Mahir Emreli hansı Asiya ölkələrinə “yox” deyib?
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Polşa təmsilçisi "Rakuv"a keçən Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını Asiyada davam etdirə bilərmiş. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, 29 yaşlı futbolçuya Cənubi Koreya və Yaponiya klublarından maraq olub.
Adının açıqlanmasını istəməyən futbol agentinin sözlərinə görə, hər iki ölkənin təmsilçiləri Emrelini heyətlərinə qatmaq istəyiblər.
Lakin Azərbaycan millisinin üzvü hələlik karyerasını Avropada davam etdirmək qərarına gəlib və bu səbəbdən Polşanın "Rakuv" klubunun təklifinə üstünlük verib.
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur. "Rakuv" təcrübəli hücumçunu 1 illik icarə əsasında heyətinə qatıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli Herta nın təklifinə yox deyib
22 Aprel 2025 22:43
Mahir Emreli İsrail klubuna yox dedi
13 İyul 2026 13:21
Tramp Asiya ölkələrinə təzyiqi artırır
09 İyul 2025 20:47
Ərdoğanın Asiya ölkələrinə səfəri başlayıb
10 Fevral 2025 02:32
Qazaxıstan Mərkəzi Asiya ölkələrinə qadağa qoydu
27 Fevral 2025 00:06
Baxış sayı:190
Bu xəbər 20 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















