Icma.az
close
up
RU
Makron Orbanı dəstəkləyə bilər

Makron Orbanı dəstəkləyə bilər

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Politico” nəşri belə məlumat yayıb. Hazırda Aİ rəhbərliyi Kiyevlə yekdil razılıq yox, kvalifikasiyalı səs çoxluğu əsasında üzvlüklə bağlı danışıqlara başlamaqla Macarıstanın vetosundan yan keçməyi planlaşdırır.
“Lakin Macarıstandan başqa, Fransa, Hollandiya, Yunanıstan və bir sıra digər Aİ ölkələri də vetodan yan keçmə planını dəstəkləmir. Bu ölkələr qorxurlar ki, üzvlük qaydalarının dəyişdirilməsi onları gələcək müraciətlərə veto hüququndan məhrum edəcək. Bu isə gələcəkdə ciddi problemlər yarada bilər”, - qəzet vurğulayır.
Nəşrin məlumatına görə, Orban bu fikir ayrılığından öz xeyrinə istifadə edə bilər: Yunanıstan və Fransa qəti şəkildə Türkiyənin üzvlüyünə qəti şəkildə qarşıdırlar (Afina habelə Albaniyanın da üzvlüyünün əleyhinədir), Bolqarıstan Şimali Makedoniyanın ərizəsində səsvermə hüququnu itirmək istəmir, Xorvatiya isə Serbiyanın üzvlüyünə mane olmaq niyyətindədir.
- Biz oyun zamanı onun qaydalarının dəyişdirilməsindən qətiyyən razı deyilik. Bəzilər isə məhz bunu təklif edir”, - adının çəkilməməsi şərtilə Aİ-nin yüksək vəzifəli diplomatı izah edib.
Aİ-nin Ukrayna və Moldova üzrə yeni planı Nəticədə, yekdillik prinsipinin ləğvi təklifi Aİ-nin Kopenhagendə oktyabrın 1-də başlayacaq sammitində müzakirəyə çıxarılmayacaq. Hərçənd, mənbənin iddiasına görə, “heç bir lider hələlik bu ideyaya qəti “yox” deməyib”.
Qəzet bildirir ki, Avropa liderləri ictimaiyyət qarşısında Macarıstan maneələrinin aradan qaldırılmasında israr edəcəklər, lakin bağlı qapılar arxasında bu vəziyyəti öz maraqlarını müdafiəsi üçün əlverişli bəhanə kimi görürlər.
“Mən şəxsən daha çox çeviklik və bloklama üçün daha az imkanlar verən istənilən qərar qəbuletmə mexanizmini alqışlayıram. Xüsusən də Ukrayna məsələsində”, - sözügedən təşəbbüsü dəstəkləyən Finlandiya prezidenti Aleksandr Stubb “Politico” nəşrinə açıqlamasında vurğulayıb.
Yeri gəlmişkən, sentyabrın 30-da Macarıstan Ukraynanın 12 xəbər nəşrinin ölkədə yayımına qadağa qoyub. Ukraynanın iki rusiyayönlü macar nəşrinə qadağa qoymasına cavab olaraq Budapeşt bu addımı atıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see594

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see343

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see282

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see244

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see215

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see208

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see207

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see191

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see190

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see174

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see171

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see171

Nazilə Səfərli ona mesaj yazanı polisə şikayət etdi Foto

03 İyul 2026 12:37see168

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see166

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see163

Həkimdən kondisioner xəbərdarlığı: Bu temperaturdan aşağı salmayın

03 İyul 2026 15:06see162

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see159

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see157

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see155

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri