Icma.az
close
up
RU
Türkiyə futbolunda növbəti şok satılmış oyunun detalları açıqlandı!

Türkiyə futbolunda növbəti şok satılmış oyunun detalları açıqlandı!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə hakimlərlə başlayan və futbolçularla davam edən oyunlara pul qoyuluşu qalmaqalı bitməmiş növbəti bir şok ortaya çıxıb.
"Football-plus.az" xəbər verir ki, 2023-cü ilin dekabrın 24-də 1-ci liqanın 17-ci turu çərçivəsində oynanılan və ''Ümraniyəspor''un evdə ''Girəsunspor'' 2:1 məğlub etdiyi qarşılaşmanın nəticəsinin əvvəlcədən müəyyənləşdirildiyi məlum olub. Bu satılmış oyunla bağlı şok detalları iş adamı Cüneyt Semirli açıqlayıb. O özü də bu oyuna küllü miqdarda pul qoyuluşu edib. Semirli İstanbul Cümhuriyyət Prokurorluğuna müraciət edərək peşman olduğunu bildirib və bütün detalları açıqlayıb.
Onun sözlərinə görə 2023-cü ilin dekabrın 20-də Adanada bukmeker kontoru işlədən köhnə tanışı Ümit Kaya tərəfindən ''vatsapp''ına mesaj gəlib. Kaya mesajda iş adamına ''Girəsunspor''lu futbolçuları pulla satın ala biləcəyi barədə məlumat verib və onlar dekabrın 23-də, yəni oyundan bir gün öncə İstanbulda görüşüblər. Ümit Kaya ''Adanaspor''un sabiq futbolçusu və menecer Koray Şanlı, eləcə də Cenk adlı bir şəxslə əlbir olaraq bu işi təşkil edə biləcəyinə Semirlini inandırıb. Axşam saatlarında onlar ''Girəsunspor''un qaldığı otelə yollanıblar. Ümit Kaya ilə Cüneyt Semirli həmin oteldə bir otaq tutublar. Koray Şanlı isə futbolçular tərəfindən tanınacağından çəkinərək otelə gəlməyib.
Prokurorluğun əldə etdiyi məlumata görə bu ikili otaq tutduqdan təxminən yarım saat sonra ora ''Girəsunspor''un futbolçusu Faruk Can Gənç gəlib. Koray Şanlı da görüntülü zəng vuraraq ''danışıqlarda'' iştirak edib. Anlaşmanın detalları müzakirə edildikdən sonra futbolçuya 20 min dollar nəğd pul verilib! Daha sonra Cüneyt Semirli Ümit Kayanın məsləhəti ilə bir neçə qeyri qanuni xarici bukmeker saytlarında ''Ümraniyəspor''un qələbəsinə küllü miqdarda pul atıb. Eləcə də Ümit Kaya öz işlətdiyi bukmeker kontorunda ''Ümraniyəspor''un qələbəsinə böyük miqdarda pul qoyub.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası tərəfindən noyabrın 13-də 102 futbolçuya pul qoyuluşu üzündən müxtəlif cəzalar verildiyi açıqlanmışdı. Həmin 102 oyunçu arasında Faruk Can Gənç də var. O, 3 aylığa futboldan kənarlaşdırılıb. Ancaq bu yeni faktların ortaya çıxmasından sonra bu futbolçunu qat-qat ciddi cəzalar gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Noyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri