Icma.az
close
up
RU
Mahir Emreli: “Saçlarımı da ona görə sarıya boyamışdım”

Mahir Emreli: “Saçlarımı da ona görə sarıya boyamışdım”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“O mənim dayımoğlu yox, qardaşım idi. Biz bir evdə böyümüşük”.

Azərbaycan millisinin üzvü Mahir Emreli noyabrın 1-də meyiti tapılan dayısıoğlu Sabit Ağayevdən danışıb.

“Həmin gecə xəbər tutdum. Mənim üçün dəhşətli xəbərdir. Onunla bir evdə yaşamışıq. Harasa bir yerə gedəndə onu dost-tanışa qardaşım kimi təqdim edirdim. Çünki biz həqiqətən qardaş olmuşuq. Bu xəbər məni çox sarsıtdı. Həmin gecə belə bir hadisənin olduğunu öyrəndim və sabaha qədər yata bilmədim. Mən “Konyaspor”da çıxış edəndə o yanımda idi və bir evdə qalırdıq.

Bir müddət saçlarım sarı rəngə boyamağımın səbəbi də Sabit idi. O, “Qalatasaray” futbolçusu Mauro İkardinin azarkeşi idi. Ona görə də məndən xahiş edirdi ki, saçını sarı elə. Mən də etdim. Sabit özü də futbolçu olub. “Simurq” komandasında oynayırdı, əvəzedici heyətdə xeyli oyun keçirmişdi. Amma sonradan Zaqatala klubu dağıldığı üçün o da futbolun başın buraxdı. İşi var idi, hər şey qaydasında idi. Niyə intihar elədiyini heç bilmirəm. Çünki çox zarafatcıl, şən adam idi. Bir mesaj yazanda belə o qədər şən yazırdı ki, düşünürdün bundan xoşbəxt adam yoxdur. Nə baş verdi, nə oldu... Özü də evli idi, 4-5 aylıq uşağı var idi. Amma hamımızı bədbəxt elədi getdi. Özümə gələ bilmirəm”, - deyə “Qafqazinfo”ya açıqlamasında deyib.

Mahir Emreli həmçinin mərhum dayısıoğlu haqqında yayılan şayiələrə də aydınlıq gətirib:

“Onun toy maşınını da mən idarə etmişəm. Nə problemi olsa, mənə deyərdi. Bilmirəm ki, niyə belə oldu? Hər kəs yazır ki, borcu var idi, bunlar boş söhbətlərdir. Heç kim çıxıb deyə bilməz ki, onun borcu var. Kirayə evə 2-3 həftə olardı ki, çıxmışdı. Amma hər kəs deyir ki, kirayədə yaşayıb, bunlar hamısı şayiədir. Elə bir məsələdir ki, ancaq ailəsi bilər. Biz qarışa bilmərik”.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Noyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri