Magistraturada boş yerlərə yenidən qəbul aparılacaq RƏSMİ
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Magistraturaya qəbul üzrə boş qalan plan yerlərinə yenidən qəbul aparılacaq.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, magistraturaya qəbul olunan şəxslərin “myGov” platforması üzərindən qeydiyyatı Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilib.
“Növbəti mərhələdə Elm və Təhsil Nazirliyi tərəfindən boş qalan plan yerləri barədə məlumatlar DİM-ə təqdim olunacaq. Daha sonra müvafiq elan veriləcək və həmin yerlərə yenidən qəbul aparılacaq. Bununla bağlı "Magistr" jurnalının müvafiq buraxılışı dərc olunacaq”, - deyə rəsmi məlumatda vurğulanıb.
DİM-dən verilən məlumatda o da qeyd olunub ki, boş qalan yerlərə qəbulun vaxtı hələlik məlum deyil. Belə ki, tarixlərin gələn həftə ərzində dəqiqləşəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 Avqust 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















