Maklmor Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Amerikalı reper Maklmorun Dublindəki konserti musiqi tədbirindən daha böyük məna daşıyıb.
Kulis.az xəbər verir ki, oktyabrın 26-da “3Arena”da keçirilən və Fələstin xalqına dəstək məqsədi daşıyan tədbirdə təxminən 13 min tamaşaçı iştirak edib.
Konsertdə əldə olunan gəlirin Fələstin xalqına yardım göstərən təşkilatlara yönəldiləcəyi bildirilib.
Gecənin qonaqları arasında Hozyer, “Kneecap” qrupu, irland musiqi kollektivi “Beoga”, fələstinli müğənni Lina Makhul və DJ Habibeats olub.
Aktyor Mark Ruffalo da tədbirə videomüraciət göndərərək dəstəyini ifadə edib.
Maklmor son illər Fələstinə dəstək mövqeyi və bu mövzuda səsləndirdiyi fikirlərlə beynəlxalq musiqi gündəmində tez-tez yer alır. Onun bu mövqeyi konsert fəaliyyətinə də təsir göstərib: reperin Fələstinlə bağlı açıqlamalarından sonra Ed Şiranın stadion turunun heyətindən çıxarıldığı barədə xəbərlər yayılmışdı.
Dublindəki gecə isə musiqinin ictimai mövqe bildirmək və yardım toplamaq üçün necə platformaya çevrilə bildiyini göstərdi.
Məşhur televiziya tamaşalarının rəssamı Rəfail Əlizadənin yaradıcılıq sərgisi keçirilib - Foto Valideynləri ondan əl çəkdi, cəmiyyət onu cinayətkara çevirdi – Fransız kinosunun şah əsəri haqqında "Ürək etibar edilməyəcək bir vəhşidir..." - Qrem Qrin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 31 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















