Icma.az
close
up
RU
Mahir Emreli: “Futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır”

Mahir Emreli: “Futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Millimiz yoldaşlıq görüşündəki rəqibi Belarus yığması ilə sonuncu dəfə 2022-ci ilin iyun ayında qarşılaşıb.

UEFA Millətlər Liqası çərçivəsində “Liv Bona Dea Arena”da baş tutan oyunda meydana sonradan daxil olan Mahir Emreli 1 qol və 1 məhsuldar ötürmə ilə komandamızın 2:0 hesablı qələbəsində önəmli pay sahibi olub.

Futbolpress.az xəbər verir ki, hazırda Almaniyada “Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu AFFA-nın mətbuat xidmətinin suallarını cavablandırıb. O, həm üç il əvvəlki matçı xatırlayıb, həm də millinin qarşıdakı oyunları barədə danışıb.

– Almaniyada işləriniz necə gedir? “Nürnberq”ə və II Bundesliqaya tam uyğunlaşa bilmisiniz?
– Hər şey çox yaxşıdır. Mövsümün əvvəlindəki təlim-məşq toplanışında iştirak edə bilməmişdim. Amma qış hazırlığında kollektivlə birgə oldum. Bir-birimizə daha yaxşı uyğunlaşmaq imkanımız yarandı. Oyundan-oyuna artırmaq və komandama daha faydalı olmaq istəyirəm.

– Baş məşqçi Miroslav Kloze öz dövrünün ən güclü hücumçularından biri olub. Ön xətt oyunçusu kimi, ondan öyrəndiyiniz hansısa xüsusiyyət var?
– Onunla fərdi məşqlər də edirik. Müxtəlif məqamlara toxunur, təcrübəsini bizimlə bölüşür. Bunun da faydalarını oyunlarda görürük. Kloze ilə işləmək çox xoşdur. Hücumçuya xüsusi həzz verir, hər məşqdə, iclasda, fərdi söhbətdə baş məşqçidən nələrsə öyrənməyə çalışırıq.

– II Bundesliqa daha əvvəl çıxış etdiyiniz liqalardan nə ilə fərqlənir?
– Burada intensivlik, fiziki göstəricilər və rəqabət böyükdür. Polşa və Xorvatiyada olanda həmin ölkələrin çempion komandalarında çıxış edirdim. Rəqiblər istər-istəməz bizə qarşı qapanırdılar, oyuna dominantlıq edirdik. Amma burada digərindən aşkar üstün komanda yoxdur. Hər bir komanda öz oyununu göstərməyə çalışır və matçlarda kifayət qədər qol imkanı əldə edir. II Bundesliqada, xüsusən də, topsuz olduğun zaman nizam-intizama çox önəm verirlər. Bu da mənim üçün yeni haldır. Çünki əvvəlki klublarım çempionatın ən yaxşısı olduğundan, topsuz oyuna o qədər də fikir vermirdim. Burada taktiki sxemə, intizama ayaq uydurmalısan və məşqçinin xüsusən topsuz olduğun zaman verdiyi tapşırıqları yerinə yetirməlisən.

– Polşa, Xorvatiya, Türkiyə və Almaniyada legioner həyatı yaşamısınız. Ölkə xaricində oynamaq necə hissdir, azərbaycanlı həmkarlarınıza nəyi tövsiyə edərdiniz?
– Hər bir futbolçu üçün xeyirlisi nədirsə, o da olsun. Kiminsə legioner həyatı yaşamaq arzusu varsa, çəkinmədən bunu reallaşdırsın, düşünməsin ki, xaricdə mədəniyyət fərqlidir. Özlərini bu yöndə inkişaf etdirsinlər, ən önəmlisi inansınlar. Azərbaycan çempionatında yaxşı çıxış edən oyunçular var ki, orada özlərini daha rahat hiss edirlər. Ancaq xaricə getmək arzusu ilə yaşayan uşaqlar əllərinə belə fürsət düşən kimi, düşünmədən dəyərləndirsinlər. Ən azı özlərini yoxlasınlar. Sonra peşmanlıq çəkməsinlər ki, şans düşdü, istifadə etmədim. Ümid edirəm ki, futbolçularımız daha yaxşı klublarda çıxış edəcəklər.

– Millimiz Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Tanış rəqiblə növbəti duel nə kimi fayda verə bilər?
– Millidə olduğum zaman oyunun rəsmi və ya yoldaşlıq görüşü xarakterli olması arasında fərq qoymuram. Düzdür, yoldaşlıq matçlarında bəzi taktiki sxemlər, oyunçular sınaqdan keçirilir. Buna baxmayaraq, özümüzü yaxşı tərəfdən göstərməyə çalışmalıyıq. Xüsusən də, Belarus kimi “dişimizə” görə olan komandalar önünə qələbə üçün çıxmaq vacibdir. Belə qarşılaşmaların necə fayda verəcəyini isə rəsmi oyunlarda görəcəyik. Ümid edirəm ki, həmin görüşlərdən maksimum yararlanar, xalqımız üçün yaxşı futbol nümayiş etdirər və onların üzünü güldürərik. Bütün istəyimiz sırf bu yöndədir. Əlbəttə ki, uğur qazandığın zaman tarixə düşürsən və biz də bunun üçün çalışırıq. Əlimizdən gələni edəcəyik.

– 2022-ci ildə UEFA Millətlər Liqası çərçivəsində Belarus seçməsini Bakıda 2:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada qollardan birinin müəllifi olmusunuz. Həmin matçı necə xatırlayırsınız?
– Həmin görüşü yaxşı xatırlayıram. İlk dəqiqələrdən ehtiyatda qaldığım üçün bir az əsəbi, narazı idim. Etik çərçivədə, futbolçunun hörmətsizlik etmədən bu cür narazılığı normaldır. Amma sonradan meydana daxil olaraq, bir qol vurdum və digər qolun məhsuldar ötürməsini verdim. Vurduğum qol gözəl alınmışdı. Ümid edirəm ki, millinin heyətində belə qollar daha çox vuraram. Həmin ana qədər 5 matç idi ki, nə qol vura, nə də qələbə qazana bilirdik. Belarusla qarşılaşmadan sonra yüksəlişə keçdik, ardıcıl 5 oyunda qələbə qazandıq.

– Bu il DÇ-2026-nın seçmə mərhələsində mübarizə aparacağıq. Rəqiblər Fransa, Ukrayna və İslandiya olacaq. Bu qrupda nəyə ümid etmək olar?
– Rəqiblərin gücü bəllidir. Belə komandalar önündə xəyal qurmağa ehtiyac yoxdur. Sadəcə, düzgün hazırlaşıb, meydana qələbə üçün çıxmalıyıq. Futbolda qalibiyyət də var, məğlubiyyət də. Ancaq bəzən necə uduzmağın da vacib olur. Elə olur ki, canını dişinə sıxıb mübarizə aparırsan, yaxşı oyun sərgiləyirsən, amma sonda məğlub olursan. Bu, haradasa bağışlana bilər. Bizdə insanların futbol anlayışı gündən-günə yaxşılaşır. Məsələn, Slovakiyaya məğlubiyyətə baxmayaraq, matçdan sonra pozitiv şərhlər yazılırdı. Rəqibləri təhlil edib, hər birinə qarşı doğru hazırlaşmalıyıq. Keyfiyyət fərqi də öz sözünü deyəcək. Düşünürəm ki, sensasiya edəcəyimiz matçlar olacaq. Hər oyuna çıxanda buna inanmaq və baş məşqçinin tapşırıqlarını doğru yerinə yetirmək lazımdır. Bunu bacarsaq, istənilən uğurlu nəticəyə ümid edə bilərik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Mart 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see228

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see183

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see150

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see148

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see145

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see142

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see136

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see135

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see131

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see125

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see124

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see118

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri