Icma.az
close
up
RU
Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpa edilməsini həzm edə bilməyən Ermənistan və ona havadarlıq edən dövlətlərin ölkəmizə qarşı müxtəlif planlar hazırladıqları atılan addımlarda özünün aydın ifadəsini tapır. Bu reallıq inkaredilməzdir ki, 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizin ilk günündən Fransa kimi dünyaya “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan, amma özləri bu prinsipləri maraqlarına uyğun kobud şəkildə pozan dövlətlər Ermənistanı açıq-aşkar silahlandırmaları ilə diqqətdə oldular. Bütün hallarda məqsəd regionda vəziyyəti gərginləşdirmək, gündəmdə olan sülh müqaviləsinin imzalanmasına hər vəchlə mane olmaqdır. Ermənistanın istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə gündə bir arxa, dayaq axtarışına çıxması hər zaman yeni planların çızılmasına, vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Mühüm reallıqlardan biri Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin qarantı olması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifi etməsidir. Lakin hazırda sülh müqaviləsinin imzalanması üçün imkanlar mövcud olsa da Ermənistan yeni dəstəkçilərinin himayədarlığı ilə ölkəmizə qarşı yeni müharibəyə hazırlaşır.Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.Millət vəkili vurğulayıb ki, Ermənistanda revanşizm əhval-ruhiyyəsi mövcuddur. Fransanın təhriki ilə Ermənistanın sürətlə silahlanması və yeni müharibəyə hazırlaşması diqqətdən kənarda qala bilməz. Bugünümüzün reallıqları bizə 30 illik işğal dövrünü yada salmağa çağırış edir. İşğalçı dövlətin himayədarları dəstəkləri ilə keçmiş Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına gətirib çıxardılar. Zamanında Ermənistana bu dəstəklər olmasaydı, ədalət və beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozduğuna, BMT qətnamələrinə məhəl qoymadığına görə işğalçıya təzyiqlər göstərilsəydi 44 günlük Qarabağ müharibəsi baş verməzdi. Ermənistanın imitasiya naminə danışıqlara qatılması bu güclərin dəstəklərinin nəticəsi idi. İşğalçı dövlət bununla yeni ərazilər uğrunda müharibə planı hazırlamaq üçün vaxt qazandı. Təbii ki, 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutan Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun belə sürətli əks-hücum əməliyyatı ilə üz-üzə qalacağını düşünmürdülər. 44 günlük İkinci Qarabağ müharibəsi nahaq yerə həqiqət anı kimi dəyərləndirilmir. İkinci Qarabağ müharibəsində bir daha kimin ədalətin, haqqın, kimin işğalçı dövlətin tərəfində olduğu açıqlandı. Tarixi Zəfərimizdən sonra Ermənistanda baş qaldıran revanşist qüvvələrə rəşadətli ordumuzun verdiyi dərslər də bəllidir. Hadisələrin gedişi ötən ilin sentyabr ayında birgünlük antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Prezident İlham Əliyevin çıxışlarında da bu çağırış əsas yer tutur ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr 44 günlük İkinci Qarabağ müharibəsini, lokal antiterror tədbirlərini unutmasınlar.Vüqar Rəhimzadə bildirib ki, Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görürlər ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər. Vəziyyət günü-gündən pisləşir, Rusiya irəliləyir. Buna görə də onlar Rusiyanın diqqətini başqa istiqamətə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar. Ermənistanı yeni müharibə avantürasına çəkmək Qərbin növbəti çirkin planıdır.Milli Məclisin deputatı onu da qeyd edib ki, yeni müharibə planında Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın silahlanması, Fransanın təcavüzkara silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti işğalçının və onun himayədarlarının müharibə planlarından xəbər verir. Bununla yanaşı, Avropa İttifaqının Ermənistanda hərbi missiyası, Qərbin Azərbaycan Ordusunun, hərbi hissələrimizin dislokasiyası, potensial imkanları barədə kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi də hazırkı dövrün reallıqları sırasındadır. Vəziyyətin bu şəkildə davamı regionda vəziyyətin gərginləşməsinə aparır. Dünyada və bölgədə sülhün, təhlükəsizliyin tam təmin edilməsinə, davamlı inkişafa biganə yanaşan bəzi güclər nə zamanədək ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədəcəklər, ikili standartlara əsaslanan siyasətlərindən əl çəkməyəcəklər, bu gərginliklər mütəmadi baş verəcək. Məhz buna görə də Azərbaycanın qazandığı uğurlarla kifayətlənməyib daim irəli baxması, dövlətimizin başçısı İlham Əliyevin “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” çağırışı ölkəmizə qarşı müxtəlif planlar hazırlayan bəzi güclərə ciddi mesajdır. Ölkəmizin tarixi Zəfərə, suverenliyinin tam bərpa edilməsinə nail olmasına baxmayaraq hərbi qüdrətimizin artırılması bu gün də əsas prioritetdir. Dövlətimizin başçısının bu çağırışını da xatırlatmaq istərdik: “Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək. Mən artıq dedim, bizim qarşımızda duran çağırışlara, bizə qarşı aparılan çirkin siyasətə biz onsuz da hazır olmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see277

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see182

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see139

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see129

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see129

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see127

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see127

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see127

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see127

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see125

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see125

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see122

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri