Icma.az
close
up
RU
Magistraturaya qəbulda böhran DİM ə xəbərdarlıq

Magistraturaya qəbulda böhran DİM ə xəbərdarlıq

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“3843 boş qalan magistratura yeri – bu, təsadüf deyil, DİM-in (Dövlət İmtahan Mərkəzi - red.) yanlış qəbul siyasətinin nəticəsidir. Magistraturaya qəbul imtahanlarının nəticələri elan olundu və gözlənildiyi kimi minlərlə plan yeri boş qaldı. Ümumilikdə 3843 yer, o cümlədən dövlət sifarişli yerlər belə dolmadı. Bu rəqəm artıq təkcə statistika deyil bu, qəbul sisteminin böhranının göstəricisidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli bildirib.

Onun sözlərinə görə, illərdir hamı eyni sualı verir: magistratura imtahanı nəyi ölçür? Dördpendirli pizza

“Əgər məqsəd ali təhsil almış məzunun ixtisas biliklərini və elmi potensialını qiymətləndirməkdirsə, niyə imtahanın əsas yükü məntiq suallarının üzərinə qurulub? Məntiq fənni nə orta məktəblərdə bu səviyyədə tədris edilir, nə də universitetlərin əksəriyyətində magistraturaya qəbul üçün tələb olunan həcmdə öyrədilir. Deməli, DİM namizədlərdən təhsil aldıqları müddətdə sistemli şəkildə öyrədilməyən bacarıqları tələb edir. Bu isə qiymətləndirmənin obyektivliyi və ədalətliliyi barədə ciddi suallar yaradır”, - M.Məmmədli bildirib.

O qeyd edib ki, əgər hər il minlərlə yer boş qalırsa, problem gənclərin hazırlığında deyil, qəbul modelində axtarılmalıdır:

“Dövlət büdcəsi hesabına maliyyələşən yerlərin belə boş qalması təhsil siyasətinin səmərəliliyinə zərbə vurur. Bu vəziyyət nə dövlətin, nə universitetlərin, nə də gənclərin maraqlarına xidmət edir. İmtahan elə qurulmamalıdır ki, tələbələr universitetdə öyrəndiklərindən çox, kənar hazırlıq kurslarında qazandıqları bacarıqlarla yarışsınlar. 3843 boş yer bir xəbər deyil. Bu, DİM üçün ciddi xəbərdarlıqdır. Artıq qəbul modelinə kosmetik deyil, fundamental dəyişikliklər lazımdır. Çünki məqsəd imtahanı çətinləşdirmək yox, ölkənin elmi və akademik potensialını düzgün seçmək olmalıdır”.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyul 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri