Icma.az
close
up
RU
Makron Ermənistanı Azərbaycanla təkrar münaqişəyə çəkmək əvəzinə ölkədaxili problemini həll etsin

Makron Ermənistanı Azərbaycanla təkrar münaqişəyə çəkmək əvəzinə ölkədaxili problemini həll etsin

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Fransa səfiri Dekotinin Ermənistan-Azərbaycan sərhədinə gələrək binokolla poz verməsi və Aİ-nın missiyasının qərargahına getməsi Fransanın çirkin planının tərkib hissəsidir. Hətta Notr-Dam kilsəsinin açılışına gəlmiş, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla da Paşinyanı görüşdürərək şəkil çəkdirməyə imkan tapdı. Bir müddət əvvəl Polşanın prezidenti Anjey Duda da eyni xarakterli hərəkətləri etmişdi. Bütün bu məsələlər Ermənistana dəstək vermək və yenidən revanşizmə hazırlamaq xarakteri daşıyır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov danışıb.

Azər Badamov

Deputat qeyd edib ki, Dekoti səfirlik səlahiyyətlərini aşır və Azərbaycanla Ermənistan arasında münaqişənin təkrar baş verməsinə çalışır: “Sən səfirsənsə get səfirliyin işi ilə məşğul ol. Sən Ermənistan-Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlərlə niyə məşğul olursan? Təbii ki, bütün bu hərəkətlər Parisdən alınan tapşırıqlar əsasında baş verir. Parisin özü bu gün çalxalanır və parlament hökumətə etimadsızlıq göstərib. O cümlədən, Emmanuel Makronda bir az abır olsaydı, hökumətə etimadsızlıq göstərdiyinə görə özü də getməliydi. Amma Makron seçki gələnə qədər vəzifəsini icra etməyə davam edəcəyini bildirib”.

Azər Badamov qeyd edib ki, Fransadakı böhran Makron hakimiyyətini də müddətdən əvvəl başa çatdırmasına gətirib çıxara bilər: “Makron Ermənistana pulsuz silahlar verməklə yenidən revanşizmə hazırlamaq əvəzinə, öz ölkəsinin daxili işləri ilə məşğul olması tövsiyə olunur. Çünki, Fransanın özünün pula böyük ehtiyacı var. Ermənistana havayı verilən silahların pulunu sosial böhranla qarşılaşan fransızlara xərcləsin. O zaman fransızlar ona sona qədər hakimiyyətdə qalmasına imkan verə bilər. Əks halda Emmanuel Makron və onun hakimiyyəti Azərbaycana və digər ölkələrə qarşı yürütdükləri çirkin kampaniyaların qurbanı ola bilər”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Dekabr 2024 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri