Icma.az
close
up
RU
Magistraturaya qəbulun I cəhdinin yekun nəticələri elan olunub, bir nəfər ən yüksək nəticə göstərib

Magistraturaya qəbulun I cəhdinin yekun nəticələri elan olunub, bir nəfər ən yüksək nəticə göstərib

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına fevralın 16-da keçirilən qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

Mia.az xəbər verir ki, yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 97.5 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2025-ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14 mart saat 17:00-dan 17 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat 1-14 apreldə aparılacaq. İmtahan isə mayın 11-də keçiriləcək.

 
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see282

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see144

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see125

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see120

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see119

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see118

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see117

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see117

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see114

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see113

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see113

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112

“Komanda olaraq sakitləşib, səfər oyununa hazırlaşmaq lazımdı” Elmar Baxşıyev

07 Avqust 2025 23:00see111

Keyn Son Hın Minin ABŞ klubuna keçidindən yazdı

08 Avqust 2025 17:33see111

ABŞ ordusu növbəti müharibədə dəhşətli itkilər verə bilər General səbəbləri açıqladı

07 Avqust 2025 13:20see111

Tramp Hindistana tətbiq ediləcək 25% rüsumdan vaz keçə bilər ABŞ nin Azərbaycandakı keçmiş səfiri

07 Avqust 2025 19:24see109

Papua Yeni Qvineyada güclü zəlzələ olub

07 Avqust 2025 23:19see109

Yol İdarəsinin rəisini maşında içkili halda saxladılar, həbs qərarı verildi

07 Avqust 2025 18:30see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri