Icma.az
close
up
RU
Makron dövrünün sonu yaxınlaşır?

Makron dövrünün sonu yaxınlaşır?

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Fransada siyasi varislik mübarizəsi başlayıb

Deyəsən Fransa siyasətində uzun müddətdir gözlənilən proses artıq başlayıb. Söhbət Makron dövrünün sonunun çatmasından gedir. Bu günlərdə keçmiş baş nazir Qabriel Attal 2027-ci il prezident seçkilərində namizədliyini elan edib. Bu da Fransada yeni güc balansının formalaşmağa başladığını göstərir. Ümumən son dövrlər Avropada müşahidə olunan siyasi transformasiyalar fonunda rəsmi Parisin daxil olduğu mərhələ xüsusilə diqqət çəkir. Çünki əsas məsələ Fransa dövlət modelinin, mərkəzçi siyasətin və Avropa liberalizminin gələcək taleyidir. 

Maraqlı məqam odur ki, Qabriel Attal namizədliyini Paris əvəzinə Aveyron bölgəsində elan edib. Məlumdur ki, uzun illərdir Fransa siyasətində elitizm, paytaxt mərkəzçiliyi və böyük şəhərlərin üstünlüyü ciddi narazılıq yaradırdı. “Sarı jiletlilər” etirazlarından sonra problem daha açıq görünməyə başladı. Regionlarla Paris arasında yaranan sosial, iqtisadi və psixoloji məsafə Fransanın əsas siyasi böhranlarından birinə çevrildi. Attal məhz bu səbəbdən siyasi kampaniyasının başlanğıcını kənd bölgəsindən etdi. Qısaca o, özünü sistemin içindən çıxmış, lakin sistemi dəyişmək istəyən yeni nəsil siyasətçi kimi təqdim etməyə çalışdı.

Əslində Attalın qarşısında duran əsas problem Emmanuel Makronun kölgəsindən çıxmaqdır. Çünki Fransa cəmiyyətində Makrona münasibət ikilidir. Bir tərəfdən o, Avropa İttifaqının ən güclü liderlərindən biri kimi qəbul olunur, Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Avropanın təhlükəsizlik arxitekturasında fəal rol oynayır. Digər tərəfdən isə Makron sosial bərabərsizlik, pensiya islahatları, miqrasiya və həyat səviyyəsinin aşağı düşməsi ilə bağlı ciddi ictimai narazılıqla üzləşir. Xüsusilə orta təbəqə və kənd bölgələrində o “elit prezident” obrazı ilə assosiasiya olunur.

Ona görə də Q.Attal indi çox incə siyasi xətt üzərində hərəkət etməlidir. Yəni həm Makron elektoratını itirməməli, həm də Makronizmə qarşı yaranmış narazılıqdan uzaq görünməlidir. Bu isə olduqca çətin və riskli strategiyadır. Çünki Attal illərlə Makron hökumətinin əsas simalarından biri olub. Əvvəlcə hökumət sözçüsü, və  təhsil naziri olan Attal daha sonra Baş nazir postuna qədər yüksəlmişdi. Elə bu səbəbdən onun yeni siyasətçi imici yaratması müəyyən skeptisizmlə qarşılanır. Lakin Attalın üstünlükləri də az deyil. O, Fransa siyasətinin ən gənc və mediatik fiqurlarından biridir. Müasir kommunikasiya dili, sosial mediadan istifadə bacarığı və televiziya debatlarındakı sərt üslubu onu ənənəvi fransız siyasətçilərindən fərqləndirir. Fransa siyasətində uzun illər texnokratik və ağır siyasi dil dominant olub. Attal isə daha sürətli, emosional və birbaşa ünsiyyət modelinə üstünlük verir. Bu xüsusilə gənc seçicilər arasında müəyyən maraq yaradır.

Nəzərə almaq lazımdır ki, Fransa da əvvəlki Fransa deyil. Son on ildə ölkənin siyasi sistemi fundamental dəyişikliklərə məruz qalıb. Bir vaxtlar ölkənin əsas siyasi sütunları sayılan sosialistlər faktiki olaraq zəifləyib. Makronun yaratdığı mərkəzçi model bir müddət bu boşluğu doldura bilsə də, indi o da tükənmək üzərədir. Cəmiyyətin müxtəlif təbəqələri artıq daha radikal, sərt və emosional siyasət tələb edir.

Bu vəziyyətdə ən böyük üstünlük ifrat sağın əlində görünür. Marin Le Pen və Cordan Bardella tandemi artıq Fransa siyasətinin marjinal qüvvəsi hesab edilmir. Onlar sistemin real alternativinə çevriliblər. Xüsusilə miqrasiya, təhlükəsizlik, islam radikalizmi, enerji böhranı və milli kimlik məsələləri ifrat sağın mövqelərini gücləndirib. Fransa cəmiyyətində getdikcə daha çox insan hesab edir ki, ənənəvi siyasi qüvvələr ölkənin problemlərini həll edə bilmir. Qabriel Attalın namizədliyi də məhz bu fonda meydana çıxır. Çünki hazırkı Fransa seçicisi kompromis və mərkəzçi ritorikadan yorulub. 

Qabriel Attalın namizədliyi Avropa paytaxtlarında diqqətlə izlənilir. Brüssel üçün əsas məsələ Makron sonrası Fransada liberal mərkəzin siyasətini yaşada bilib-bilməməsidir. Çünki Makron uzun illər Avropa İttifaqının əsas inteqrasiya tərəfdarlarından biri kimi çıxış edib. O, Avropa ordusu ideyasını müdafiə edib, strateji muxtariyyət anlayışını gündəmə gətirib və ABŞ-dan tam asılı olmayan Avropa modeli qurmağa çalışıb.

Attalın mövqeyi isə müəyyən qədər fərqlidir. O, daha praqmatik və daxili siyasətə fokuslanan fiqur kimi görünür. Bu da onu klassik “Avropa lideri” modelindən bir qədər uzaqlaşdırır. Digər tərəfdən Fransa cəmiyyətinin özü artıq əvvəlki qədər ideoloji Avropaçılığa həvəs göstərmir. Enerji qiymətlərinin artması, həyat səviyyəsinin aşağı düşməsi və təhlükəsizlik problemləri insanların gündəlik prioritetlərini dəyişib. Attalın siyasi strategiyası böyük ehtimalla məhz sözügedən reallıq üzərində qurulacaq. O çalışacaq ki, həm Avropa tərəfdarı elektoratı qoruyub saxlasın, həm də milli problemlərə daha həssas görünərək sağ seçicilərin bir hissəsini özünə cəlb etsin. Lakin bu balansı qorumaq çox çətindir. Çünki Fransa siyasəti getdikcə daha polarizə olunmuş vəziyyətə gəlir.

Belə nəticəyə gəlmək olar ki, gələn ilki seçkilər Fransanın hansı istiqamətə gedəcəyini müəyyənləşdirəcək. Fransa Avropa layihəsinin mərkəzində qalacaq, yoxsa daxili problemlərə fokuslanan daha qapalı modelə yönələcək? Sualların cavabı hələ məlum deyil. Amma bir həqiqət artıq aydındır ki, Qabriel Attalın namizədliyini elan etməsi ilə Fransada yeni siyasi era rəsmən başlayıb.

Nəzrin ELDARQIZI

XQ

Ekspert rəyi

Fikrət SADIXOV, politoloq, Qərbi Kaspi Universitetinin professoru 

Qabriel Attal Fransanın Beşinci Respublikasının tarixində ən gənc və eyni zamanda bu vəzifədə ən qısa müddət qalan baş nazirlərdən biri olub. Hakimiyyətdən getməsi isə Milli Assambleyanın və parlament dairələrinin ciddi təzyiqləri fonunda baş verib. Çünki onun iqtisadi proqramı Fransada geniş tənqidlərə səbəb olmuşdu.

Digər partiyalara gəldikdə isə, burada həm sağçı, həm də solçu siyasi qüvvələr mövcuddur. Böyük ehtimalla, Attalın namizədliyinə qarşı müxtəlif partiyaların nümayəndələri çıxış edəcəklər. Ancaq mən hesab edirəm ki, Attalın prezident seçkilərində iştirak etməsi Emmanuel Makronla razılaşdırılmış siyasi addımdır. Çünki Makron artıq iki dəfə prezident seçilib və Fransa Konstitusiyasına əsasən üçüncü dəfə namizəd ola bilməz. Bu baxımdan, Makrona yaxınlığı ilə seçilən Qabriel Attal onun siyasi xəttini davam etdirə biləcək əsas fiqurlardan biri hesab olunur. 2027-ci il seçkilərinə isə hələ kifayət qədər vaxt var. Bu müddət ərzində Fransanın siyasi səhnəsində yeni fiqurlar meydana çıxa, müxtəlif siyasi proqramlarla çıxış edən namizədlər ön plana keçə bilər. Bununla belə, Attalın seçkilərdə iştirakı indiki siyasi kursun davamı kimi qiymətləndirilməlidir. Çünki o, Makrona yaxın siyasətçilərdən biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri