Icma.az
close
up
RU
Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərindən bərpa etməyə çalışır DEPUTAT

Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərindən bərpa etməyə çalışır DEPUTAT

Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərindən bərpa etməyə çalışır" - DEPUTAT

"6 yanvar 2025-ci ildə Fransa prezidenti Emmanuel Makronun səfirlər konfransında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirləri ölkəmizə qarşı olan düşmən baxışlarının bir daha ifadəsidir. Çünki, Makron Ermənistana münasibətdə Rusiya müttəfiqlik münasibətlərində dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəklədiyini qeyd edib. Makron çox yaxşı bilir ki, 44 günlük müharibə Azərbaycanın suveren ərazilərində aparılmışdır və heç bir ölkə gəlib torpaqlarımızda bizə qarşı müharibə apara bilməzdi. Əgər belə olsaydı bu hərbi təcavüz sayılardı. Ona görə də Ermənistana onun müttəfiqləri hərbi sursat dəstəyi göstərsə də döyüş meydanında gəlib ordumuzla üz-üzə dayanıb vuruşmadılar".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Makronun yanvarın 6-da keçirilən konfransda səsləndirdiyi fikirlər absurddur və Ermənistanda Rusiyanı gözdən salmasına hesablanmışdır:

"Makron digər fikrində Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qaldığını qeyd edir. Amma Makron başa düşmür ki, güc hesabına beynəlxalq hüquqda haqlı tərəf olmaq olmaz. Dənizaşırı ölkələrin azad yaşamaq istəmələri onların təməl hüquqlarıdır. Makron dənizaşırı ölkələrdəki uğursuz siyasətinin günahını Azərbaycanın üzərinə atmaqla özü yaxasını kənara çəkməyə çalışır. Burda Azərbaycanın heç bir rolu yoxdur. Eləcə də Kanaklar. Kanakların Fransa əsarətindən azad olmasına çalışması normaldır. Azərbaycan sadəcə beynəlxalq ictimaiyyətin bir üzvü olaraq dünyada hüquq normaların və ədalətin bərpa olunmasını həmişə açıq şəkildə dəstəklədiyini bəyan edir. Burda bizim yeganə istəyimiz beynəlxalq hüquq normalara riayət olunmasını və ədalətin dəstəklənməsidir. Amma təəssüf ki, Makron beynəlxalq hüquq və normaları ancaq silah da. Ona görə də Ermənistanı öldürücü silahlarla silahlandırırmaqla regiona sülhün gəlməsinə mane olmağına çalışır".

Deputat vurğulayıb ki, əgər Fransa sülhü dəstəkləyən ədalətli ölkə olsaydı 30 il torpaqlarımız işğal altında olanda, 1 milyondan çox soydaşımız öz yurdlarından qaçqın və köçkün salınanda , xalqımıza qarşı soyqırımlar törədiləndə Ermənistana qarşı hər hansı bir qərar qəbul edərdi və ya da bir çağırış olunardı:

"Təəssüf ki, Fransada ədaləti dəstəkləyən belə bir hərəkəti heç vaxt görmədik. İndi isə Azərbaycan öz ərazilərində suverenliyini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla bölgəyə sülhün gəlməsinə çalışanda Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərində çirkin planlar qurmaqla bərpa etməyə çalışır. Amma Makrona onun çirkin planları kömək etməyəcək. Fransanın özündə respondentlərin 60%-i Makrona etimadını itirdiyini qeyd edirlər. Bu baxımdan Makron anti-Azərbaycan açıqlamalar vermək, Ermənistanı silahlandırmaq əvəzinə ədalətli mövqeyə keçsə gələcəkdə heç olmasa bir düzgün yanaşma etmiş dövlət başçısı kimi tarixə düşə bilər. Təbii ki , onun hakimiyyətinin bitməsinə o qədər də çox qalmayıb. Zamanı gələndə o da Fransanın ən bacarıqsız prezidenti kimi tarixin arxivinə qovuşacaq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 07 Yanvar 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri