Icma.az
close
up
RU
Britaniya parlamentindən Fələstinə dəstək

Britaniya parlamentindən Fələstinə dəstək

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Böyük Britaniyada parlament komitəsi hökuməti müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəlini elan etməyə və İsrailin beynəlxalq hüquqa riayət etməsini təmin etmək üçün əlindən gələni etməyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, Britaniya parlamentinin beynəlxalq inkişaf komitəsi Qəzzada humanitar vəziyyət, İordan çayının qərb sahilindəki hadisələr və məcburi köçkün fələstinlilərlə bağlı hesabatını dərc edib.

Hesabatda 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarına İsrailin cavab verməsi nəticəsində çoxlu sayda insan itkisi olduğu və Qəzzanın mülki infrastrukturunun məhv edildiyi bildirilib.

Beynəlxalq məhkəmələrin Qəzzada beynəlxalq hüququn pozulması riskinin olduğuna dair qərarlarına diqqət çəkən hesabatda, “İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatların soyqırım ittihamlarına yol açacaq beynəlxalq humanitar hüququn pozulmasına səbəb olacağına dair ağlabatan riskin olduğuna inanırıq” deyə qeyd olunub. 

Hesabatda Britaniya hökumətindən müstəqil Fələstin dövlətinin tanınması üçün vaxt cədvəli elan etməyə çağırılıb və Fələstin dövlətinin tanınmasının daimi və davamlı sülh üçün vacib olduğu bildirilib.

Qəzzanın humanitar ehtiyaclarını qarşılamaq üçün bölgəyə hər gün 500 yardım maşınının girməsi lazım olduğu halda bu rəqəmin orta hesabla 25-ə düşdüyünə diqqət çəkilərək, İsrailin hava hücumlarından sonra sivilləri pilotsuz təyyarələrlə hədəf alması iddialarının da narahatlıq doğurduğu qeyd edilib.

Sənddə İsrailin İordan çayının qərb sahili və Şərqi Qüdsdəki hərəkətləri də yer alıb. 

Məlumatda 7 oktyabr 2023 və 31 oktyabr 2024-cü illər arasında bölgədə fələstinlilərə aid 1 800 binanın İsrail tərəfindən dağıdıldığı ifadə edilərək, eyni dövrdə 736 fələstinlinin öldürüldüyü vurğulanıb.

Sözügedən tarixlərdə 1 722 fələstinlinin Fələstin torpaqlarını qəsb edən israillilər tərəfindən didərgin salındığına dair məlumatlar da yer alıb.

Komitə hesabatda həmçinin vurğulayıb ki, Britaniya hökuməti İsrailin beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməsini təmin etmək üçün əlindən gələni etməlidir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri