Icma.az
close
up
RU
Makiyaj və saç baxımı məhsullarında hələ də zəhərli kimyəvilər VAR

Makiyaj və saç baxımı məhsullarında hələ də zəhərli kimyəvilər VAR

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Görünüşcə zərərsiz kimi görünən kosmetik və şəxsi qulluq məhsulları insan sağlamlığı üçün təhlükə yaradan maddələr ehtiva etməyə davam edir.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Məlumata görə, “2025 Gözəllik və Şəxsi Baxım Məzmunu Hesabatı” şampun, saç kremi, tonal krem və dodaq boyası kimi məhsullarda yüksək təhlükə sinfinə aid kimyəvilərin hələ də geniş şəkildə istifadə olunduğunu ortaya qoyub.

Tədqiqat nəticələrinə əsasən, ABŞ və Kanadada satışda olan 231 kosmetik məhsulun 52 faizində PFAS adlanan kimyəvi maddələr aşkarlanıb. Bu maddələr hormon balansını poza bilər və xərçəng də daxil olmaqla bir çox sağlamlıq problemləri ilə əlaqələndirilir.

Bundan əlavə, həmin məhsulların 88 faizində bu kimyəvilərin tərkibdə göstərilmədiyi müəyyən edilib.

Mütəxəssislər, xüsusilə saç düzləşdiricilərindəki formaldehid kimi maddələrin afroamerikalı qadınlara yönəlik məhsullarda daha çox istifadə olunduğunu və bu maddələrin xərçənglə əlaqəli olduğunu vurğulayıblar.

Hesabatda diqqət edilməli kimyəvilərin siyahısı da yer alır: Cyclopentasiloxane və Cyclomethicone – silikon törəmələri ; Methylparaben – hormon pozucu maddə; BHT (Butylated Hydroxytoluene) – endokrin sistemini pozan və ekoloji cəhətdən toksik maddə; D&C Red 27, 28 – immun və reproduktiv sistemə təsir edən boya maddələri.

Kimyəvi təhlükəsizlik üzrə ekspert Heather McKenney bildirib ki, “İstehlakçılar hansı məhsulun təhlükəsiz olduğunu anlamağa məcbur qalmamalıdır. Bu məsuliyyət istehsalçıların üzərinə düşür.”

Hesabatı hazırlayan ChemFORWARD təşkilatı təhlükəli kimyəvilərin payının 2 faiz azaldığını, təhlükəsiz formulaların isə artdığını qeyd edib. Buna baxmayaraq, 50 min məhsulun təxminən 4 faizində hələ də yüksək riskli maddələr mövcuddur.

Mütəxəssislər sonda bildiriblər: “Gözəl görünmək sağlamlığımız bahasına olmamalıdır”.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri