Mahir yenə komanda yoldaşıyla dalaşdı! ayrılığın şok detalları açıqlandı...
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mahir Emrelinin “Nürnberq”dən ayrılmasından xəbərdarsız.
“Football-plus.az” xəbər verir ki, “Bild” məsələnin detalları haqda bilgi əldə edib.
Belə ki, həmvətənimiz sonuncu məşqdə də komanda yoldaşıyla dalaşıb. Onun budəfəki “rəqibi” Florian Flik olub. Dəqiq desək, Mahir onunla xoşagəlməz insident yaşayıb. Almaniyanın tanınış nəşri hadisəni belə şərh edib:
“Onsuz da Emreli son həftələrdə yol verdiyi sərt davranış üzündən komandada sevilməməyə başlamışdı. Fliklə yaşadığı insident hadisələrin pisə doğru irəlilədiyini təsdiqlədi. Mahir bundan sonra stadionun katakombalarına zərbələr endirib. Düzdü, baş məşqçi Miroslav Kloze problemlə bağlı onunla danışmağa çalışıb. Lakin bu işə yaramayıb. Görünür, Mahir özü “Nürnberq”dən ayrılmaqda israrlı olub”.
Xatırladaq ki, Mahir ötən ilin sentyabrında digər komanda yoldaşı Yannik Hoffman, dekabrında isə Kloze ilə yaşadığı münaqişələrlə gündəmə gəlmişdi.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 13 Fevral 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















