər nəqliyyatında səmərəliliyi artırar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Noyabr 2025 21:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see156

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see155

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see146

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see146

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see144

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see136

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri