Mahir Emreli komanda yoldaşını təhqir edib?
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin komanda yoldaşları ilə münasibətləri yaxşı deyil. Sport24.az xəbər verir ki, bu barədə "90min.de" nəşri "Bild"ə istinadən məlumat yayıb.
İddiaya görə, hücumçunun hərəkətləri kollektiv içində çoxlu narazlıqlar yaradıb.
Forvard komanda yoldaşları ilə münasibətlərinin gərgin olduğu yazılıb: "Emreli tez-tez nalayiq sözlər işlədir. Bu təxminən iki həftə əvvəl, "Şalke" ilə matçdan sonra da baş verib. Məşqdə Florian Flikin kobud oyunundan sonra Emreli əsəbiləşib və komanda yoldaşını təhqir edib. Bu səbəbdən məşq bir neçə dəqiqə yarımçıq qalıb. Deyilənə görə məşqçilər onu sakitləşdirə bilib. Halbuki oyunçu noyabrın əvvəlindən qol vura bilmir".
Qeyd edək ki, Mahir Emrelinin II Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti yayda başa çatır.
Baxış sayı:72
Bu xəbər 07 Fevral 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















