Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Magistraturada yerlər boş qalır: Çətin qəbul, yoxsa gizli səbəb?

Magistraturada yerlər boş qalır: Çətin qəbul, yoxsa gizli səbəb?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib.

Bu ildən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər üçün essedə bal məhdudiyyəti tətbiq edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında deyilir.

Bildirilib ki, yeni qaydalara əsasən, bu ildən etibarən tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı və bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar. Yalnız bu şərti ödəyən namizədlər həmin ixtisaslaşmaları seçimlərinə əlavə edə biləcəklər.

Məlumata görə, tədrisi Azərbaycan və ya rus dilində aparılan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) üzrə nəticəyə hər hansı bal məhdudiyyəti tətbiq edilmir.

Xatırladaq ki, bir neçə ildir xarici dil fənni üzrə imtahanda iştirakçıların yazı bacarıqları esse vasitəsilə yoxlanılır. İndiyədək iştirakçılar esse tapşırığından maksimum 5 bal toplaya bilirdilər və essenin yazılması məcburi hesab edilmirdi.

Qeyd edək ki, magistratura təhsili ilə bağlı son vaxtlar bir sıra məqamlar müzakirə obyektinə çevrilib.Belə ki, həm magistraturaya qəbul qaydalarında müəyyən problemlərin olduğu, həm də gənclərin bu sahəyə marağının tədricən azalması kimi faktlar əsas amil kimi göstərilir.Ümumiyyətlə, bu gün magistratura təhsilinə maraq niyə azalıb?

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanında 50 sualı məntiqdən verir:

“Məntiqlə bağlı nə bizim ümumtəhsil məktəblərində tədris var, ali təhsil müəssisələrində də demək olar ki, yoxdur. Ümumilikdə “məntiq” fənni ilə bağlı Azərbaycanda çox ciddi bir boşluq var.

Ancaq DİM magistratura üçün əsas bal gətirən sualı məntiqdən tərtib edir. Digər bir tərəfdən Azərbaycanda magistraturaya diqqət böyük şəkildə azalıb.

Əslində həm əmək bazarında magistraturaya tələb yoxdur, yaxud çox azdır. İkinci bir məsələ odur ki, ötən il magistraturaya qəbul zamanı dövlət sifarişli olan 1 200 yer boş qalıb. 

Ölkədə magistratura səviyyəsi üçün bu qədər dövlət sifarişli yerin bol qalması heç də yaxşı hal deyil. Hazırda üç mindən artıq yer boş qalıb. Bu o deməkdir ki, 1 200 yer üçün “mən sənin təhsil haqqını ödəyirəm, sən gəl oxu”. 

DİM ötən il üçün magistraturaya qəbulu uzun müddət saxladı. Yəni bu, qəbul qaydaları ilə bağlı idi. Sonra da yenilik etdi və ödənişliyə qəbul olanlarla bağlı bildirdi ki, “onlar artıq dövlət sifarişi ilə oxuya bilərlər”.

Yəni bu təcrübə onu göstərir ki, DİM həm magistratura, həm də doktorantura səviyyəsi ilə bağlı işi düzgün qura bilmir. Məsələn, doktorantura səviyyəsi üzrə bəzi problemlər var. Yəni hər bir kəsin ingilis dilindən imtahan verməsilə ilə bağlı  öhdəliyi var.

Elə şəxslər var ki, onun nə beynəlxalq kitabxanalarda işləmək üçün ehtiyacı yaranacaq, nə də ingilis dili onun üçün çox vacib olacaq. Məsələn, həmin insan daxili tədqiqatlar hesabına elmi işini davam etdirəcək. Yəni  gələcək üçün alimlərin qarşısı bu şəkildə də alınır.

Ona görə də bizim üçün orta səviyyə olan magistraturaya həvəs qalmayıb. Bu da onu göstərir ki, elmin ondan sonrakı səviyyəsi üzrə də inkişaf olmayacaq. Nə doktorantlar, nə də fəlsəfə doktorları yetişəcək”.  

Ekspertin fikrincə, əslində əmək bazarında pedoqoji kadrlar işlə təmin oluna bilirlər: 

“Onlardan magistratura təhsili tələb olunmur. Ancaq indi idarə, müəssisə, təşkilatların bəziləri magistratura şərtini qoyduqları üçün bakalavrların əksəriyyəti maraqlıdır ki, magistraturanı hansısa şəkildə bitirmiş olsun. 

Bu, artıq elmin populyarlaşmasına, inkişafına yox, sadəcə hər hansı şəxsi maraqlara xidmət edir. O gələcəkdə vəzifə karyerası ilə bağlı düşünür ki, mütləq şəkildə bu səviyyədə təhsil alsın. Bu gün magistratura çox formaldır. Hazırda magistratura ilə bağlı iki variant yaradılıb ki, birincisi, tam magistratura dərəcəsi vermir.

Sadəcə əvvəlki 5 illik təhsil kimi status verir. Ancaq həm də bir elmi işi müdafiə etməkdən sonra magistratura dərəcəsi verilir. Bizdə hazırda hansısa perspektivi qurmaq üçün formal olaraq magistratura diplomu alınır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Magistratura Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see178

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see177

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see150

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see134

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri