Icma.az
close
up
RU
Mahir Emreli niyə qərar verə bilmir? İngiltərə və İtaliya intihardı!

Mahir Emreli niyə qərar verə bilmir? İngiltərə və İtaliya intihardı!

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 18-də “Nernberq”in heyətində son oyununu keçirən və Braunşveyq “Ayntraxt”ı ilə oyunda het-trik edən Mahir Emreli həmin gündən bəri subaylığın dadını çıxarır. Sözün bütün mənalarında!

Futbolçunun heç bir klub qarşısında öhdəlikləri yoxdusa, bu da elə subaylığın bir növüdü. Artıq iyunun 8-di və Mahir hələ də özünə yeni iş yeri tapmayıb. Və belə durum şəxsən məni narahat etməyə başlayır. Mahir açıq-aşkar qərar verməkdə çətinlik çəkir. Əlbəttə, 27 yaşlı futbolçu heç bir təklif almasaydı, narahatlıq üçün daha çox əsas olardı. Amma indi fərqli durum yaranıb: məşhur hücumçumuz çoxlu təklif arasında seçim etməkdə çətinlik çəkir!
Mövsümü 10-cu yerdə bitirən “Nürnberq”i 5-7-ci yerləri bölüşən “Kayzerslautern”ə dəyişmək ilk baxışdan cəlbedici variant kimi görünür. Bu komanda Almaniyanın dördqat çempionudu, amma 2012-ci ildə elitadan gedəndən sonra heç cür ora qayıda bilmir. Odu ki, əldə 1-ci bundesliqanın autsayder klublarından belə təklif varsa, “Kayzerslautern”ə “hə” demək ideal variant deyil, hətta mənasız qərardı. Hələ mən Acun Ilıcalının sahibi olduğu “Hall Siti” variantını demirəm. “Hall Siti” hər nə qədər zəngin olsa da, son mövsümdə çempionşipdə yerini çətinliklə qorudu, Mahirin imkanlarına yaxşı bələd olan Sergey Yakiroviçin bu komandanın “sükanı arxasına” keçmək perspektivinə də aldanmağa dəyməz.
Ümumiyyətlə, mənə elə gəlir ki, İngiltərə və ya mümkün İtaliya variantını seçmək Mahir Emreli kimi potensiallı futbolçu üçün intihara bərabərdi. Həmin ölkələrdə təbliğ olunan, sevilən oyun üslubu Mahirlik deyil. Həmvətənimiz daha incə, kombinasiyalı oyun göstərən komandalarda özünü “suda balıq kimi” hiss edir, ona özünü göstərmək üçün hərəkət azadlığı, boş zonalar lazımdı. Müdafiəçilərin “ayağa oynadığı”, atletik-fiziki futbolun “at oynatdığı” ölkələrdə parlamaq, karyerasını istədiyi kimi davam etdirmək Mahir üçün çətin, çox çətin olacaq.
...Mən onu sonuncu dəfə mayın 27-də “Şeraton”da gördüm. Həmin gün taleyinin tezliklə, çox güman, elə yığmanın toplanışı vaxtı həll olunacağını dedi. 12 gün keçib, amma Mahir qərar verə, seçim edə bilmir. Təki sonda düzgün qərar versin, bir neçə gün də dözmək olar.
ORXAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 İyun 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see319

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see263

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see221

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see201

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see184

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see181

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see153

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri