Icma.az
close
up
RU
Mahir dünənki məğlubiyyətdən sonra danışdı Video

Mahir dünənki məğlubiyyətdən sonra danışdı Video

Icma.az, Tribuna saytına istinadən bildirir.

Azərbaycan millisinin üzvü Mahir Emreli Haitiyə 0:3 hesablı məğlubiyyətdən sonra “CBC Sport”a açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, 27 yaşlı futbolçu dünənki görüşdə kifayət qədər qol epizodları yaratdıqlarını bildirib.

“100 faizlik qol şanslarımız da var idi. Sadəcə onları dəyərləndirə bilərdik. Futboldur da, olur. Erkən buraxdığımız qol planlarımıza təsir etdi. Rəqibi yaxşı analiz etmişdik. Hesabda geri düşməyimizə görə, hücuma atıldıq. Evdə oynadığımız üçün rəqibə təzyiq göstərmək istəyirdik. Lakin müdafiədə boşluqlara yol verdik və fərqlənə biləcəyimiz anda qol buraxdıq. Yoldaşlıq matçı olduğunu anlamalıyıq. Fernandu Santuş da bəzi metodları sınaqdan keçirirdi. Yeni futbolçular da var idi. Gənc futbolçuların özü üçün də yeni təcrübə idi. Çoxusu əlindən gələni etdi. Ramazan ayında oynayırıq. Oyunçular oruc tutmalarına baxmayaraq maksimumlarını verə bilirlər. Səhvlərimizi analiz etməli və Belarusla görüşə doğru şəkildə hazırlaşmalıyıq. Meydana qələbə üçün çıxmalıyıq”.

O, matçdan sonra Fernandu Santuşla qısa dialoqundan da bəhs edib. Bununla yanaşı, “Nürnberq”dəki karyerasına münasibət bildirib:

“Fernandu Santuş mənə yaxşı oynadığımı dedi. Özümü harada daha yaxşı hiss etməyimlə bağlı qısa danışımız oldu. “Nürnberq”dəki vəziyyətə gəlincə, bu barədə yəqin ki, bir gün danışaram. Hər halda, bunun yayda olacağını düşünürəm. Bircə onu deyim ki, danışılanların çoxu doğru deyil. Klubumda hər şey normaldır. Deyilən kimi deyil. Futbolla bağlı problem deyil. Tamam başqa məsələ idi. Bu da normaldır. Futbol bir az biznesə də çevrilib. Sadəcə, sakitliyimi qoruyacağam və yaya kimi dözəcəyəm. Ondan sonra qərarımızı verəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 23 Mart 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri