Icma.az
close
up
RU
Mahnıları Üzeyir bəyin adına çıxılan, dərs deyən yerdə atəş açılan bəstəkar

Mahnıları Üzeyir bəyin adına çıxılan, dərs deyən yerdə atəş açılan bəstəkar

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Bu gün Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın doğum günüdür.

Kulis.az bu münasibətlə onun haqqında materialı təqdim edir.

Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamın sirlərinə yiyələnir, onları tarda çalmağı öyrənir. Onun atası, yəni Ağabacının babası Mirzə Fərəc də məşhur tarzən olub.

Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi? "Həyat ölümə хidmət еdə bilməz" - Viktor Hüqonun Volter haqqında çıxışı Beynimizi niyə çürüdürük?

***

Ağabacı Pedaqoji texnikuma daxil olur. 1929-cu ildə oranı bitirir. Bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. O zamanlar kənd yerlərində müəllimlik edən qadınlara pis baxırdılar. Günlərin birində isə Ağabacı bir dəfə dərsdə olanda sinfə tərəf atəş açılır. Xoşbəxtlikdən ona heç nə olmur.

Ağabacı yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edir. Bir gün isə atası evə gələrək ona və bacısı Ruqiyyəyə deyir, Üzeyir Hacıbəyov xalq musiqisi kursu açıb, amma qız tələbəsi yoxdur. O, məndən xahiş edib ki, sizi onun kursuna aparım.

***

Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər".

***

Beləliklə Ağabacı Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alır, onun ən sevimli tələbələrindən biri olur. Musiqi-nəzəri fənlərdən isə ona Üzeyir Hacıbəyov, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.

Ağabacı həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə gəlirlər.

***

Üzeyir Hacıbəyov Ağabacı haqqında bu sözləri demişdi: Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər.

***

Bəstəkarlıqla yanaşı Ağabacı Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.

Bəstəkar klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının yaradıcılığına müraciət edib. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M. Ş. Vazeh, M. Ə. Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N. Rəfibəyli, İ. Səfərli, Ş. Qurbanov, M. Dilbazi, M. Araz və başqalarının şeirləri olub.

***

Ağabacı Rzayevanın şöhrəti artdıqca onun qəbul etməyənlərin də sayı çoxalır. Və onun musiqilərinin əslində müəllimi Üzeyir Hacıbəyov tərəfindən bəstələndiyini deyirlər. Gənc bəstəkar bu deyilənlərə fikir verməməyə çalışır. Üzeyir Hacıbəyovun ölümündən sonra bu söz-söhbətlərə son qoyulur.

***

Ağabacı Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.

Bəstələdiyi “Ey pəri” mahnısı Şövkət Ələkbərova, Həqiqət Rzayeva və digər müğənnilər tərəfindən ifa edilir. Bir gün isə mahnı hər yerdən çıxarılır və oxunmur. Sonralar isə mahnı Cənubi Azərbaycanda xalq mahnısı adı ilə böyük populyarlıq qazanır. Bundan sonra mahnı yenidən Azərbaycanda ifa olunur. İllər keçir bəstəkar Vaqif Mustafazadə “Ey pəri” və “Evimizə gəlin gəlir” mahnılarına möhür vurur.

***

Bəstəkar heç vaxt ailə qurmur. Anası və bacıları ilə birgə yaşayır. Onun üç bacısından yalnız biri Ruqiyyə ailə qurur. Bəstəkar ana olmasa da, bir çox məşhur uşaq mahnılarını - “Kukla”, “Qaranquş”, “Ağ göyərçin” mahnılarını yazır.

***

Bəstəkarın maddi vəziyyəti ağır olduğu üçün ehtiyac üzündən sifarişlə taxılçılığa, üzümçülüyə, sovet dövrü və partiya ideyalarını təbliğ edən mahnılar yazır.

Bəstəkarın mahnılarını Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabə Muradova, Tükəzban İsmayılova, Gülağa Məmmədov, Nəzakət Məmmədova ifa ediblər.

***

Ağabacı Rzayeva bir çox mahnı və romansların - həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramının, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.

***

Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

***

Günlərin birində ona yazıçılar poliklinikasından zəng vurub deyirlər ki, sizə “botkin” xəstəliyi əleyhinə iynə vurmalıyıq. İynə vurulan gün onun hərarəti yüksəlir. Təcili yardım gəlsə də, bəstəkarın həyatını xilas etmək mümkün olmur. 5 iyul 1975-ci ildə 63 yaşında Bakıda vəfat edən bəstəkar 2-ci Fəxri xiyabanda torpağa tapşırılır. Bacısı Ruqiyyə ona sui-qəsd edildiyini iddia edir.

Cəbhədən ədəbiyyata... - Hüseyn Abbaszadə haqqında məşhur rus yazıçı nə demişdi? "Həyat ölümə хidmət еdə bilməz" - Viktor Hüqonun Volter haqqında çıxışı Beynimizi niyə çürüdürük?
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Dekabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see363

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see245

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see151

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see127

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see125

Dövlət mülkiyyətinə keçirilmiş mallar üzrə hərrac keçiriləcək

13 Dekabr 2025 21:34see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri