Makron Kiyevin Ukrayna Silahlı Qüvvələrinin sayını 800 min nəfər səviyyəsində saxlamaq planını dəstəkləyib
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“İstəyənlər koalisiyası” Kiyevə yardım çərçivəsində münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi səviyyəsində olmasını əsas götürür.
APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, Ukraynanın peşəkar ordusunun hazırlanması və dəstəklənməsi planlaşdırılarkən onun istənilən yeni təcavüzün qarşısını almağa qadir olması əsas məqsəd kimi götürülür.
Prezidentin sözlərinə görə, bu məqsədlə ordunun şəxsi heyətinin 800 min nəfər olması zəruri hesab edilir.
Fransa lideri əlavə edib ki, Parisdə keçirilən və “İstəklilər koalisiyası”nın yaradılmasından bəri artıq 15-ci olan cari görüşdə ABŞ, koalisiya ölkələri və Ukrayna nümayəndələrinin daxil olacağı koordinasiya qrupunun yaradılması barədə də razılıq əldə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 Yanvar 2026 03:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















