Icma.az
close
up
RU
Mahnı yelkəninə çevrilən şair İslam Səfərli

Mahnı yelkəninə çevrilən şair İslam Səfərli

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.


Aynur Turan

(əvvəli BU LİNKDƏ)

Arazüstü diyarın Şərur adlı elini də vəsf edən İslam Səfərlinin “Azərbaycan torpağının bərəkətli guşəsi”, “Şərqin polad qapısında” ölkəmizin səsi kimi mənalandırdığı bu diyar haqqındakı “Naxçıvanın Şəruru var, Şərurun da qüruru var” misraları ümumiləşmiş müdrik kəlamlardır. Məşhur mərcan gözlü Batabat yaylağı haqqında da ən əlçatmaz şeir İslam Səfərli tərəfindən yazılmışdır. Bu, Batabat haqqında şeirdən çox, şeirdə Batabatın özüdür:

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Naxçıvan torpağının vurğunu olan İslam Səfərlinin bu mövzuda yazılmış şeirləri sırasında “Naxçıvan yadigarı” nın xüsusi yeri vardır. “Naxçıvan yadigarı” adlı mənzərələr silsiləsinin dahi yaradıcısı Bəhruz Kəngərliyə həsr olunmuş bu şeirlə İslam Səfərli özü də doğma diyar haqqında mənalı bir şeir tablosu yaratmışdır. “Naxçıvan yadigarı” şeirində o, geniş mənada Naxçıvan diyarının ümumiləşmiş poetik ponoramını rəsm etməyə müvəffəq olmuşdur. Bu şeir həm də İslam Səfərlinin şair-rəssam kimi də böyük istedadını meydana qoyur. Fikrimizcə, “Nə vaxta qaldı” şeiri də İslam Səfərlinin Naxçıvan şeirləri silsiləsinə aid edilməlidir. Şeirdə təsvir olunan bağlı-bağatlı, eyvanlı həyət İslam Səfərlinin Naxçıvan şəhəri yaxınlığında doğulub boya-başa çatdığı Şəkərabad kəndindəki ata-baba ocağının təsviridir. Şair “Döyüşçünün xəyalı” şeirində müharibə illərində arxa cəbhəni düşündükcə xəyalən evlərindəki “çiçəkli eyvanı” xatırladığını nəzərə çarpdırmışdır. Hətta bu şeirdə “Nə vaxta qaldı” mahnısındakı tərənnüm olunan ilk sevginin də izlərini görmək mümkündür. Döyüşçü-şair öz şeirində “çiçəkli eyvan” la yanaşı, xəyallarında yaşatdığı “o bir cüt ilahi, mavi gözləri” də həsrətlə yad etmişdir. Həmin “çiçəkli eyvan” ı İslam Səfərli sonralar “Təhsil illəri” şeirində də “yadıma düşdükcə hərdən kəndimiz, üzü günə baxan aynabəndimiz” şəklində xatırlatmaqla bu detalın onun poetik yaddaşında möhkəm iz saldığını bir daha nəzərə çarpdırmışdır. “Nə vaxta qaldı” şeirində “Hər axşam tarladan qayıdanda biz” misrasında ifadə olunan romantik anlar, “Yol üstdəki qovaq” detalı da şairin gənclik illərində Şəkərabad kəndində ikən olan müşahidələrinin təəssüratlarıdır. Ona görə də “Nə vaxta qaldı” bəlkə də İslam Səfərlinin tərcümeyi-hal şeirlərindən biridir. Şeirin də, eyni adlı mahnının da çox təsirli və təbii alınması bu bədii nümunənin yaşanmış duyğu və düşüncələrin işığında meydana çıxdığını düşünməyə əsas verir:

Gilənar qızardı, ağ tut sovuşdu,

Payını dərmədim, budaqda qaldı.

Hamı könül verib yara qovuşdu,

Bəs bizim toyumuz nə vaxta qaldı?

Bütövlükdə İslam Səfərli ana Vətənin hər qarışını ürəkdən sevmiş, Vətən mülkünün cazibədar poetik panoramını yaratmaq yollarında ilhamla qələm çalmışdır. Şairin yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrindən hər birinin mahiyyətini açan, mənasını, gözəlliyini, funksiyasını təqdim edən şeir çələngi formalaşmışdır. İslam Səfərli “Dəlidağın ətəyində göz açan, Kəlbəcərdə ləpir salıb iz açan” İstisunu, Bakının “Döşündə bir nişan kimi” parlayan Abşeronu, “Kərpici xallı qalın divarlardan hörülmüş” Gəncəni, “Fateh İskəndəri kəməndə salmış” Bərdəni, “Abşeronun gözlərində bir sürmə”, “atəşgahlar yeri” Suraxanını, “Meyvəsi ulduz sanır” Qubanı, Muğanı “al qumaşa bürüyən” Mingəçevir dənizini, “meşəli sahilləri” Nabranı heç bir şairə bənzəmədən böyük ilhamla tərənnüm etmişdir. Şairin “Bilgəh bağları” şeirində görkəmli fırça ustaları Səttar Bəhlulzadənin, Tahir Salahovun Abşeron rəsmləri ilə yanaşı, dayana bilən şairanə lövhələr vardır. İslam Səfərli Azərbaycan torpağının nəğməkarı, Naxçıvanın vurğunu, Xəzərin Məcnunu idi.

Məlum olduğu kimi, İslam Səfərli, sözün böyük mənasında, nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnılar bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirlərinin böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları - Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları İslam Səfərlinin şeirlərinə yaddaqalan mahnılar bəstələmişlər. İslam Səfərlinin sözlərinə yazılmış “Ana”, “Bakı, sabahın xeyir” “Pıçıldaşın, ləpələr”, “Dan ulduzu, bir də mən”, “Nə vaxta qaldı”, “Ağ şanı, qara şanı”, “Şəhla gözlüm”, “Qonaq gəl bizə” və sair mahnılar yarandıqları vaxtdan indiyədək yarım əsrdən çoxdur ki, ifa olunmaqda davam edir. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondunu təşkil edən əsərlərin sırasındadır. Analar haqqında çoxlu şeirlər və mahnılar yazılsa da, İslam Səfərlinin sözlərinə görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı “Ana” mahnısı böyük müğənni Rəşid Behbudovun ifasında anaların laylası qədər həzin və mənalı səslənir:

Gözümün nuru, canım ana,

Böyütdün sən bizi yana-yana.

Odlusan gün kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi.

İslam Səfərlinin “Bulud göydən lal keçər”, “Ay qaşı-gözü, qara qız”, “Qənd bala, nabat bala”, “Bağçamıza gəldi bahar” mahnıları axıcılığı, oynaqlığı və xəlqiliyinə görə xalq mahnısı təəssüratı yaradır. “Həkim qız” hələ də ağxalatlı həkimlərimizin sevimli peşə mahnısıdır. Bu vaxtadək “Aqronom oğlan” mahnısının da əvəzi yaranmayıb. İslam Səfərlinin mahnıları artıq bir neçə nəsil müğənnilərin ifasında səslənməkdədir. Azərbaycanın görkəmli müğənnilərindən Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Yalçın Rzazadə, Abdulla Babayev və başqaları İslam Səfərlinin mahnılarının populyarlaşmasında mühüm rol oynamışlar.

50-60-cı illərin poeziyasında İslam Səfərli nin bir şair kimi öz yeri, öz mevqeyi vardır. O, öz şair adını və şəxsiyyətini şeirlərində tam ifadə etmişdi. Onun gözəl, lirik şeirləri ilə yanaşı, “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Birinci kitab”, “Dəfinə” və s. poemalarıda olmuşdur. Onun yaradıcılığında baş mövzu şübhəsiz ki, Azərbaycan idi. Bu mövzuya yazdığı şeirlərin bir çoxu ola bilsin ki, indiki ədəbi meyar və ölçülərlə yanaaşşsaq, bir qədər zərifvə solğun təsir bağışlasın, amma bütünlükdə bu şeirlərin hamısına xas olan bu cəhəti xüsusi vurğulamaq lazımdır-o da səmimiyyət idi. Şeirlərinin birində yazırdı:

Dramaturgiya ilə də ardıcıl məşğul olan və “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramlarını, “Qayın arvadı, xayın arvadı” komediyasını və bir çox radiopyeslər yazmış İslam Səfərli bu sahədə də özünəməxsus iz buraxmışdır. Xüsusən, İslam Səfərlinin “Göz həkimi” pyesi uzun müddət Azərbaycan teatrlarının repertuarında mühüm yer tutumuş, müəllifinə ədəbiyyat və mədəniyyət aləmində böyük nüfuz qazandırmışdır. “Göz həkimi” dramı XX əsrin ikinci yarısı Azərbaycan dramaturgiyasının qiymətli nümunələrindən biridir. Öz dövrü üçün aktual səslənən “Göz həkimi” pyesi güclü müasirlik imkanlarına malik olan əsər kimi yeni epoxada da əhəmiyyətini saxlayır.

Qısa və mənalı ömür yaşayan, 30 ildən çox “əldə qələm, dizdə varaq” bədii yaradıcılıqla məşğul olmuş İslam Səfərli Azərbaycanı tükənməz ilhamla tərənnüm etmişdir. Azərbaycan İslam Səfərli şeirinin canı-cövhəri, baş mövzusu, şərəfi-şöhrətidir. Azərbaycan İslam Səfərlinin böyük Vətən eşqinin möhtəşəm poetik çələngidir:

...Hərdən düşüncələr sarır insanı,

Çayüstü körpülər asma yolumdur.

Bağrıma basmışam Azərbaycanı,

Araz bir qolumdur, Kür bir qolumdur.

Əlvan naxışlısan, doğma məkanım,

Sənə qurban canım, Azərbaycanım!

Nəğməkar şairin şeirləri və mahnıları ölkəmizin bu gününün və sabahının əsərləri kimi yaşayır.

İslam Səfərli əsl vətəndaş idi, vətənpərvər, yurdunu sevən idi. Azərbaycanı canından da çox sevən şair Qarabağı Azərbaycanın tacı hesab edirdi:

Mənim də boş yerə sözüm olmayıb,

qəlbinə dəymədim

əsla bir kəsin.

Özgə torpağında gözüm olmayıb,

Ana torpağıma göz dikilməsin!

Əmr et! Keşiyində mətin dayanım,

Sənə nənəm qurban, Azərbaycanım!

İ. Səfərlinin illər əvvəl qələmə aldığı şeir elə bil bugün yazılıb. Sanki naxələf qonşularımızın son 20 ildə şəhər və kəndlərimizi viran qoymasına, körpələri və qocaları min bir işgəncə ilə qətlə yetirməsinə şairin nifrətini, doğma Azərbaycana sevgisini ifadə edir.

Məlum olduğu kimi, İslam Səfərli sözün böyük mənasında nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnı bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirləinin böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları-Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin sabitoğlu, Tamilla Məmmədzadə, Nəriman Məmmədovvə başqaları İslam Səfərlinin şeirlərinin yaddaqalan mahnılar bəstələmişlər. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondu təşkil edən əsərlərin sırasındadır.

İslam Səfərli ədəbiyyat tariximizdə həm də bir dramaturq kimi anılır. Bəlkə də çox şair və nasir dram əsərləriylə tanınmır, onları ancaq şair və nasir kimi yad edirlər. Lakin İslam Səfərlinin elə bircə “Göz həkimi” pyesi kifayətdir deyək ki, o, həm də dramturq kimi yaşayacaq. Bu əsər əllinci illərin ortalarında qələmə alınmışdı və səhnəyə vəsiqə alandan sonra uzun müddət bizim teatrların repertuarında özünə yer tutdu. İslam Səfərli “Göz həkimi” pyesi göstərdi ki, İslam Səfərli-lirik duyğular şairi həm də həyatda, onu əhatə edən mühitdə baş verən hadisələrə dramatik məqamlardan da yanaşa bilir.

İslam Səfərli çox erkən getdi. Amma bu işıqlı dünyada öz izini və özünə məxsus imzasını qoydu-bir şair kimi də, bir insan kimi də. Onun bu misraları bir daha təsdiq edir ki, şairlər ölmür, onların ölümü cismanidir, mənəvi həyatlarısa həmişə davam edir:

Günlər keçir birəm-birəm,

Bir uğurlu yol gedirəm.

Yurdumuzu vəsv edirəm

Əldə qələm, dizdə varaq,

Mənə qalan bu olacaq.

Media istiqaməti: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri