Mahir qayıdışından danışdı: Daha çox qol vurmaq istəyirəm
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
Azərbaycan millisinin və “Kayzerslautern”in futbolçusu Mahir Emreli zədəsini sağaldaraq yaşıl meydanlara qayıtması barədə danışıb.
QOL.az xəbər verir ki, 28 yaşlı hücumçu 3 aylıq fasilədən sonra ötən gün 2-ci Bundesliqanın 23-cü turu çərçivəsində "Proyssen Munster"lə səfər matçının 88-ci dəqiqəsində meydana daxil olub.
O, görüşdən sonra açıqlamasında deyib: "Mənim üçün çətin bir dövr idi. Əvvəla, son bir neçə ay ərzində bərpa müddətində mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm. İndi özümü 85-90 faiz formada hiss edirəm və motivasiyam 100 faizdir. Bu mövsüm daha çox dəqiqə oynamaq və daha çox qol vurmaq istəyirəm".
Qeyd edək ki, Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Fevral 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















