Icma.az
close
up
RU
Magistraturaya iş təcrübəsi ilə qəbul olmaq lazımdır AÇIQLAMA

Magistraturaya iş təcrübəsi ilə qəbul olmaq lazımdır AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son zamanlar cəmiyyətdə belə bir fikir formalaşıb ki, Azərbaycanda magistratura təhsili ilə bakalavr təhsili arasında ciddi fərq yoxdur. Məhz buna görə bir çox gənc magistratura təhsili almaq istəmir.

 Bu isə belə bir sual yaradır: bakalavr və magistr təhsili arasında hansı fərqlər olmalıdır?

Ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu məsələdə müəyyən tendensiyalar var və bunun əsas səbəbi ölkəmizdə magistraturaya qəbul prosesindəki boşluqlardır^

"Tələbələr bakalavr pilləsini bitirən kimi, əksəriyyəti iş təcrübəsi olmadan, özündə müəyyən boşluqların olub-olmadığını müəyyən etmədən birbaşa magistraturaya qəbul olurlar. Doğrudan da, magistraturada tədris olunan bəzi fənlər bakalavr fənləri ilə üst-üstə düşə bilər, amma məzmun və format tamamilə fərqlidir. Bu, mütləq qeyd edilməlidir ki, mövzular eyni deyil. Problem ondadır ki, gənclərimiz magistraturada niyə oxumaq istədiklərini dəqiq bilmirlər. Məqsədləri tam aydın deyil. Mən təklif edirəm ki, magistraturaya qəbul məsələsində müəyyən dəyişikliklər edilsin: qəbul həm iş təcrübəsinə əsaslansın, həm də təcrübəsi olan şəxslərin magistraturaya qəbulu mümkün olsun və müəyyən şərtlər formalaşdırılsın".

Mütəxəssis qeyd etdi ki, bakalavr məzununu məzun olduğu ildə birbaşa magistraturaya qəbul etməklə böyük uğur əldə etmək çətindir/

"Bu baxımdan, ADA-nın təcrübəsi bariz nümunədir. ADA magistraturaya həm imtahan, həm də müsahibə əsasında qəbul edir. Bu yolla tələbənin oxumaq istədiyi ixtisas üzrə məqsədini öyrənir və düzgün seçim etməsinə imkan yaradır. Nəticədə ADA-nın magistratura məzunları daha uğurlu olurlar. Ölkəmizdə digər bir model isə MBA təhsilidir. Burada tələbələrin 70-75 faizi artıq iş təcrübəsinə malikdir. Onlar müəyyən müddət işlədikdən sonra təhsil alırlar. Bu, təhsilin daha məzmunlu və mənalı olmasına səbəb olur, çünki tələbələr dəqiq bilirlər ki, nə öyrənmək istəyirlər və hansı sahədə boşluqları var. Daha bir vacib məsələ magistraturada qəbuldan sonra ixtisas və ya ixtisaslaşmanı dəyişmək olmaz qadağasıdır. Mən düşünürəm ki, bu doğru deyil və dünyəvi təhsil prinsiplərinə uyğun deyil. Əgər biz dünya təhsil sisteminə inteqrasiya edirik, bu məsələni də ciddi nəzərə almalıyıq", - deyə Vüsal Kərimli yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri