Icma.az
close
up
RU
Serbiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Serbiyada dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsi anılıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Belqrad, 18 sentyabr, AZƏRTAC

Azərbaycan musiqi mədəniyyətinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi və Milli Musiqi Günü münasibətilə onun Serbiyanın Novi Sad şəhərində ucaldılmış büstü önündə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşlarının iştirak etdiyi tədbirdə dahi bəstəkarın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, büstü önünə əklil qoyulub.

Mərasimdə çıxış edən Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev milli bəstəkarlıq məktəbinin, ilk milli opera və operettanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Hacıbəylinin Azərbaycan klassik musiqi tarixi və mədəniyyətində müstəsna xidmətlərindən bəhs edib. K.Xasiyev Azərbaycan Prezidenti İlham Əliyevin dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzaladığını vurğulayıb.

Səfir 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərarını xatırladıb. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən Üzeyir Hacıbəylinin adı verilən Beynəlxalq Musiqi Festivalının əsasının qoyulduğu diqqətə çatdırılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri