Makron İrəvandan mesaj verdi “Ermənistandayam, xoş qarşılandım”
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Fransa Prezidenti Emmanuel Makron İrəvanda gəzinti videosu paylaşıb.
Redaktor.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Macron sosial media hesablarında İrəvanda etdiyi gəzintini əks etdirən video paylaşıb və səmimi qarşılanmaya görə təşəkkür edib.
Məlumata görə, Makron paylaşımında “Yenidən Ermənistanda olduğum üçün çox xoşbəxtəm. Belə səmimi qarşılama üçün təşəkkür edirəm. Sabah Avropa Siyasi Birliyinin sammitində daha suveren Avropa qurmağa davam edəcəyik. Daha sonra dostum, Baş nazir Nikol Paşinyan ilə birlikdə ölkələrimiz arasında strateji tərəfdaşlığı gücləndirəcəyik” sözlərini yazıb.
Bildirilib ki, Fransa Prezidenti mayın 4-də İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Sammitində iştirak edib. O, mayın 3-ü axşam saatlarında Ermənistanın baş naziri Nikol Paşinyanla birlikdə İrəvanın mərkəzində gəzintiyə çıxıb.
Qeyd olunub ki, Makronun Ermənistana dövlət səfəri mayın 5-də başlayacaq. Səfər çərçivəsində Paşinyanla təkbətək və geniş tərkibli görüşlərin keçirilməsi, sənədlərin imzalanması və birgə mətbuat açıqlamalarının verilməsi planlaşdırılır.
Məlumata görə, Fransa Prezidenti həmçinin Tsitsernakaberd Memorial Kompleksini ziyarət edərək erməni soyqırımı qurbanlarının xatirəsini yad edəcək, Matenadaranı ziyarət edəcək, daha sonra isə Gümrüyə səfər edərək 1988-ci il zəlzələsi qurbanlarının xatirəsini anacaq və “Musiqi Körpüsü: Ermənistan-Fransa” konsertində iştirak edəcək.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 04 May 2026 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















