Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Makron gizlicə Ukraynanı Putinə satır, Avropa isə “rus ayısını” bəsləyir

Icma.az bildirir, Bizim media portalına istinadən.

Son illərdə Avropanın Rusiya qazına münasibətdə apardığı siyasət beynəlxalq enerji və siyasi dairələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib. Sözlərdə Brüssel Moskvadan “enerji müstəqilliyi”, Ukraynaya qarşı aqressiyaya görə cəzalandırma və “təmiz enerji”yə keçid niyyətini bəyan edirdi. Lakin reallıqda hər şey daha mürəkkəb oldu və Avropa İttifaqının atdığı bir çox addımlar təkcə suallar deyil, ciddi tənqidlər də doğurur.
Bizim.Media xəbər verir ki, Ukraynada genişmiqyaslı müharibə başlayanda Avropa liderləri sürətlə Rusiyanın enerji resurslarından imtina etməyin vacibliyini bəyan etdilər. Qaz, neft, kömür – bütün bunlar Moskvaya təzyiq alətinə çevrildi.
Sanksiyalar tətbiq olundu, alışlara məhdudiyyətlər qoyuldu, alternativ tədarüklər elan edildi və 1 yanvar 2027-ci ilədək Rusiya maye təbii qazından (LNG) tam imtina ediləcəyi bildirildi.
Bu qərarlar gur səsləndi və siyasi məna daşıyırdı. Bir çox Avropa siyasətçiləri açıq şəkildə deyirdilər ki, bu yolla Avropa “Ukraynanı dəstəkləyir” və aqressoru zəiflədir.
Bəs reallıqda bu nəyə gətirib çıxarır?
Bir tərəfdən, Avropa İttifaqı həqiqətən LNG infrastrukturu qurur, terminallar inşa edir, ABŞ, Qətər, Azərbaycan və digər ölkələrdən tədarükçülər axtarır.
 

Digər tərəfdən isə Bruegel analitik mərkəzinin məlumatına görə, 2026-cı ilin yanvarında Aİ-yə Rusiya maye təbii qazının tədarükü tarixi maksimuma – 2,276 milyard kubmetrə çatıb. Bu göstərici həm 2025-ci ilin dekabrını, həm də 2025-ci ilin yanvarını üstələyib. Bu isə Avropa İttifaqının 2027-ci ilin əvvəlindən Rusiya LNG-sinə tam qadağa qoyduğunu rəsmi şəkildə təsdiqlədiyi bir vaxtda baş verir.


İlk baxışdan elə görünür ki, Avropa öz qaydalarını özü pozur: bir tərəfdə sanksiya ritorikası, digər tərəfdə isə real idxal artımı. Məhz burada əsas sual ortaya çıxır: Avropa əslində nə istəyir?
Cavab birmənalı deyil. Çünki gur siyasi şüarların arxasında iqtisadi maraqlar və Avropa ölkələrinin real ehtiyacları gizlənir. Aİ enerjidən asılı olan nəhəng bir bazardır.
İstehsal, nəqliyyat, isitmə, kimya sənayesi – hər şey sabit qaz tədarükündən asılıdır. Avropa boru kəmərləri ilə gələn Rusiya qazını əvəzləməkdə çətinlik çəkəndə, LNG-yə üz tutdu. Burada isə təkcə siyasi deyil, həm də kommersiya maraqları önə çıxır. Bir çox hallarda Rusiyadan LNG almaq digər tədarükçülərlə müqayisədə daha ucuz başa gəlir, baxmayaraq ki, uzunmüddətli perspektivdə qiymət əsas arqument sayılmır.
Demək olar ki, Rusiya qazından imtina təkcə mənəvi və siyasi addım deyil. Bu, nəhəng maliyyə xərcləri tələb edir: LNG terminallarının tikintisi, digər tədarükçülərlə uzunmüddətli və çox vaxt daha baha müqavilələrin bağlanması. Avropada heç kim gizlətmirdi ki, bu əvəzləmə bahalı olacaq.
Amma bu o demək deyilmi ki, Avropa vətəndaşları və biznesi siyasətçilərin apardığı siyasətin əvəzini ödəyir?
Vəziyyət daha da kəskinləşir, çünki Avropa Moskvanı müharibədən qazanc əldə etməkdə ittiham edir, lakin eyni zamanda enerji daşıyıcılarına görə ödənilən pullar yenə də Rusiya iqtisadiyyatına axmağa davam edir.
Bu, Avropa ikili standartlarının açıq nümunəsidir. Fransa prezidenti Emmanuel Makronun əsas diplomatik müşaviri Emmanuel Bonnun Moskvaya gizli səfəri isə bu mövqenin ikili xarakterini daha da qabardır.
Kremldə, o cümlədən Vladimir Putinin köməkçisi Yuri Uşakovla keçirilən və ictimaiyyətə açıqlanmayan görüşlərdə Ukrayna ətrafındakı vəziyyət və Avropanın gələcək prosesdə rolu müzakirə olunub.
 

Nə Yelisey sarayı, nə də Kreml bu səfəri əvvəlcədən təsdiqlədi ki, bu da danışıqların qapalı xarakter daşıdığını göstərir. Lakin sonradan görüş barədə məlumatlar beynəlxalq agentliklər və KİV-lərdə yer aldı.


Belə ki, Reuters agentliyi yazır ki, Fransa tərəfi bu addımı Moskva ilə birbaşa dialoqun bərpasına hazırlıq və Ukraynada müharibənin başa çatdırılması, eləcə də gələcək təhlükəsizlik arxitekturası üzrə danışıqlarda avropalılar üçün yer təmin etmək cəhdi kimi izah edir.
Paris bildirir ki, bu təmaslar “texniki səviyyədə” baş verib və Kiyev və Avropa tərəfdaşları ilə koordinasiya olunub.
Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 5 fevral tarixində RT telekanalına verdiyi müsahibə də Fransanın bu jestinə işarə edir. Lavrovun sözlərinə görə, Moskva bəzi Avropa liderləri ilə mövcud olan gizli təmasları təsdiqləyir və həmin liderlər bu danışıqların açıqlanmasını istəmirlər.
Belə təəssürat yaranır ki, rəsmi ritorikanın arxasında Avropa və Moskva öz geosiyasi “rəqsini” davam etdirir, hər iki tərəf açıq bəyanatları nəzərə almadan fayda və təsir axtarır.
Aydındır ki, özünü Napoleona bənzətməyə çalışan, lakin böyük sərkərdə şöhrətinə iddia edə bilməyən Makron kimi bacarıqsız siyasətçilər üçün əsas məsələ puldur.
Gizli təmasların məqsədi isə əvvəlcədən razılaşmaq və gələcəkdə Fransa şirkətləri üçün Rusiya bazarında pay təmin etməkdir. Açıq şəkildə Ukraynanı dəstəkləyən Fransa, pərdəarxasında faktiki olaraq onu “satır”, Rusiya ilə gizli sövdələşmələrə gedir. Bunun müqabilində nəyin vəd edildiyi bilinmir, lakin bunun Ukraynanın maraqları hesabına baş verəcəyinə demək olar ki, şübhə yoxdur.
Eyni zamanda nə Fransa, nə də Avropa sadə bir həqiqəti dərk etmir: Ukraynadan sonra növbə avropalılara çatacaq. Daha sadə desək, “rus ayısını” yemləyən Avropa sonda onun üçün cazibədar ov obyektinə çevrilir. (Minval.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Fevral 2026 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri