Icma.az
close
up
RU
Makron Fransanın şərqindəki bıçaqlı hücumu terror hadisəsi adlandırıb

Makron Fransanın şərqindəki bıçaqlı hücumu terror hadisəsi adlandırıb

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

"Fransanın şərqindəki Mulhouse kommunasında bir əlcəzairlinin həyata keçirdiyi bıçaqlı hücum terror aktıdır".

Bizimyol.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib, onun bəyanatı "BFMTV" kanalı tərəfindən yayımlanıb.

“Prokuror işi terror aktı kimi qiymətləndirən Milli Antiterror Prokurorluğuna göndərib. Deməli, bunun islami terror hücumu olduğuna şübhə yoxdur”, - deyə Makron bildirib.

Dövlət başçısı ölkənin daxili işlər naziri Bruno Retailloya faciə yerinə getməyi tapşırıb. O, baş verənlərin təfərrüatlarını açıqlamayacağını əlavə edərək, Daxili İşlər Nazirliyinin rəisinin bunu axşam saatlarında edəcəyinə söz verib.

Şənbə günü günorta saatlarında Fransanın şərqindəki Mulhouse şəhərində şəhər bazarının yaxınlığında bıçaqlı şəxs yoldan keçənlərə hücum edib. İlkin məlumata görə, bir nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölən və xəsarət alanları əksəriyyəti bələdiyyə polisləri olub. Hücum edən şəxs saxlanılıb.

Fransanın Terrorla Mübarizə Milli Prokurorluğu qətl və "terror fəaliyyəti ilə əlaqədar hökumət rəsmilərini öldürməyə cəhd" şübhəsi ilə hücumla bağlı təhqiqat başlatdığını bildirib. Prokurorluq açıqlamasında hücumçunun polis əməkdaşlarına hücum zamanı “Allahu Əkbər” (“Allah böyükdür”) qışqırmasını da xüsusi olaraq qeyd edib. Nəticədə 3 polis əməkdaşı yaralanıb, silahlı terrorçunu saxlamağa cəhd edən yoldan keçən 1 nəfər isə aldığı xəsarətlərdən ölüb.

"TF1"in məlumatına görə, hücum edən 37 yaşlı Əlcəzairli olub, ona Fransanı tərk etmək əmri verilib və 10 il müddətinə geri qayıtması qadağan edilib. Hücum günü o, məhkəmə nəzarəti tədbirlərinə əməl olunmasını təsdiqləmək üçün yerli polis bölməsinə gəlməli idi.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 22 Fevral 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri