Mahirdən karyerasını harda davam etdirəcəyi ilə bağlı Açıqlama
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib.
“Nürnberq”dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”.
Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 07 İyun 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















