Icma.az
close
up
RU
Mahnı yelkəninə çevrilən şair İslam Səfərli

Mahnı yelkəninə çevrilən şair İslam Səfərli

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Aynur Turan

Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar isə elin etibarını, ümidini doğrultmağı müqəddəs borc sayırlar. Böyük insan, dramaturq nəğməkar şair, içtimai xadim İslam Səfərli onların önündə olan şəxsiyyətlərdəndir.Şairin yaradıcılığı çoxşaxəlidir. Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin, hətta gülün-çiçəyin belə tərənnümü özünəməxsus yer tutur. Sənətdə sehrli nə varsa, intuisiyanın gözlənilməz kəşflərindən doğur. Kimin intiusiyası laldırsa, o nə sənətin dilini bilər, nə sənət dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir poeziya kimi başqalarına çatdırırlar. Yalnız sözün duruluğunda nəcib duyğuların işığı könül oxşayır. Sözdə hisslərinin, fikrin vəznini artırmaq istəyənlərin meyarı-təbii sadəlikdir. Elə burada şairin sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük.

Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf ”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, Çex qızının məhəbbəti, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.

İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, “Xeyir və Şər”, “Dədəgünəş əfsanəsi” və s. müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulmuş, tamaşaçı rəğbəti qazanmışdır. İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınmışdır. Onun “İki qardaş” (1950), “Badamlı kəndinin qızı” (1955) oçerkləri, “Təzə qəsəbədə gülüş”, “Məzhəkli itki” (1973) novellaları, “İki könül bir olanda” (1947) balet-librettosu, “Şərqin qalibləri” (1960), “Bir stəkan çay” (1971) kinossenariləri və xeyli sayda məqalələri dövrünün nəbzini tutmaq baxımından çox əhəmiyyətlidir. İslam Səfərli tərcüməçilik fəaliyyəti ilə də məşğul olmuşdur. O, A.S.Puşkin, M.M.Svetlov, S.Marşak, M.Kərim, M.Tursunzadə, K.Koladze, Y.Dolmatovski və b. kimi tanınmış sənətkarların əsərlərindən müvəffəqiyyətlə tərcümələr etmişdir.

Şairin “Bakı, sabahın xeyi”, “Zərif gülüşlüm”, “Bir könül sındırmışam”, “Qonaq gəl bizə”, “Bakılı qız”, “Nə vaxta qaldı”, “Ana”, “Ay qaşı, gözü qara qız”, “Ağ xalatlı həkimlər”, “Gəncliyimi gəzirəm”, “Aylı gecələr” və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəri olmuş, klassikaya çevrilmiş və indinin özündə də sevilə-sevilə dinlənilir.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

İslam Səfərli ədəbi zirvələrdən biridir. Onun haqqında çox yazılıb və bundan sonra da yazılacaqdır. İllər keçdikcə bu böyük beynəlmiləlçi şairə məxsus yeni insani keyfiyyətlər aşkar olunur.

Pıçıldaşın, pıçıldaşın, ləpələr!

Bəlkə, mənə bir sözünüz var sizin?

Üç gecədir mənim ömür yoldaşım

Buruq qazır qucağında dənizin...

Və ya

Çöllərindən keçən mənəm,

Söz qoşmamış keçəmmənəm,

Sularından içən mənəm,

Mənim barlı Naxçıvanım,

Xoş baharlı Naxçıvanım...

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini əsasən heca vəznində yazmış, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin “qoca vəzni” olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan “el malı” na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə “Azərbaycan şeirinin ahəngi adlandırdığı” heca vəznli şeirin və bu vəzndə XX əsrdə dillər əzbəri olan poeziya nümunələrini yaratmış Səməd Vurğun məktəbi ənənəsinin əbədiliyinə inamını ifadə etmişdir. İslam Səfərlinin ədəbi aləmdə ilk addımlarını atmasında və tanıdılmasında da xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur.

Hər bir sənətkar öz yaradıçılığı ilə özünə abidə qoyur. Əlbəttə, qranitdən və mərmərdən daha çox xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə abidələrdən biri də İslam Səfərli abidəsidir. O, cəmi 52 il yaşadı. Fevralda dünyaya gəldi, noyabrda-soyuq payız günlərinin birində dünyadan köçdü. Lakin ömrünün uzun və qısalığı əsas şərt deyil, elə 52 illik bir ömür də bir insanı yaddaşlarda yaşatmaq üçün kifayət edər. İslam Səfərli 1974-cü ildə vəfat edib, ancaq onu vəfatından keçən bu illər ərzində həmişə xatırlanıb. Yurdun hər bir guşəsində “İslam Səfərli” adı gələndə təbəssümlə yada salırlar onu. Bu təbəssüm İslam Səfərlinin sənətkar ömrünün yaşantılardır ki, üzlərə, gözlərə çilənib. Onu yaddaşlara daim həkk edən onun şəxsiyyəti ilə birgə onun ölməz əsərləridir.

Görkəmli Azərbaycan şair İslam Səfərli şeirləri, mahnıları dillər əzbəri olan sənətkarlardandır. Şairin sevilən kitablarından biri olan “Adsız zirvə” şeirlər və poemalar toplusudur. Onlarda vətənə, yüksək vətəndaşlıq qüruru, doğma yurdun füsunkar təbiətinin gözəlliklərinə heyranlıq duyğuları, saf məhəbbət, dostluq tərənnüm olunur.

Sülh-həyatın mənası,

Anaların laylası,

Körpələrin səsidir.

Sülh-ağsaçlı dünyanın,

Milyon-milyon insanın

Həqiqət nəğməsidir...

İslam Səfərlinin “Göz həkimi” kitabına “Göz həkimi”, “Ana ürəyi”, “Yol ayrıcı”, povestləri daxil edilmişdir. Bu əsərlərdə insanları düşündürən problemlər, köhnəliyə qarşı barışmazlıq, mübarizlik, yenilik hissi ilk baxışdan diqqəti cəlb edir. Elə buna görədir ki, həmin əsərlər uzun müddət dram teatrlarının repertuarlarından düşməmiş, müvəffəqiyyətlə oynanılmışdır.

İslam Səfərlinin “Ağ şanı, qara şanı” kitabında şairin müxtəlif illərdə yazdığı şeir və poemalarından nümunələr toplamışdır.

İslam Səfərlinin “Seçilmiş əsərləri” ndə (2005) nəğməkar şairin poetik yaradıcılığının bəlli bir qismi toplanmışdır. Bu şeirlər şairin ürəyinin dərinliklərindən qopan duyğuları parlaq əks etdirir. İslam Səfərlinin hər zamankı səmimi şeirlərində sözlər sanki adilikdən çıxır, poetik hüsn qazanır. Burada Xəzərin ləpələri pıçıldaşır. Burada Vətən də, onun təbiəti də tam bir poeziyadır, zərifdir və gözıəldir. Odur ki, həmin sözlərə neçə-neçə mahnılar yazılıb və onların bir çoxu ədəbiyaşardır. Lirik duyğular şairinin sözlərinə bəstələnmiş o nəğmələri bəzəyən şeiriyyət-şirinlik, axıcılıq və poetik gözəllik bütövlükdə bu kitabdakı şeirlərə xas olan cəhətdir. Şairin “Pıçıldaşın Ləpələr” adlı kitabının forzasında şairin oğlu İlham Səfərlinin “Bakı sabahın xeyir!” adlı əsərindən istifadə edilmişdir.

Bütün bunlarla yanaşı İslam Səfərlinin 1965-ci ildə nəşr olunan “Qoşa söyüd” kitabı, 1967-ci ildə nəşr olunan “Torpağın ətri”, 1973-cü ildə “Seçilmiş əsərləri” və 1978-ci ildə çap olunan “Əbədi beşik” kitabları oxucular tərəfindən sevinclə qarşılanmışdır.

İslam Səfərlinin şeirləri o qədər isti, hərarətli, lirik qəhrəmanı o qədər özünəməxsus, hətta özüdür ki, yaxşı mənada təəccüblənməmək əldə deyil.

Allı-güllü, şirin dilli qafiyələrlə Vətən-vətəndaş gözəlliklərinə valeh olub qoşmaladığın dövrünün, müstər-müstəmləkə dinənin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misraların bir-birinə bənd edəcəyi sabahların sevincli, türk balası!..

“Bir dön geri,

Tale pərim...”

Nazəndə yüzlərlə poetik xitablarından biri...

Elə ruhun da, nəğmələrin də gəlsin bəri, mənən canlı, diri şair!..

Qolları daim Vətənə açıq, şəhd-şəkər dil-üslubu ədəbiyyatımıza yaraşıq sənətkar...

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. Tərəddüd etmədən demək olar ki, son yarım əsrdən artıq dövrdə ayrı-ayrı şairlər tərəfindən Naxçıvan mövzusunda bir neçə fərqli uğurlu bədii nümunənin yaradılmasına baxmayaraq, şeirimizdə Naxçıvan silsiləsinin yaradılmasında İslam Səfərli birinciliyi və ən uca zirvəni fəth etmiş sənətkar olaraq qalır. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şeirində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir. İslam Səfərli üçün ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını kökləməyə başladığı, ona ilham bəxş etmiş Nəqşi-Cahandır. Şair bütün ruhu ilə bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi duz-çörəkdən qüvvət almışdır. Naxçıvanın Azərbaycanın tarixində və taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin xidmətləri, bu coğrafiyanın insanlarının “düz ilqarlı” möhkəm mənəvi dəyərləri, “od çaxarlı” təbiəti İslam Səfərlinin Naxçıvannaməsində bütün təbiiliyi və daşıdığı mənaları ilə bir yerdə ilhamla vəsf olunmuşdur. Fikrimizcə, İslam Səfərlinin yarım əsr bundan əvvəl yazılmış “Naxçıvanım” şeiri Azərbaycan şeirinin Naxçıvannaməsinin dəyirman daşı olaraq “işini” davam etdirir. Hətta həmin mövzuda yazılmış ən yaxşı şeirlər də bu dəyirman daşının pəri ətrafında fırlanmaqdadır. Hələ ki, şeirimiz Xəzər mövzusunda olduğu kimi, Naxçıvan mövzusunda da İslam Səfərli zirvəsini aşa bilməmişdir. Bütün bunlara görə, İslam Səfərlinin “Naxçıvanım” şeiri Azərbaycan şeirində Naxçıvanın poetik pasportu olaraq yaşayır.

İslam Səfərlinin Naxçıvan silsiləsində qayalarda “daş cığırlar açan” Qızlar bulağı, hər kərpicində tariximizin sözü yazılan qədim Gilan şəhəri, Narzan suyu kimi qiymətli olan Badamlı, “aran meşəsi” Xalxal, “almaz dalğalı, gümüş ləpəli” Araz çayı, Göy tarlalı Şərur, dalğalarla qucaqlaşan Arpaçay, qayaların zirvəsində dayanan, özü daş, heykəli daş olan -“Gəlin daş” “böyük aləm” sandığı doğulduğu Şəkərabad kəndi tam mahiyyəti və təbiəti ilə şeirə gətirilmişdir. Bu şeirlərdəki təbiilik və dərinlik həmin yerlərin hər birinin adını, mənasını, görünüşünü, dəyərini şeirin dili ilə real və obrazlı şəkildə ifadə etməyə imkan yaratmışdır. Fikrimizcə, “Naxçıvanın duzu, qızı, yarpızı” ifadələri də İslam Səfərlinin eyniadlı şeirindən sonra zərbi-məsələ çevrilmişdir.

(ardı var)

Media istiqaməti: Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri