Icma.az
close
up
RU
Mahnı yox, məhkəmə zalı: İfaçılar bir birindən niyə şikayətlənmişdi?

Mahnı yox, məhkəmə zalı: İfaçılar bir birindən niyə şikayətlənmişdi?

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şou-biznes aləmi təkcə səhnədəki uğurları ilə deyil, həm də qalmaqalları və məhkəmə çəkişmələri ilə diqqət çəkir.

Tanınmış ifaçılar arasında bəzən şəxsi münasibətlər, ittihamlar və sərt sözlər ucbatından dava məhkəmə zalına qədər uzanır. Xalq artistlərindən tutmuş sıravir müğənnilərə qədər bir çox tanınmış ifaçı şərəf və ləyaqətini qorumaq məqsədilə həmkarlarından şikayətçi olub.

Yenisabah.az biri-birlərini məhkəməyə verən məşhurların siyahısını təqdim edir: pizza

Röya Ayxan - Aygün Bəylər

Röya Ayxan mərhum xanəndəni məhkəməyə vermişdi. Səbəb ARB-də yayımlanan “Səhər-səhər” verilişində Aygün Bəylərin Röyanı sənətkar hesab etmədiyini bildirməsi və sənəti biznes kimi görənlərlə əsl sənətkarların fərqləndirilməli olduğunu deməsi olmuşdu.

Aparıcı Elgiz Əkbərin Röyaya dəfələrlə “sənətkar” deməsi Aygün Bəyləri qəzəbləndirmiş, o isə qavalını götürərək verilişi tərk etmişdi.

Flora Kərimova - Afət Fərmanqızı

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını məhkəməyə vermişdi. Səbəb olaraq Afət Fərmanqızının Xalq artistini təhqir etməsi göstərilmişdi. O, Afətin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb etmişdi.

Rəqsanə İsmayılova - Təranə Səmədova

Müğənni Rəqsanə ilə prodüser Təranə Səmədova arasında da vaxtilə məhkəmə qalmaqalı yaşanmışdı.

Rəqsanə İsmayılova - Əli Mirəliyev

Müğənni Rəqsanə İsmayılova ona “Roksi” ləqəbi ilə lağ edən Əli Mirəliyevi məhkəməyə vermişdi. Əli Mirəliyev məhkəmədə uduzmuş və Rəqsanəyə 500 manat təzminat ödəməli olmuşdu.

Nazilə Səfərli - Fatimə Fətəliyeva

Şairə Nazilə Səfərli ilə rəqqasə Fatimə Fətəliyevanın çəkişməsi də məhkəməyə qədər gedib çıxmışdı. Qalmaqalın səbəbi Nazilənin sosial şəbəkədə paylaşdığı sözlər olmuşdu. Nazilə Fatimə Fətəliyevaya “Ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar” demişdi.

Aysel Əlizadə - Xoşqədəm Hidayətqızı

Qalmaqala səbəb 2019-cu ildə “Səni axtarıram” verilişində Turanə Nəcəfovanın Aysel haqqında səsləndirdiyi ittihamlar və Xoşqədəm Hidayətqızının müzakirə zamanı söylədiyi sözlər olmuşdu. Uzun sürən məhkəmə prosesindən sonra Bakı Apellyasiya Məhkəməsi qərar vermişdi ki, Xoşqədəm Hidayətqızı Aysel Əlizadəyə 3000 manat mənəvi təzminat ödəməlidir.

İlhamə Quliyeva - Nazpəri Dostəliyeva

Mərhum Xalq artisti İlhamə Quliyeva həmkarı Nazpəri Dostəliyevanı da məhkəməyə vermişdi. Səbəb isə Nazpərinin onun dövlət tərəfindən verilən statuslarını saxta adlandırması olmuşdu. Nəticədə İlhamə Quliyeva qalib gəlmiş və 25 min manat təzminat almışdı.

Aygün Kazımova - Natəvan Həbibi

Xalq artisti Aygün Kazımova müğənni Natəvan Həbibiyə qarşı təhqiramiz ifadələr işlətmiş, nəticədə Natavan onu məhkəməyə vermişdi. Məhkəmə Natavan Həbibinin xeyrinə yekunlaşmışdı. Hazırda məşhurlar barışıblar.

Mehriban Xanlarova - Kərim Abbasov

Əməkdar artist Mehriban Xanlarova müğənni Kərim Abbasovu məhkəməyə vermişdi. Buna səbəb Kərimin aktrisanın açıq-saçıq fotosunu sosial şəbəkədə paylaşaraq onu təhqir etməsi olmuşdu. M.Xanlarova məhkəmədə qalib gəlmiş və 1000 manat təzminat almışdı.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Avqust 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri