Mahrezdən Rusiya klublarına cavab
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Mançester Siti”nin keçmiş yarımmüdafiəçisi Riyad Mahrez Rusiya klublarına keçməkdə maraqlı deyil.
Futbolpress.az xəbər verir ki, bu barədə 35 yaşlı əlcəzairli futbolçunun agenti Kamel Benguqam açıqlama verib.
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ayrıldıqdan sonra azad agent statusu daşıyan təcrübəli yarımmüdafiəçinin nümayəndəsi Rusiya Premyer Liqası variantını tamamilə istisna edib:
“Riyada göstərilən marağa görə təşəkkür edirik, lakin biz Rusiyadan gələn təklifləri nəzərdən keçirmirik. Əvvəllər də Rusiya Premyer Liqasından hər hansı maraq və ya rəsmi təklif olmayıb”.
Karyerası ərzində “Lester Siti” və “Mançester Siti”dəki çıxışı ilə tanınan Mahrez Premyer Liqa çempionluqları və Çempionlar Liqası titulu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 13 Sentyabr 2026 20:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















